Məhkəmə qərarları › İş №2(029)-961/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-961/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-961/2021 27.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X11 iştirakı ilə İddiaçı QSC-nin X5, Cavabdeh2, X7, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC X5, Cavabdeh2, X7, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 032R********** saylı kredit razılaşması üzrə 4553.99 manat məbləğində kredit borcu, 3681.90 manat məbləğində faiz borcu və 5053.13 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 13289.02 (on üç min iki yüz səksən doqquz manat iki qəpik) manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC iddianı onunla əsaslandırmışdır ki, Atluxanov Rafiz Əmirəli oğlu ilə bağlanmış 04.10.2014-cü il tarixli 32L000001097 saylı kredit xətti müqaviləsinə əsasən həmin şəxsə 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Atluxanov Rafiz Əmirəli oğlu İddiaçı QSC ilə bağladığı 05.12.2014-cü il tarixli 032R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7800 (yeddi min səkkiz yüz) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 05.05.2016-cı il tarixli 032R**********S saylı, 05.09.2016-cı il tarixli 032R********** SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Atluxanov Rafiz Əmirəli oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 25.09.2018-ci il tarixdən banka qaytarmamışdır. Atluxanov Rafiz Əmirəli oğlu götürdüyü kredit borcundan 3246.01 manat ödəmiş, onun 4553.99 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Atluxanov Rafiz Əmirəli oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 11.08.2021-ci il tarixə 1051 gün üçün hesablanmış faiz borcu 3681.90 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. 11.08.2021-ci il tarixə 1051 gün üçün hesablanmış cərimə 5053.13 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə Atluxanov Rafiz Əmirəli oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə öhdəlik götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Atluxanov Rafiz Əmirəli oğlu ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamə ilə borclu Atluxanov Rafiz Əmirəli oğlunun 29.09.2018-ci il tarixdə vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 03.11.2020-ci il tarixli **********21 saylı məktuba əsasən Atluxanov Rafiz Əmirəli oğlunun ümumi birgə mülkiyyət hüququ ilə adına Qusar rayonu Xürel kəndində yerləşən 1.7890 ha kənd təsərrüfatı təyinatlı və 0.31 ha torpaq sahələri qeydiyyata alınmışdır. Bununla bağlı, Qusar rayon İcra Hakimiyyətinə 11.12.2020-ci il tarixdə 2-396/2020 saylı sorğu verilmiş, sonuncunun 08.02.2021-ci il tarixli 28 saylı məktubuna əsasən məlum olmuşdur ki, mərhum Atluxanov Rafiz Əmirəli oğlu və onun ailə üzvlərinin adında olan № ******* nömrəli çıxarışdakı 1.798 ha və JN:0077 nömrəli Dövlət Aktındakı 2.94 ha torpaq sahələri onun ailə üzvləri tərəfindən kənd təsərrüfatı məhsulları əkmək məqsədilə istifadə edilir. Qeyd edilən Çıxarışa əsasən Atluxanov Rafiz Əmirəli oğlu, Cavabdeh2, X8, X10 əkin məqsədli istifadə hüququna malikdirlər. Belə ki, faktiki vərəsələr- Cavabdeh2, X8, X1 rayonu Xürel kəndində yerləşən torpaq sahəsindən istifadə etdiklərindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab edildiyindən adları qeyd olunmuş şəxslər mərhum Atluxanov Rafiz Əmirəli oğlunun faktiki vərəsələri hesab edilirlər. Atluxanov Rafiz Əmirəli oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququnun yaranması üçün əsasdır. Zaminlər Cavabdeh4, Cavabdeh5 və Qurbanov X9 Rafiz Əmirəli oğlunun İddiaçı QSC-yə olan kredit borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Həmçinin, faktiki vərəsələr, Cavabdeh2, X8 və X10 hazırda yuxarıda qeyd edilən torpaq sahəsini istifadə etdiklərindən miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab edildiyindən onlar Atluxanov Rafiz Əmirəli oğlunun İddiaçı QSC-yə olan kredit öhdəliyi üzrə cavabdeh kimi cəlb edilməli və müvafiq borc məbləği Cavabdeh2, X2, X3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tutulmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X13 iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər X8, Cavabdeh2, X10, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və məhkəməyə ərizə göndərərək bildirmişlər ki, onlar iddianı qismən qəbul edirlər. Belə ki, hazırda banka 4553.99 manat əsas və 3681.90 manat faiz borcun olmasını etiraf edirlər. Lakin, bank həm də onlardan 5053.13 manat cərimə borcunu tələb edir. Bu isə düzgün deyildir. Onlar banka 5053.13 manat cərimə borcunun olmasını etiraf etmirlər və həmin cəriməni ödəmək iqtidarında da deyillər. Ona görə də hazırda 4553.99 manat əsas və 3681.90 manat faiz borcunun ödənilməsinə razıdırlar, 5053.13 manat cərimə borcunun isə silinməsini xahiş edirlər. Cərimə məbləği onlardan tutularsa onsuzda pis olan vəziyyətləri daha da pisləşər. Qeyd olunanlara əsasən onlardan İddiaçı QSC-nin xeyrinə 4553.99 manat əsas və 3681.90 mnat faiz borcunun tutulması, cərimə borcunun isə silinməsi barədə qətnamə çıxarılmasını, həmçinin şəxsi işləri ilə bağlı məhkəmə iclasına gələ bilmədikləri üçün işə onların iştirakları olmadan baxılmasını və qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişlər, Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı QSC ilə Atluxanov Rafiz Əmirəli oğlu arasında bağlanmış 04.10.2014-cü il tarixli 32L000001097 saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, Rafiz Atluxanova120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən ona veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. İşdə olan İddiaçı QSC ilə Atluxanov Rafiz Əmirəli oğlu arasında bağlanmış 05.12.2014-cü il tarixli 032R********** saylı kredit razılaşmasının surətindən görünür ki, bank tərəfindən Atluxanov Rafiz Əmirəli oğluna 36 ay müddətinə aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7800 (yeddi min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı "xxxx" QSC ilə cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanmış 05.12.2014-cü il tarixli 032S**********01 saylı, 32S000001693 saylı və 032S**********01 saylı zaminlik müqavilələrinin surətindən görünür ki, onlar Atluxanov Rafiz Əmirəli oğlunun 04.10.2014-cü il tarixli 32L000001097 saylı kredit xətti müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin icrasının təmini kimi zamin durmuşlar. İşdə olan İddiaçı QSC tərəfindən tərtib edilmiş 30.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Atluxanov Rafiz Əmirəli oğlunun 05.12.2014-cü il tarixli 032R********** saylı kredit razılaşması üzrə banka 4553.99 manat məbləğində kredit borcu, 3681.90 manat məbləğində faiz borcu və 5053.13 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 13289.02 (on üç min iki yüz səksən doqquz manat iki qəpik) manat məbləğində borcunun olduğu göstərilmişdir. İşdə olan AZ-İ № 952286 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Atluxanov Rafiz Əmirəli oğlu 12 oktyabr 2018-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar rayon İHB-nin Avaran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 dekabr 2020-ci il tarixli, 520 saylı Arayışdan görünür ki, mərhum Atluxanov Rafiz Əmirəli oğlu və onun ailə üzvlərinin adında olan № ******* saylı Çıxarışdakı 1.798 ha və JN: 0077 saylı Dövlət Aktındakı 2.94 ha torpaq sahələri onun ailə üzvləri tərəfindən kənd təsərrüfatı məhsulları əkmək məqsədilə istifadə edilir. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya MH № ******* saylı, **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 06.01.2009-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Xürel kəndində yerləşən 1.798 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Atluxanov Rafiz Əmirəli oğlu, Cavabdeh2, X8 və X6 adına Daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan JN: 0077 KOD 30103038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17\2 saylı qərarı ilə Atluxanov Rafiz Əmirəli oğlunun, Cavabdeh2, X4 və X6 mülkiyyətlərinə Qusar rayonu Xürel kəndi ərazisindən 2.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 03 noyabr 2020-ci il tarixli, **********21 saylı cavab məktubunun surətindən görünür ki, Atluxanov Rafiz Əmirəli oğlunun ümumi birgə mülkiyyət hüququ ilə adına Qusar rayonu Xürel kəndində yerləşən 1.7890 ha kənd təsərrüfatı təyinatlı və 0.31 ha torpaq sahələri qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi, borclu Atluxanov Rafiz Əmirəli oğlu 12 oktyabr 2018-ci il tarixdə ölmüş və onun ailə üzvləri həmin şəxsin, o cümlədən Cavabdeh2, X4 və X6 adlarına olan ******* saylı Çıxarışdakı 1.798 ha və JN: 0077 saylı Dövlət Aktındakı 2.94 ha torpaq sahələrində kənd təsərrüfatı məhsulları əkməklə istifadə edirlər. Bununla da, Cavabdeh2, X8 və X10 mərhum Atluxanov Rafiz Əmirəli oğlunun miras əmlakını faktiki qəbul etməklə mərhum Rafiz Atluxanovun miras kütləsinə daxil olan (miras passivi) bank qarşısında olan öhdəlikləri onların üzərlərinə keçmiş, həmin şəxslər hazırda borcun ödənilməsi üzrə bankın qarşısında öhdəlik daşıyırlar. Məhkəmə İddiaçı QSC-nın cavabdehlərin əsas və faiz borclarına dair göstərdiyi məbləğlərlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borcunun məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehlərdən həmin məbləğdə cərimənin tutulması onların üzərlərinə əlavə haqsız öhdəlik qoyulmasına və onların əlavə maliyyə sanksiyasına məruz qalmalarına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə həmin məbləğin azaldılaraq 100 (yüz) manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, cavabdehlər X2, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 05.12.2014cü il tarixli 032R********** saylı kredit razılaşması üzrə 4553.99 manat məbləğində kredit borcu, 3681.90 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8335.89 (səkkiz min üç yüz otuz beş manat səksən doqquz qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı QSC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı QSC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X2, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 05.12.2014-cü il tarixli 032R********** saylı kredit razılaşması üzrə 4553.99 manat məbləğində kredit borcu, 3681.90 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8335.89 (səkkiz min üç yüz otuz beş manat səksən doqquz qəpik) manat məbləğində kredit borcu, həmçinin məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar