Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-921/2022 27.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan uşaqları- 15 mart 2010-cu il təvəllüdlü X4, 09 aprel 2013-cü il təvəllüdlü X5 və 11 iyun 2017-ci il təvəllüdlü X1 üçün Qusar rayon məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(029)-260/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh onun xeyrinə hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi olaraq hər ayda 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 25 noyabr 2008-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə ailə həyatı qurmuşdir. Cavabdehlə birgə nikahdan onların 15 mart 2010-cu il tarixdə X11, 09 aprel 2013-cü il tarixdə X12 və 11 iyun 2017-ci il tarixdə X14 adlı 3 uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmışdır. Ayrılmaqlarının səbəbi Cavabdeh mütəmadi sərxoşluqla məşğul olması, ailənin, uşaqlarının qayğısına qalmaması, heç yerdə işləməməsi, evdə onunla yola getməməsi, onu tez-tez döyməsi, nalayiq söyüşlərlə təhqir etməsi, ona və uşaqlara qarşı kobud, nalayiq rəftar etməsi olmuşdur. Qusar Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(029)-260/2021 saylı qətnaməsinə əsasən Cavabdeh ilə olan nikahı pozulmuş, cavabdehdən azyaşlı uşaqları Milananın, Elyanənin və Yusifin saxlanılmaları üçün hər ay hər uşağa görə 70 (yetmiş) manat olmaqla, cəmi olaraq hər ay 210 (iki yüz on) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh ona ödədiyi 240 manat aylıq aliment bu günkü gündə uşaqların cüzi ehtiyaclarını ödəməyə, onlara yemək və paltar almağa belə kifayət etmir. Cavabdeh məhkəmə qətnaməsi ilə təyin olunmuş həmin alimenti də müntəzəm olaraq ödəmir və aliment üzrə həmin şəxsin ona xeyli borcu yığılmışdır. Ona görə də, Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarı artırılmalı və hər ay hər uşağa görə 193 (yüz doxsan üç)manat olmaqla cəmi olaraq hər ayda 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində aliment müəyyən olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, o, 2008-ci ildə Cavabdeh ilə ailə həyatı qurmuş, 2021-ci ildə boşanmışdır. Cavabdehlə birgə nikahlarından 3 uşaqları anadan olmuşdur. Qusar rayon məhkəməsnin 03 iyun 2021-ci il tarixli, 2(029)-260/2021 saylı qətnaməsi ilə cavabdehdən onun xeyrinə hər ay hər uşağa görə 70 mamnat, cəmi 210 manat məbləğində aliment tutulmuş, cavabdeh həmin alimenti ödəyir. Cavabdeh əvvəllər kənddə işləmiş və ayda təxminən 300-500 manat məbləğində qazanc əldə etmişdir. Hazırda cavabdeh Rusiya Federasiyasında usta işləyir, eşitdiyinə görə onun maddi vəziyyəti əvvəlkindən daha yaxşıdır, indi daha çox qazanc əldə edir, yaşadığı kənddə özünə yeni ev inşa etmiş və təmir etdirmişdir. Lakin, onun ayda nə qədər qazanc əldə etməsini dəqiq bilmir. Cavabdeh 1 ildən çoxdur ki, Rusiya Federasiyasına getmiş, alimenti də oradan göndərir. O, hazırda valideynlərinin evində yaşayır, heç bir yerdə işləmir, qardaşı Vətən Müharibəsində şəhid olmuş, valideynlərinə şəhid ailəsi statusu verilmişdir. Cavabdehlə birgə nikahlarından doğulmuş uşaqlarını təkbaşına özü saxlayır, cavabdeh uşaqlara paltar almır, təhsilləri ilə maraqlanmır. Cavabdehə alimentin artırılması ilə bağlı məlumat verilmiş, həmin şəxs Rusiyadan xəbər göndərmişdir ki, məhkəmə alimenti artırarsa həmin məbləği ödəyəcəkdir. Uşaqlarının üçü də məktəbdə oxuyurlar. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ 499778, AZ-İİİ 087006 və AZ-İİİ 970583 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X11 15 mart 2010-cu il tarixdə, X12 09 aprel 2013-cü il tarixdə və X14 11 iyun 2017-ci il tarixdə anadan olmuşlar. Ataları Cavabdeh, anaları X3r. İşdə olan Qusar rayon Məhkəməsinin 2(012)-260/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında Qusar rayon İHB-nın Piral kənd inzibati ərazi üzrə nümayəndəliyində 25 noyabr 2008-ci il tarixdə 29 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması; xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X9 anaları X2 himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi X2 yaşayış yerinin müəyyən edilməsi; Cavabdeh X2 xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 70 (yetmiş) manat, cəmi isə 210 (iki yüz on) manat miqdarda aliment tutulması qət edilmişdir. İşdə olan AZ-İ 386912 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 nikahları Qusar rayon məhkəməsinin qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 60 nömrə ilə qeyd edilmişdir. Qadına-yəni X10 soyadı verilmişdir. İşdə olan 29 aprel 2022-ci il tarixli 2022-17075 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan, eyni tarixli və saylı mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi, alimentin miqdarının artırılması və s. tələbinə dair mübahisə üzrə 29 aprel 2022-ci il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bununla bağlı mediasiya prosesinə xitam verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1, 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 2(029)-260/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə X6 ilə Cavabdeh arasında Qusar rayon İHB-nın Piral kənd inzibati ərazi üzrə nümayəndəliyində 25 noyabr 2008-ci il tarixdə 29 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması; xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X9 anaları X2 himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi X2 yaşayış yerinin müəyyən edilməsi; Cavabdeh X2 xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 70 (yetmiş) manat, cəmi isə 210 (iki yüz on) manat miqdarda aliment tutulması qət edilmişdir. Həmin qətnamə qəbul edildiyi vaxtdan 1 ildən artıq müddət keçmiş, həmin müddət ərzində uşaqların maddi ehtiyacları artmış, həmin vaxtdan indiyədək iddiaçı heç bir yerdə işləmir, maddi vəziyyəti pisləşmişdir. Cavabdeh isə fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla müvafiq gəlirlər əldə edir, maddi vəziyyəti müsbətə doğru dəyişmişdir. Odur ki, yuxarıda göstərilən məlum qətnamə əsasında təyin olunmuş alimentin hazırda həmin uşaqların saxlanmaları üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşaqların mənafelərini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Bununla belə məhkəmə alimentin miqdarının iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat deyil, 120 (yüz iyirmi) manat müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, cavabdehin maddi vəziyyəti alimentin miqdarının hər ay hər uşaq üçün 193 manat müəyyən olunmasına əsas yaradacaq qədər dəyişməmiş, həmin məbləğdə alimentin cavabdehin ödəmək iqtidarında olması məhkəmədə tam təsdiqini tapmamış, iddiaçı tərəfindən bu barədə müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(029)-260/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.1980-ci ildə Qusar rayonu Cibir kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-921/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-921/2022
27.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver