Məhkəmə qərarları › İş №2(029)-927/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-927/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-927/2020 19.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı QSC-nin nümayəndəsi X1 Cavabdeh1 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2490.27 (iki min dörd yüz doxsan yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində kredit borcu, 283.48 (iki yüz səksən üç manat qırx səkkiz qəpik) manat məbləğində faiz borcu və 334.3 (üç yüz otuz dörd manat üç qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3108.05 (üç min bir yüz səkkiz manat beş qəpik) manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxxxxxx 2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 2.0833 olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2700 (iki min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 209.73 (iki yüz doqquz manat yetmiş üç qəpik) manat ödəniş etmiş və onun iddiaçıya 2490.27 (iki min dörd yüz doxsan yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx xxxx 2020-ci il tarixə 164 gün üçün hesablanmış faiz borcu 283.48 (iki yüz səksən üç manat qırx səkkiz qəpik) manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faizi məbləğində cərimə ödəməlidir. xx xxxx 2020-ci il tarixə 164 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 334.3 (üç yüz otuz dörd manat üç qəpik) manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh2 həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, İddiaçı QSC ilə bağladığı xx xxxxxxxx 2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsinə əsasən bankdan aylıq faiz dərəcəsi 2.0833 olmaqla 36 ay müddətinə 2700 (iki min yeddi yüz) manat kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə onun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlamışdır. O, kredit götürdükdən sonra maddi vəziyyətində çətinliklər yarandığından və hal-hazırda heç bir yerdə işləmədiyindən banka olan borcunu qaytara bilmir. Lakin işləyən kimi iddiaçıya olan borcunu qaytaracaqdır. İddiaçı tərəfindən ondan tələb olunan cərimənin məbləği yüksək göstərilmiş, həmin məbləğin azaldılmasını xahiş edir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan xx xxxxxxxx 2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 2.0833 olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2700 (iki min yeddi yüz) manat məbləğində kredit verilmişdir. İşdə olan 061G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, xx xxxxxxxx 2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh2 bank qarşısında zamin durmuşdur. İşdə olan İddiaçı QSC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli Maliyyə Arayışdan görünür ki, Cavabdeh1 xx xxxxxxxx 2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixinə 2490.27 (iki min dörd yüz doxsan yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində kredit borcu, 283.48 (iki yüz səksən üç manat qırx səkkiz qəpik) manat məbləğində faiz borcu və 334.3 (üç yüz otuz dörd manat üç qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3108.05 (üç min bir yüz səkkiz manat beş qəpik) manat məbləğində borcu vardır. İşdə olan xx xxxxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC Qusar rayon məhkəməsində iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Belə ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 2.0833 olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2700 (iki min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikərini lazımınca və vaxtında yerinə yetirməmiş və nəticədə xx xxxx 2020-ci il tarixinə İddiaçı QSC-yə 2490.27 (iki min dörd yüz doxsan yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində kredit borcu, 283.48 (iki yüz səksən üç manat qırx səkkiz qəpik) manat məbləğində faiz borcu və 334.3 (üç yüz otuz dörd manat üç qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3108.05 (üç min bir yüz səkkiz manat beş qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli,işi görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən «Öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi. və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən «Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.» «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi plenumunun xx xxxx 2009-cu il tarixli qərarına əsasən «Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Həmçinin məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məğbləğlər ödlənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqarının azaldılmasına yol verilmir. Məhkəmə hesab edir ki, İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan cərimənin miqdarını tənasübsüz surətdə yüksək göstərmişdir. Məhkəmə cavabdehlərə hesablanmış cərimənin miqdarının azaldılmasını işin hallarına, kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinə və borcluların əmlak vəziyyətinə uyğun və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2490.27 (iki min dörd yüz doxsan yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində kredit borcu, 283.48 (iki yüz səksən üç manat qırx səkkiz qəpik) manat məbləğində faiz borcu və 20 (iyirmi) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2793.75 (iki min yeddi yüz doxsan üç manat yetmiş beş qəpik) manat tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardn istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir trərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2490.27 (iki min dörd yüz doxsan yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində kredit borcu, 283.48 (iki yüz səksən üç manat qırx səkkiz qəpik) manat məbləğində faiz borcu və 20 (iyirmi) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2793.75 (iki min yeddi yüz doxsan üç manat yetmiş beş qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar