Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-986/2022 12.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar Rayon Məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM : İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Qusar rayonu, Əvəcuq kəndində yaşayan Cavabdeh ona vurulmuş maddi ziyan əvəzi olaraq 1130 (min yüz otuz) manat məbləğində pulun və 32 manat ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair ərizəsi və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə təqdim edildiyindən icraata qəbul edilməməli və geri qaytarılmalıdır. İş materiallarından görünür ki, iddia ərizəsi imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-986/2022
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-986/2022
12.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver