Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-950/2022 04.11.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X3 katibliyi ilə, İddiaçı Quba Regional X5 Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Quba Regional X6 Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Meşə Fonduna vurulmuş 58-18 manat ziyanın X4 Agentliyindəki Benifisiarın adı : Quba Regional X6, Benifisiarın hesabı : AZ95CTRE**********0005194701, VÖEN : **********, Büdcə təsnifat kodu: 142330, Büdcə səviyyə kodu : 1 hesaba ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Quba Regional X6 iddianı onunla əsaslandırmışdır ki, cavabdeh, Mərkəzin Həzrə meşəbəyliyinin 28 saylı dolayının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılışı orderi olmadan xx.xx.2021-ci il tarixdə palıd cinsli müxtəlif diametrli 5 ədəd işliyə yararlı yaş köküstə ağacları özbaşına kəsərək Meşə Fonduna 58-18 manat ziyan vurmuşdur. Meşədən qanunsuz yolla oduncaq əldə etməklə Cavabdeh “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ” 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7- ci əlavəsini pozmuşdur. İşdə olan 000575 saylı 27 dekabr 2021-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh qanunsuz olaraq 28 saylı dolayıdan 5 (beş) ədəd: 16 sm-1 əd., 20 sm-3əd., 24 sm-1 ıd. Palıd cinsinə məxsus ağacları balta və əl mişarla kəsərək, atla sürüyüb öz yaşadığı evinə gətirmişdir. Qanunsuz qırıntı aşkar edilərək,cavabdehin yaşadığı həyətin ətrafında gətirdiyi odunların foto-şəkilləri çəkilmişdir. Həmin odunlar barədə Cavabdehla söhbət aparıldığı zaman cavabdeh bildirmişdir ki, ehtiyacı olduğuna görə gətirdiyini bildirmiş, yazılı izahat yaza bilmədiyinə görə izahat yazmaqdan imtina etmişdir. İşdə olan 27 dekabr 2021-ci il tarixli Həcm-Qiymət cədvəlinin surətindən görünür ki, cavabdehin vurduğu zərərin ödəniş məbləği 58.18 manat təyin olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasənərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində mülki hüquq pozuntularına (deliktlər) anlayış verilərkən qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, həqiqətən də, cavabdeh Sərkərov X2 Həzrə meşəbəyliyinin 28 saylı dolayının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılışı orderi olmadan xx.xx.2021-ci il tarixdə palıd cinsli müxtəlif diametrli 5 ədəd işliyə yararlı yaş köküstə ağacları özbaşına kəsərək Meşə Fonduna 58,18 manat ziyan vurmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 58.18 (əlli səkkiz manat on səkkiz qəpik) manat ziyan X1 adı: Quba Regional X6, Benifisiarın hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142595, Büdcə səviyyə kodu: 3 hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Meşə Fonduna vurulmuş 58.18 (əlli səkkiz manat on səkkiz qəpik) manat ziyan alınaraq Mərkəzin Kapital bankdakı Benifisiarın adı: Quba Regional X6, Benifisiarın hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142595, Büdcə səviyyə kodu: 3 hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-950/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-950/2022
04.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver