Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-995/2020 16.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon məhkəməsinin 2(029)-720/2019 saylı qətnaməsi ilə xx xxxxxx 2011-ci il təvəllüdlü Nurlan və xx xxxxxx 2014-cü il təvəllüdlü İsmayıl adlı uşaqların saxlanmaları üçün Cavabdeh onun xeyrinə hər uşağa görə tutulmuş 100 (bir yüz) manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək hər ay hər bir uşağa görə 150 (bir yüz əlli) manat müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin Cavabdeh məhkəməyə ərizə təqdim edərək işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə göndərmiş olduğu iddia ərizəsindən görünür ki, onunla Cavabdeh birgə nikahlarından xx xxxxxx 2011-ci il təvəllüdlü Nurlan və xx xxxxxx 2014-cü il təvəllüdlü İsmayıl adlı iki uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün cavabdehlə ayrılmışlar və Qusar rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Həmçinin, həmin qətnamə ilə xx xxxxxx 2011-ci il təvəllüdlü Nurlan və xx xxxxxx 2014-cü il təvəllüdlü İsmayıl adlı iki uşaqlar onun yanında saxlanılmış və Cavabdeh onun xeyrinə həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat miqdarında aliment tutulmuşdur. Hal-hazırda özü işləmir və uşaqların saxlanmaları üçün 100 (bir yüz) manat aliment kifayət etmir. Belə ki, uşaqlar böyüdükcə maddi və digər təminatlarının ödənilməsi üçün tələb olunan xərclərin miqdarı artır. Aliment tutularkən İsmayıl adlı uşaq məktəbə getmirdi, hazırda isə həmin uşaq orta məktəbin 1-ci sinfinə gedir. Nurlan adlı uşağın da təhsili ilə əlaqədar xərcləri xeyli miqdarda artmışdır. Bundan başqa, uşaqların digər zəruri xərcləri də vardır ki, hazırki alimentin miqdarı kifayət etmir. Məhkəmə tərəfindən tutulmuş aliment həmin uşaqların hazırda ehtiyaclarını tam ödəmir. Cavabdehin isə uşaqların saxlanması üçün kifayət qədər imkanı vardır. Hesab edir ki, Qusar rayon məhkəməsinin 2(029)-720/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş aliment hazırda yetkinlik yaşına çatmamış uşaqları Nurlan və İsmayılın saxlanmaları üçün kifayət etmədiyindən və özünün maddi vəziyyəti aşağı olduğundan məhkəmə tərəfindən təyin olunmuş sabit pul məbləğində 100 (bir yüz) manat alimentin miqdarı dəyişdirilməli və sabit pul məbləğində hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə birgə nikahlarından xx xxxxxx 2011-ci il təvəllüdlü Nurlan və xx xxxxxx 2014-cü il təvəllüdlü İsmayıl adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və Qusar rayon məhkəməsinin 2(029)-720/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Həmçinin həmin qətnaməyə əsasən xx xxxxxx 2011-ci il təvəllüdlü Nurlan və xx xxxxxx 2014-cü il təvəllüdlü İsmayıl adlı uşaqların İddiaçı himayəsində saxlanılmaları və həmin uşaqların yetkinlik yaşlarına çatanadək baxılıb saxlanmaları üçün ondan hər ay hər bir uşağa görə 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin alimenti o, ödəməkdə çətinlik çəkir. Belə ki, aliment kəsilən vaxt və hal-hazırda o, işlədiyi X5 İdarəsindən eyni miqdarda əmək haqqı almışdır. Bundan da əlavə özü yenidən ailə həyatı qurmuş və həmin nikahdan da uşağı olacaqdır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə Cavabdeh izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ № 644301 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx xxxxxx 2011-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İİİ № 407308 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx xxxxxx 2014-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-720/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasındaki Samur qəsəbə İƏD üzrə nümayəndəliyində xx xxxxxx 2011-ci il tarixdə 01 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra xx xxxxxx 2011-ci il təvəllüdlü X7 və xx xxxxxx 2014-cü il təvəllüdlü X2 cavabdeh İddiaçı yanında qalmaları, xx xxxxxx 2011-ci il təvəllüdlü X7 və xx xxxxxx 2014-cü il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşlarına çatana kimi baxılıb saxlanmaları üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq iddiaçı Cavabdeh hər ay hər bir uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub cavabdeh İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Qusar rayon İHB-nın Gilahoba kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 82 nömrəli Arayışdan görünür ki, İddiaçı hal-hazırda X7 və X4 adlı uşaqları ilə birlikdə Qusar rayonunun Haçatala kəndində atası X1 evində yaşayır. İşdə olan Qusar RİHB-nın Samur qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 675 nömrəli Arayışdan görünür ki, 1987-ci il təvəllüdlü Cavabdeh Qusar rayonu, Samur qəsəbəsində yaşayır və onun adına qeydə alınmış evi yoxdur. İşdə olan Samur bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 695 nömrəli Arayışdan görünür ki, Cavabdeh adına qeydə alınmış pay və həyətyanı torpaq sahəsi yoxdur. İşdə olan Samur-Abşeron kanalının İstismarı İdarəsi tərəfindən verilmiş 03 nömrəli Arayışdan görünür ki, Cavabdeh aylıq əmək haqqısı 406 (dörd yüz altı) manatdır. İşdə olan AZ-İİ № 361344 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X8 arasında xx xxx 2020-ci il tarixdə Quba rayon Qeydiyyat şöbəsində 13 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Koroğluyeva soyadı verilmişdir. İşdə olan Quba rayon mərkəzi xəstəxanası hüquqi publik şəxsin “X15” tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 843 nömrəli Arayışdan görünür ki, X3 rayon mərkəzi xəstəxanasının “X15”ndə ailə həkimi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə müayinədə olmuş və 4 həftəlik hamiləlik dioqnozu qoyulmuşdur. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx xxxxxx 2011-ci il tarixdə X7 və xx xxxxxx 2014-cü il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Qusar rayon məhkəməsinin 2(029)-720/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasındaki Samur qəsəbə İƏD üzrə nümayəndəliyində xx xxxxxx 2011-ci il tarixdə 01 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra xx xxxxxx 2011-ci il təvəllüdlü X7 və xx xxxxxx 2014-cü il təvəllüdlü X2 İddiaçı yanında qalmaları, xx xxxxxx 2011-ci il təvəllüdlü X7 və xx xxxxxx 2014-cü il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşlarına çatana kimi baxılıb saxlanmaları üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci, 84.2.2-ci maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, Qusar rayon məhkəməsinin 2(029)-720/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, xx xxxxxx 2011-ci il təvəllüdlü X7 və xx xxxxxx 2014-cü il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəməyə tövsiyə etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, məhkəmə hesab edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu səbəbdən də məhkəmə 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon məhkəməsinin 2(029)-720/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. xx xxxxxx 2011-ci il təvəllüdlü X7 və xx xxxxxx 2014-cü il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikanın dövlət büdcəsinə keçirilsin. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-995/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-995/2020
16.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver