Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-877/2022 28.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə və müdaxiləyə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə və müdaxiləyə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Qusar rayonu Bala Qusar kəndində yerləşən ona məxsus olan, xüsusi mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmaqla reyestr nömrəsi **********39 saylı xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş 0.1 ha və ona bitişik olan xüsusi mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmaqla reyestr nömrəsi **********40 saylı xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş 0.1 ha ümumilikdə 0.2 ha torpaq sahəsinə edilən qanunsuz müdaxiləyə, maneçiliklərə son qoyulması, bu cür hərəkətlərin edilməsini Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayon Balaqusar Bələdiyyəsinin qərarına əsasən ona Balaqusar kəndində 0.1 ha həyətyanı torpaq sahəsi verilmişdir və həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmaqla reyestr nömrəsi **********39 saylı, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bundan başqa o, Qusar rayon Notariat Ofisinin 25 may 2021-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən ünvan 1 sakini X2 qonşuluqda yerləşən X3 məxsus 0.1 ha həyətyanı torpaq sahəsinidə almış və həmin torpaq sahəsidə xüsusi mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmaqla reyestr nömrəsi **********40 saylı, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra o, mülkiyyətçi olduğu həmin torpaq sahələrinin ətrafını metal torla bağlamaq və həmçinin tikinti işlərinə başlamaq istədikdə Qusar rayon Balaqusar kənd sakini CavabdehSəbzulla oğlu həmin torpaq sahələrinin ona məxsus olduğunu bildirmiş və tikinti işlərinin aparımasına mane olmağa başlamışdır. Dəfələrlə qeyd olunan həyətyanı torpaq sahələrinin onun tərəfindən rəsmi qaydada alındığını, ona məxsus olduğunu və bu qanunsuz hərəkətlərindən çəkinməyini tələb etsə də, onun xəbərdarlıqlarına məhəl qoymadan cavabdeh tikinti işlərinin icrasını mümkünsüz etmişdir.Göründüyü kimi, CavabdehSəbzulla oğlu tərəfindən onun mülkiyyətinə məxsus torpaq sahələrindən istifadə etməyinə törədilən maneçilik tam qanunsuzdur və həmin maneçilik onun mülkiyyət hüququna qanunsuz və əsassız müdaxilədir. Bu səbəbdən də hesab edir ki, həmin müdaxiləyə son qoyulmalı, CavabdehSəbzulla oğlu tərəfindən törədilən maneçiliklər aradan qaldırılmalı və maneçiliklə bağlı hərəkətlərə son qoyulmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Qusar rayonu Balaqusar Bələdiyyəsinin qərarına əsasən iddiaçıya Balaqusar kəndində 0.1 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmaqla reyestr nömrəsi **********39 saylı, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bundan başqa iddiaçı Qusar rayon Notariat Ofisinin 25 may 2021-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən ünvan 1 sakini X2 qonşuluqda yerləşən X3 məxsus 0.1 ha həyətyanı torpaq sahəsini də almış və həmin torpaq sahəsi də xüsusi mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmaqla reyestr nömrəsi **********40 saylı, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.Bundan sonra iddiaçı, mülkiyyətçi olduğu həmin torpaq sahələrinin ətrafını metal torla bağlamaq və həmçinin tikinti işlərinə başlamaq istədikdə cavabdeh həmin torpaq sahələrinin ona məxsus olduğunu bildirmiş və tikinti işlərinin aparımasına mane olmağa başlamışdır. Dəfələrlə qeyd olunan həyətyanı torpaq sahələrinin iddiaçı, onun tərəfindən rəsmi qaydada alındığını, iddiaçı özünə məxsus olduğunu və bu qanunsuz hərəkətlərindən çəkinməyini tələb etsə də, iddiaçının xəbərdarlıqlarına məhəl qoymadan cavabdeh tikinti işlərinin icrasını mümkünsüz etmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, həmin torpaq sahəsində o, 35 ildir ki, yaşayır. Hal-hazıra qədər həmin torpaq sahəsinin kiməsə məxsus olması barədə ona heçnə bildirməmişlər. Həmin torpaq sahəsində o, iki mərtəbəli ev tikmişdir, on beş min manatdan çox pul xərcləmişdir, maddi vəziyyəti yaxşı olmadığına görə evin üstünü bağlaya bilməmişdir. Torpaq sahəsində müxtəlif meyvə ağacları əkmişdir. Əgər o, həmin torpaqdan qanunsuz istifadə edirdisə niyə bu 35 il ərzində kimsə oranı tələb etməyib? Ona verilmiş sənəd saxta çıxmışdır. Ona saxta sənəd verilməsinin səbənini bilmir, həmin sənədi ona kim veribsə məhkəməyə gətizdirilməlidir. O, həmin sənədə arxayın olmuş, maddi imkanı olmamış, uşaqlarını oxutdurmuş, çıxarış çıxarda bilməmişdir. Namik həmin torpaq sahəsinə heç vaxt gəlməmiş, torpaq sahəsinin harda olduğunu bilməmişdir. Qusar rayonu Balaqusar Bələdiyyə sədri onunla qərəzli mövqedə olduğundan ona aid torpaq sahəsini başqa şəxsə saxta sənəd əsasında satmışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə,iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən yaşayış məntəqələri təyinatlı 0.10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən yaşayış məntəqələri təyinatlı 0.10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan 25 may2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 rayon Bala Qusar kəndi ünvanında yerləşən, ümumi sahəsi 0.10 ha olan torpaq sahəsini 5000 manata İddiaçı satmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Balaqusar Bələdiyyəsinin qərarına əsasən İddiaçı Balaqusar kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmaqla **********39 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bundan başqa, İddiaçı Qusar rayon Notariat Ofisinin 25 may 2021-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsinə əsasən həmin torpaq sahəsinə bitişik olan, Qusar rayonu Balaqusar kənd sakini X3 məxsus 0.1 ha həyətyanı torpaq sahəsini də satın almış və həmin torpaq sahəsi də xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmaqla **********40 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.İddiaçı mülkiyyətçisi olduğu həmin torpaq sahələrinin ətrafını metal torla bağlamaq, həmçinin özünün mülkiyyət hüququnu həyata keçirməklə orada tikinti işlərinə başlamaq istədikdə Qusar rayonu Balaqusar kənd sakini CavabdehSəbzulla oğlu həmin torpaq sahələrinin ona məxsus olduğunu bildirərək onun tikinti işlərini aparmasına və metal torla torpaq sahəsini hasara almasına mane olmağa başlamışdır. Həmin maneçiliyinihər hansı şəkildə əsaslandırmamış, torpaq sahələrinə dair hər hansı hüququnun olması barədə heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Bununla da, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətinə əsassız müdaxilə baş vermiş, sonuncunun qanunla qorunan mülkiyyət hüququnu heç bir qanuni əsas olmadan məhdudlaşdırmışdır. Ona görə də, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, həmin şəxsin yuxarıda göstərilən məlum torpaq sahələrinə dair mülkiyyət hüququ müdafiə olunmalı, cavabdeh tərəfindən edilən əsassız müdaxiləyə isə son qoyulmalıdır. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1-3-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədənaidiyyatı üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. HəminMəcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzssiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən Qusar rayonu Balaqusar kəndində yerləşən, xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmaqla **********39 reyestr nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş 0.10 ha və ona bitişik olan xüsusi mülkiyyət hüququ üzrə həmin şəxsin adına qeydiyyata alınmaqla **********40 reyestr nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş 0.10 ha, ümumilikdə isə 0.20 ha torpaq sahəsinə edilən qanunsuz müdaxiləyə, maneçiliklərə son qoyulmalı, bu cür hərəkətlərin edilməsi Cavabdeh qadağan edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən Qusar rayonu Balaqusar kəndində yerləşən, xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmaqla **********39 reyestr nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş 0.10 ha və ona bitişik olan xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmaqla **********40 saylı reyestr nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş 0.10 ha, ümumilikdə 0.20 ha torpaq sahəsinə edilən qanunsuz müdaxiləyə, maneçiliklərə son qoyulsun, bu cür hərəkətlərin edilməsi Cavabdeh qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-877/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-877/2022
28.10.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver