Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-872/2024 06.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4250 manat əsas borcu, 5865 manat cərimə və ödənilmiş 63.5 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Xaçmaz şəhəri N.Nərimanov küçəsində mebel mağazası işlədir. xx.xx.2023-cü il tarixində Qusar rayon sakini Cavabdeh ona məxsus mağazadan 30\12\2 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə əsasında 4850 manat məbləğində mebel dəsti almışdır. O, ilkin olaraq 100 manat ödəniş etmişdir. Qalan 4750 manat məbləği isə müqavilənin 3-3.4. bəndinə əsasən xx.xx.2024-ci il tarixinə kimi tam ödəməyi öhdəsinə götürərək müqaviləyə imza atmışdır. Müqavilənin 3-3.4. bəndinə əsasən son ödəmə tarixi xx.xx.2024-ci il tarixdə bitməlidir. Müqavilənin 4-4.2. bəndinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə aldığı malın ödənişi üzrə götürdüyü öhdəliyi yerinə yetirmədiyi təqdirdə, Satıcı ödəniş müddəti ötmüş məbləğə, gecikdirilmiş hər bir ödəniş gününə görə, gecikdirilmiş ödəniş məbləğinin 1 % miqdarında cəriməni hesablayaraq əlavə etmək hüququna malikdir. xx.xx.2024-cü il tarixinə cavabdehin ona 4250 manat əsas borcu, 5865 manat cərimə faizləri, cəmi 10115 manat borcu var. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş və izahatında göstərdi ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçının işlətdiyi mağazaya gəlib dəyərini xx.xx.2024-cü il tarixədək ödəmək şərti ilə 4850 manatlıq mebel dəsti almışdır. Cavabdeh mebel dəstinə görə 600 manat ödəniş etmiş, lakin sonra heç bir ödəniş etməmişdir. Hər dəfə cavabdehdən borcun ödənilməsi tələb olunduqda həmin şəxs yaxın vaxtda borcunu ödəyəcəyini demiş, lakin ödəniş etməmişdir. Cavabdehin cərimə borcunun azaldılmasına etiraz etmirlər. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan 30 dekabr 2023-cü il tarixli 30/12/2 saylı malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh fiziki şəxs İddiaçı Suıltan qızından dəyəri 4850 manat təşkil edən, həmin müqavilənin 1 nömrəli əlavəsində göstərilən mebel dəstini 100 manat ilkin ödəniş etməklə və qalıq dəyərini xx.xx.2024-cü il tarixədək hissə-hissə ödəmək şərti ilə satın almışdır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən alıcı müqavilə ilə müəyyən edilmiş müddətdə verilən malın ödənişi üzrə öhdəliyini yerinə yetirmədiyi təqdirdə, Satıcı qalıq borcun gecikdirilmiş hər bir ödəniş gününə görə, gecikdirilmiş ödəniş məbləğinin 1 % miqdarında cəriməni hesablayaraq əlavə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, Cavabdeh iddiaçı ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli 30/12/2 saylı müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nisyə aldığı malın dəyərini ödəməli olduğu halda ödəməmişdir. Bununla da, iddiaçının həmin malın dəyərini ona hesablanmış cərimə ilə birlikdə qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Bununla belə məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş arayışda cavabdehin əsas borcuna dair göstərilən məbləğlə razılaşsa da, hesab edir ki, 5865 manat məbləğində cərimənin tutulmasına dair iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə dəbbə pulu 3 manat məbləğinə qədər azaldılmalıdır. Göründüyü kimi, mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülkihüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 5865 manat məbləğində hesablanmış cərimə borcu tənasübsüz surətdə yüksək olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cərimə məbləğinin azaldılaraq 100 manat məbləğində saxlanılması kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqlarının da qorunması və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısının alınması baxımından daha məqsədə müvafiqdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 4250 (dörd min iki yüz əlli) manat məbləğində əsas, 100 (yüz) manat cərimə borcu olmaqla, cəmi 4350 (dörd min üç yüz əlli) manat məbləğində borc tutularaq İddiaçı veriıməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 63.5 (altmış üç manat əlli qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4250 (dörd min iki yüz əlli) manat məbləğində əsas borc, 100 (yüz) manat cərimə olmaqla cəmi 4350 (dörd min üç yüz əlli) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 63.5 (altmış üz manat əlli qəpik) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qalan hissədi iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-872/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-872/2024
06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver