Məhkəmə qərarları › İş №2(029)-98/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-98/2023

26.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-98/2023 26.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Mülküm oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçı Mülküm oğlunun Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mülküm oğlu Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qusar rayonu, Cibir kəndində yaşayan Cavabdeh ona vurulmuş maddi ziyan əvəzi olaraq 1511 (min beş yüz on bir) manat məbləğində dəymiş ziyanın, 36 manat ödənilmiş dövlət rüsumunun və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pulun, cəmi 1597 (min beş yüz doxsan yeddi) manat məbləğində dəymiş ziyanın əvəzinin alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Mülküm oğlu iddianı onunla əsaslandırmışdır ki,17 mart 2022-ci il tarixdə saat 11:50 radələrində oğlu X2 etibarnamə əsasında idarə etdiyi və onun mülkiyyətində olan VAZ 21013 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Qusar rayonunun Hil kəndindən Qusar şəhəri istiqamətində hərəkətdə olduğu zaman həmin yolun Köhnə Xudat kəndi ərazisinin 3 km-də hava şəraitinin qarlı buzlu olması səbəbindən qarşı hərəkət zolağında hərəkətdə olan və Cavabdeh idarə etdiyi PRİORA markalı, H 042 EK RUS 05 qeydiyyat nişanlı avtomobil digər hərəkət zolağına çıxaraq sürüşməklə oğlu Mülkümün idarə etdiyi avtomobillə toqquşmuş, nəticədə avtomaşınına maddi ziyan dəmişdir. Ona görə də Cavabdeh barəsində 14 aprel 2022-ci il tarixli protokol tərtib edilməklə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinib həmin tarixli qərarla 60 (altmış) manat məbləğingə cərimə edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomaşına maddi ziyan dəymiş və 11 aprel 2022-ci il tarixdə mütəxəssis tərəfindən tərtib edilmiş ziyan aktına əsasən dəymiş ziyanın məbləği 1511 (min beş yüz on bir) manat müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh hərəkətləri nəticəsində mülkiyyətində olan VAZ-21013 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1511 (min beş yüz on bir) manat məbləğində ziyan dəymişdir ki, həmin məbləğ Cavabdeh alınaraq onun xeyrinə verilməlidir. Cavabdeh məhkəməyə iddiaya etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, İddiaçı Mülküm oğlu ona qarşı “dəymiş ziyan tələbinə dair” iddia ərizəsi ilə Qusar rayon məhkəməsinə müraciət edərək ondan 1511 manat məbləğində dəymiş ziyanın 36 manat ödənilmiş dövlət rüsumunun, rəyin verilməsi üçün ödənilmiş 50 manat məbləğində pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, həmin iddianı qəbul edir və bildirir ki, baş vermiş məlum yol-nəqliyyat hasidəsi yalnız onun deyil, həm də iddiaçının oğlu X3 təqsirindən baş vermiş, hər ikisi inzibati məsuliyyətə cəlb olunmuşlar. Hətta, X3 barəsində tətbiq olunmuş inzibati xəta haqqında protokolda da ona maddi ziyan dəydiyi göstərilmişdir. Onun avtomobilinin əzilməsinə görə Mülküm Cabarovun idarə etdiyi avtomobilin icbari sığortasını həyata keçirən sığorta şirkəti ona dəymiş ziyanın yarısını ödəmişdir. Bununla da, hadisə nəticəsində ona dəymiş ziyana görə X3 delikt öhdəliyinin yaranması təsdiq olunmuşdur. Bu səbəbdən də, X6 tərəfindən ona vurulmuş ziyanın yarısı ödənildiyinə görə onun qalan öhdəliyi onun X3 qarşısında olan öhdəliyinin yarısı ilə əvəzləşdirilməli, yarısı isə 755 manat məbləğində pul onun tərəfindən iddiaçıya ödənilməlidir. Odur ki, həmin halları nəzərə alaraq iddianın qismən təmin edilməsi, tələb olunan pulun yarısının ondan tutulub iddiaçıya verilməsi, qalan hissədə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Mülküm oğlu məhkəmə iclasında iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Hadisə baş verən vaxt maşını etibarnamə əsasında oğlu idarə edib. Cavabdeh döngədə öz yolundan çıxaraq onun maşınını vurub. Həmin vaxt oğlu idarə etdiyi maşını qaçırıb, əgər qaçırmasaydı xəsarət alan çox olardı. Cavabdeh maşını sürətlə idarə edib, əgər sürəti çox olmasaydı maşını saxlamaq olardı. Maşınına 1500 manat ziyan dəyib. O, hələ də maşını təmir edə bilməmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, hadisə Qusar rayonu Köhnə Xudat kəndində yolda baş verib. Həmin vaxt o, maşını saatda 40 km ilə idarə edirdi. Hava şəraiti pis idi, yer isə yaş buz idi, yer buz olduğundan maşının idarəetməsini itirmiş və qarşı tərəfin yoluna çıxmışdır, həmin vaxt iddiaçının maşını təxminən 100 metr aralıqdan gəlirdi. Əgər o, öz yolu ilə getsəydi, qarşı tərəfə çıxmasa idi hadisə baş verməyəcəkdi. Qarşı tərəfə çıxmasına səbəb isə yolun buzlu olması olmuşdur. Həmin vaxt qarşı tərəfdən gələn maşını saxlaya bilərdi, ya da qarşı tərəfə çıxıb yoluna davam edə bilərdi. Hadisə vaxtı onun əli sınmış, əməliyyat keçirtmişdir. Baş vermiş hadisəyə görə hər ikisi təqsirkardır, onun təqsiri qarşı tərəfin yoluna çıxmaqdadır, o birisinin təqsiri isə maşını saxlamamaqdır. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan ƏN-V 478916 saylı nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı Mülküm oğlu X4 38BX421 dövlət qeydiyyat nişanlı VAZ 21013 markalı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir. İşdə olan TP ******* saylı yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qusar-Həzrə yolunun 6-cı km Köhnə Xudat kənd ərazisində Cavabdeh VAZ-217030 markalı H042EK05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr qaydalarını pozmuş, nəticədə 60 (altmış) manat cərimə edilmişdir. İşdə olan TP ******* saylı yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qusar-Həzrə yolunun 6-cı km Köhnə Xudat kənd ərazisində X6 VAZ-21013 markalı 38BX421 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarını pozmuş, nəticədə 40 (qırx) manat cərimə edilmişdir. İşdə olan 11 aprel 2022-ci il tarixli nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair Smeta (haqqı hesab) aktından görünür ki, Qusar rayonu Hil kənd sakini X4 etibarnamə üzrə məxsus «VAZ 21013» minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyan 1511 manat təşkil edir. İşdə olan mədaxil qəbzindən görünür ki, X6 tərəfindən fiziki şəxs Babayev Abrik oğluna maşına baxış keçirilməsi üçün 50 manat məbləğində pul ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 dekabr 2022-ci il tarixli 9/8183 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Vaz Kooperativinin” xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1981-ci il buraxılışlı «VAZ 21013» minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1511 manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 dekabr 2022-ci il tarixli 9/8183 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 dekabr 2022-ci il tarixli 9/8183 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyi işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübutlardan biri kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 17 mart 2022-ci il tarixdə saat 11: 50 radələrində oğlu X2 etibarnamə əsasında idarə etdiyi və İddiaçı Mülküm oğlunun mülkiyyətində olan VAZ 21013 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Qusar rayonunun Hil kəndindən Qusar şəhəri istiqamətində hərəkətdə olduğu zaman həmin yolun Köhnə Xudat kəndi ərazisinin 3 km-də hava şəraitinin qarlı buzlu olması səbəbindən qarşı hərəkət zolağında hərəkətdə olan və Cavabdeh idarə etdiyi PRİORA markalı, H 042 EK RUS 05 qeydiyyat nişanlı avtomobil digər hərəkət zolağına çıxaraq sürüşməklə oğlu Mülkümün idarə etdiyi avtomobillə toqquşmuş, nəticədə avtomaşınına maddi ziyan dəmişdir. Ona görə də Cavabdeh barəsində 14 aprel 2022-ci il tarixli protokol tərtib edilməklə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinib həmin tarixli qərarla 60 (altmış) manat məbləğingə cərimə edilmişdir. Cavabdeh tərəfindən törədilmiş inzibati xəta nəticəsində İddiaçı dəymiş ziyanın ödənilməsi sonuncu tərəfindən həmin şəxsdən tələb olunsa da, Cavabdeh maddi ziyanı ödəməmişdir. Bununla da, Cavabdeh İddiaçı qarşısında delikt öhdəliyi yaranmışdır. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətlərin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Belə ki, məhkəmə tərəfindən əsas sübutlardan biri kimi qəbul edilən, məhkəmə-əmtəəşünaslıq ekspertizasının yuxarıda göstərilən məlum ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıya dəymiş maddi ziyanın məbləği iddiaçının iddia ərizəsində göstərdiyi kimi 1511 (min beş yüz on bir) manat təşkil edir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh təqsirli hərəkəti nəticəsində İddiaçı Mülküm oğluna vurulmuş maddi zərərin əvəzi kimi 1511 (min beş yüz on bir) manat məbləğində dəymiş ziyanın, 36 manat ödənilmiş dövlət rüsumunun və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pulun, cəmi 1597 (min beş yüz doxsan yeddi) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri iddia təmin olunduğundan, həmçinin iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1511 (min beş yüz on bir) manat məbləğində dəymiş ziyanın, 36 manat ödənilmiş dövlət rüsumunun və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pulun, cəmi 1597 (min beş yüz doxsan yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Mülküm oğluna verilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar