Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-868/2020 07.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin itkin düşmüş hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin itkin düşmüş hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1987-ci il təvəllüdlü oğlu X2 xəbərsiz itkin düşmüş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onunövladı, xx.xx.1987-ci il təvəllüdlü X6 2015-ci ildən yaşadıqları ünvan 1 mənzil 7 ünvanı tərk edərək Türkiyə Respublikasına getmiş və həmin vaxtdan bir daha geri qayıtmamışdır. Həmin vaxtdan indiyədək onun harada olması barədə hər hansı məlumatları yoxdur. Hazırda X11 əmlaklarının idarə edilməsi, həmçinin övladlarının öz atalarının himayəsindən məhrum edildiklərinin təsdiq edilməsi üçün onun xəbərsiz itkin düşmüş hesab edilməsi zərurəti yaranmışdır. X11 harada olması barədə artıq 5 il ərzində heç bir məlumat olmadığından, həmin müddət ərzində yaşayış yerində görünmədiyindən hesab edir ki, о, xəbərsiz itkin düşmüş hesab edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərilən halları təsdiq edərək göstərmişdir ki, oğlu Razik Məhsimov müddətli hərbi xidmət zamanı zədə almış və bununla bağlı müalicələr almışdır. Sonradan o, müalicə olunmaq üçün 2015-ci ildə Türkiyə Respublikasına getmiş, lakin həmin vaxtdan indiyədək onun barəsində heç bir xəbər yoxdur. Odur ki, X11 xəbərsiz itkin düşmüş elan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Xİİİ-JQ 282761 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1987-ci ildə anadan olmuş və atası Ərizəçidur. İşdə olan xx.xx.2020-ci il tarixdə X5, Ərizəçi, X1, X3 və X4 tərəfindən tərtib edilmiş aktdan görünür ki, ünvan 2 mənzil 7 ünvanda yaşayan X6 2015-ci ildən Türkiyəyə getmiş və bir daha geri qayıtmamışdır. Həmin vaxtdan onu yaşadığı ünvanda görməmişlər. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2028 saylı arayışdan görünür ki, Qusar şəhəri Z.Əliyeva (Müqtədir) küçəsi ev 127 mənzil 7-də yaşayan X6 2015-ci ildən Türkiyəyə getmiş və bir daha qayıtmamışdır. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2108 saylı arayışdan görünür ki, Ərizəçi Qusar şəhəri Z.Əliyeva (Müqtədir) küçəsi ev 127 mənzil 7-də yaşayır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin oğlu xx.xx.1987-ci il təvəllüdlü X6 2015-ci ildən yaşadıqları ünvan 4 mənzil 7 ünvanı tərk edərək Türkiyə Respublikasına getmiş və həmin vaxtdan bir daha geri qayıtmamışdır. Həmin vaxtdan indiyədək onun harada olması barədə hər hansı məlumatları yoxdur. Hazırda ərizəçinin X11 əmlaklarının idarə edilməsi, həmçinin övladlarının öz atalarının himayəsindən məhrum edildiklərinin təsdiq edilməsi üçün onun xəbərsiz itkin düşmüş hesab edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlışəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi hallar-yəni X11 2015-ci ildən etibarən onun yaşayış yerində görünməməsi, onun hazırda harada olması barədə məlumatın olmaması məhkəməyə təqdim edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1987-ci ildə ünvan 5 ünvanda yaşamış X9 xəbərsiz itkin düşmüş elan edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 305.1, 305.1.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 312-ci maddəsində göstərilir ki, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 305, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1987-ci ildə ünvan 5 ünvanda yaşamış X9 xəbərsiz itkin düşmüş elan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-868/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-868/2020
07.10.2020 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver