Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-1/2024 17.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 29 iyun 2020-ci il tarixli GTKR2445363A184 nömrəli “Kredit müqaviləsi” üzrə 7812,37 manat əsas və 1594,40 manat faiz borcu olmaqla, cəmi 9406,77 manat kredit borcu, 20 dekabr 2018-ci il tarixli **********01944184 nömrəli “Kredit kartına dair müqaviləsi” üzrə 117,16 manat əsas və 22,43 manat faiz borcu olmaqla, cəmi 139,59 manat kredit borcu və ödənilmiş 115,46 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddиaçı İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2020-ci il tarixli GTKR2445363A184 nömrəli “Kredit müqaviləsi”nə əsasən Cavabdeh illik 27,84% olmaqla 48 ay müddətinə 91000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda 20 dekabr 2018-ci il tarixli **********01944184 nömrəli “Kredit kartına dair müqaviləsi”nə əsasən Cavabdeh illik 25% olmaqla 59 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmış və plastik kart verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borclu müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Cavabdehin 25 fevral 2022-ci il tarixə 29 iyun 2020-ci il tarixli GTKR2445363A184 nömrəli “Kredit müqaviləsi” üzrə 7812,37 manat əsas və 1594,40 manat faiz borcu olmaqla, cəmi 9406,77 manat kredit borcu, 20 dekabr 2018-ci il tarixli **********01944184 nömrəli “Kredit kartına dair müqaviləsi” üzrə 117,16 manat əsas və 22,43 manat faiz borcu olmaqla, vəmi 139,59 manat kredit borcu yaranmışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazəmi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 20 dekabr 2018-ci il tarixli **********01944184 nömrəli “Kredit kartına dair müqavilə”sinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 dekabr 2018-ci il tarixli **********01944184 nömrəli Kredit kartına dair müqaviləsi”nə əsasən Cavabdeh illik illik 25% olmaqla 59 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. İşə əlavə edilmiş 29 iyun 2020-ci il tarixli GTKR2445363A184 nömrəli “Kredit müqaviləsi”sinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2020-ci il tarixli GTKR2445363A184 nömrəli “Kredit müqaviləsi”nə əsasən Cavabdeh illik 27,84% olmaqla 48 ay müddətinə 91000 manat məbləğində kredit verilmişdir. Alınmış kreditin faizlə birlikdə qaytarılması müddəti və məbləği müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş 04 mart 2022-ci il tarixli 135000/624 nömrəli maliyyə arayışından görünür ki, 25 fevral 2022-ci il tarixə Cavabdeh 29 iyun 2020-ci il tarixli GTKR2445363A184 nömrəli “Kredit müqaviləsi” üzrə 7812,37 manat əsas və 1594,40 manat faiz borcu olmaqla, cəmi 9406,77 manat kredit borcu, 20 dekabr 2018-ci il tarixli **********01944184 nömrəli “Kredit kartına dair müqaviləsi” üzrə 117,16 manat əsas və 22,43 manat faiz borcu olmaqla, cəmi 139,59 manat kredit borcu yaranmışdır. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2020-ci il tarixli GTKR2445363A184 nömrəli “Kredit müqaviləsi”nə əsasən Cavabdeh illik 27,84% olmaqla 48 ay müddətinə 91000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, 20 dekabr 2018-ci il tarixli **********01944184 nömrəli “Kredit kartına dair müqaviləsi”nə əsasən Cavabdeh illik 25% olmaqla 59 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmış və plastik kart verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borclu müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Cavabdehin 25 fevral 2022-ci il tarixə 29 iyun 2020-ci il tarixli GTKR2445363A184 nömrəli “Kredit müqaviləsi” üzrə 7812,37 manat əsas və 1594,40 manat faiz borcu olmaqla, cəmi 9406,77 manat kredit borcu, 20 dekabr 2018-ci il tarixli **********01944184 nömrəli “Kredit kartına dair müqaviləsi” üzrə 117,16 manat əsas və 22,43 manat faiz borcu olmaqla, vəmi 139,59 manat kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlu əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası MM-in 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 743-cü maddəsinə görə, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 29 iyun 2020-ci il tarixli GTKR2445363A184 nömrəli “Kredit müqaviləsi” üzrə 7812,37 manat əsas və 1594,40 manat faiz borcu olmaqla, cəmi 9406,77 manat kredit borcu, 20 dekabr 2018-ci il tarixli **********01944184 nömrəli “Kredit kartına dair müqaviləsi” üzrə 117,16 manat əsas və 22,43 manat faiz borcu olmaqla, cəmi 139,59 manat kredit borcu tutulub İddiaçı ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 115,46 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 29 iyun 2020-ci il tarixli GTKR2445363A184 nömrəli “Kredit müqaviləsi” üzrə 7812,37 manat əsas və 1594,40 manat faiz borcu olmaqla, cəmi 9406,77 manat kredit borcu, 20 dekabr 2018-ci il tarixli **********01944184 nömrəli “Kredit kartına dair müqaviləsi” üzrə 117,16 manat əsas və 22,43 manat faiz borcu olmaqla, cəmi 139,59 manat kredit borcu və ödənilmiş 115,46 manat dövlət rüsumu olmaqla, cəmi 9661,82 (doqquz min altı yüz altmış bir manat səksən iki qəpik) manat tutulub İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-1/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-1/2024
17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver