Məhkəmə qərarları › İş №2(029)-96/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-96/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-96/2022 19.01.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «MUĞANBANK” ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borc 769.50 ABŞ dolları, faiz borcu 526.37 ABŞ dolları, cəmi 1295.87 ABŞ dolları və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq «MUĞANBANK” ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. «MUĞANBANK” ASC iddianı onunla əsaslandırmışdır ki, «MUĞANBANK” ASC ilə Cavabdeh arasında bağlanmış 29.05.2015-ci il tarixli № 45-15-11-024474 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə şəxsi məqsədləri üçün illik 29% dərəcəsi olmaqla 48 ay müddətinə 1704 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin, cavabdeh tərəfindən 29.05.2015-ci il tarixdə № 45-15-11-024474 saylı kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etməmişdir. Belə ki, həmin kredit müqaviləsinin 4.5-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Gecikdirilmiş borc yarandıqda borc alan borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0.16 % miqdarında dəbbə pulu ödəyir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə icra edilmədikdə barcalan borcverənə verilmiş kredit məbləğinin 58% miqdarında cərimə faizi ödəyir. 29.05.2015-ci il tarixli № 45-15-11-024474 saylı kredit müqaviləsinin 5.4.1-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 1 saylı əlavəsindəki cədvələ uyğun olaraq ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməlidir. Həmin müqavilənin 5.4.5-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 4.5, 4.6, 4.7-ci bəndlərində nəzərdə tutulan hallar baş verdikdə müvafiq olaraq hesablanmış cəriməni, penyanı və zərəri borc verənin nəfinə ödəməlidir. 04.05.2021-ci il tarixli maliyyə arayışına əsasən, 04.05.2021-ci il tarixə cavabdehin İddiaçı ASC-yə əsas borcu 769.50 ABŞ dolları, faiz borcu 526.37 ABŞ dolları, cəmi 1295.87 ABŞ dolları təşkil edir. «MUĞANBANK” ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ASC-nin hüquq şöbəsinin müdiri Y.M.Babayev məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini göstərmiş, işə «MUĞANBANK” ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı qismən qəbul edir. Onun «MUĞANBANK” ASC-yə 769.50 ABŞ dolları məbləğində borcu qalmışdır, həmin borcu bir dəfəyə ödəməyə imkanı yoxdur, borcu hissə-hissə ödəyəcək, faizləri isə qəbul etmir. Həmçinin bildirir ki, COVİD-19 infeksiyasına qarşı peyvənd olunmadığına görə təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb, qismən təmin edilməsini, ondan 769.50 ABŞ dollarının İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29 may 2015-ci il tarixli № 45-15-11-024474 saylı kredit müqaviləsinin və ona əlavə olunmuş ödəniş cədvəlinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh illik 29 faiz dərəcəsi ilə 48 (qırx səkkiz) ay müddətinə 1704 (min yeddi yüz dörd) ABŞ dolları məbləğində kredit verilmiş və ödəniş cədvəli tərtib olunmuşdur. İşdə olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 04.05.2021-ci il tarixli Xuç-172/21 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 29 may 2015-ci il tarixli № 45-15-11- 024474 saylı kredit müqaviləsi üzrə banka 769.50 (yeddi yüz altmış doqquz dollar əlli sent) ABŞ dolları məbləğində əsas borcunun, 526.37 (beş yüz iyirmi altı dollar otuz yeddi sent) ABŞ dolları məbləğində faiz borcunun, cəmi 1295.87 (min iki yüz doxsan beş dollar səksən yeddi sent) ABŞ dolları məbləğində kredit borcunun olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Cavabdeh əsas borca görə 769.50 (yeddi yüz altmış doqquz ABŞ dolları əlli sent) ABŞ dolları, faiz borcuna görə 526.37 (beş yüz iyirmi altı ABŞ dolları otuz yeddi sent) ABŞ dolları, cəmi 1295.87 (min iki yüz doxsan beş ABŞ dolları səksən yeddi sent) ABŞ dolları məbləğində kredit borcu qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla tutularaq İddiaçı ASC -nin hesabına keçirilməlidir Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 769.50 (yeddi yüz altmış doqquz dollar əlli sent) ABŞ dolları, faiz borcuna görə 526.37 (beş yüz iyirmi altı ABŞ dolları otuz yeddi sent) ABŞ dolları olmaqla cəmi 1295.87 (min iki yüz doxsan beş dollar səksən yeddi sent) ABŞ dolları məbləğində kredit borcu qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla tutularaq İddiaçı ASC -nin hesabına keçirilsin. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar