Məhkəmə qərarları › İş №2(030)-101/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-101/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-101/2023 12.01.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 may 2021-ci tarixli 23033223 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd İMEİ kodu **********79877 olan “Xiaomi Redmi 9T” markalı mobil telefon üçün 395 manat borc, 12 yanvar 2021-ci il tarixli 22206339 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd İMEİ kodu olan “Samsung Galaxy A10s” markalı mobil telefon üçün 123 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 548 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 22 dekabr 2022-ci il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 may 2021-ci tarixli 23033223 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 27.80 manat ödəməklə 18 ay müddətinə “Xiaomi Redmi 9T” markalı mobil telefonu 500.40 manata satın almışdır. 12 yanvar 2021-ci il tarixli 22206339 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 28 manat ödəməklə 12 ay müddətinə “Samsung Galaxy A10s” markalı mobil telefonu 336 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 365 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 01 may 2021-ci tarixli 23033223 nömrəli “Müqavilə” üzrə 359.40 manat ödənilməmiş hissə və 35.60 manat cərimə borcu, 12 yanvar 2021-ci il tarixli 22206339 nömrəli “Müqaviləyə” üzrə 112 manat ödənilməmiş hissə və 11 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 01 may 2021-ci tarixli 23033223 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 may 2021-ci tarixli 23033223 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 27.80 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 500.40 manat olan “Xiaomi Redmi 9T” mobil telefonu satın almışdır. İşə əlavə edilmiş 12 yanvar 2021-ci il tarixli 22206339 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 yanvar 2021-ci il tarixli 22206339 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 28 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 336 manat olan “Samsung Galaxy A10s” mobil telefonu satın almışdır. İşə əlavə edilmiş 01 may 2021-ci il tarixli bildirişin və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 01 may 2021-ci tarixli 23033223 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********79877 olan “Xiaomi Redmi 9T 4B/64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 12 yanvar 2021-ci il tarixli bildirişin və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 12 yanvar 2021-ci il tarixli 22206339 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********79877 olan “Samsung Galaxy A10s (SM-A107)” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 16 noyabr 2022-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 01 may 2021-ci il tarixli 23033223 nömrəli “Müqaviləyə” əsasən “Xiaomi Redmi 9T” markalı mobil telefon üçün 359.40 manat ödənilməmiş hissə və 35.60 manat cərimə borcu, 12 yanvar 2021-ci il tarixli 22206339 nömrəli “Müqaviləyə” əsasən “Samsung Galaxy A10s” markalı mobil telefon üçün 112 manat ödənilməmiş hissə və 11 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 17 noyabr 2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış üçün təmin olunmalıdır. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 01 may 2021-ci il tarixli 23033223 nömrəli müqaviləyə əsasən “Xiaomi Redmi 9T” markalı mobil telefonu 500.40 manata və 12 yanvar 2021-ci il tarixli 22206339 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A10s” markalı mobil telefonu 336 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 365 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 01 may 2021-ci il tarixli 23033223 nömrəli “Müqavilə” üzrə 359.40 manat ödənilməmiş hissə və 35.60 manat cərimə, 12 yanvar 2021-ci il tarixli 22206339 nömrəli “Müqavilə” üzrə 112 manat ödənilməmiş hissə və 11 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 01 may 2021-ci il tarixli 23033223 nömrəli müqaviləyə əsasən “Xiaomi Redmi 9T” markalı mobil telefon üçün 395 manat və 12 yanvar 2021-ci il tarixli 22206339 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A10s” markalı mobil telefon üçün 123 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 01 may 2021-ci il tarixli 23033223 nömrəli müqaviləyə əsasən “Xiaomi Redmi 9T” markalı mobil telefon üçün 359.40 manat ödənilməmiş hissə, 35.60 manat cərimə, 12 yanvar 2021-ci il tarixli 22206339 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A10s” markalı mobil telefon üçün 112 manat ödənilməmiş hissə, 11 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 548 (beş yüz qırx səkkiz) manat tutularaq "xxxx" X2 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar