Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-102/2025 18.02.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X5 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X5 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X5 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayonu Çıraxlı kəndində yaşayan Cavabdeh X11 vurulmuş 295,40 manat məbləğində pul vəsaitinin tutulub 14 saylı X5 Mərkəzinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X5 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, 14 saylı X5 Mərkəzinin əməkdaşları tərəfindən 10 oktyabr 2024-cü il tarixdə X1 4 sаylı meşə dolayısının ərazisində araşdırma aparılan zaman Dəşkəsən rayonu Çıraxlı kəndində yaşayan Cavabdeh qanunsuz olaraq kömür yandırmaq məqsədi ilə uzunluğu 4 metr, eni 3 metr ölçüdə quyu hazırlayaraq torpağın üst münbit qatını məhv edərək hazırladığı quyuya təbii fəlakət nəticəsində yıxılmış, qurumuş ağaclardan 5 m3 odun yığıb yandırmaqla X11 zərər vurması faktı müəyyən edilmişdir. Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X11 295,40 manat məbləğində maddi zərər vurulmuşdur. 02 dekabr 2024-cü il tarixli 3-14-27- 09/2-210/2024 saylı məktubla cavabdehə vurmuş olduğu zərərin əvəzinin könüllü ödəməsi barədə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticəsi olmamışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X5 Mərkəzinin 10 oktyabr 2024-cü il tarixli 000241 nömrəli aktdan və həcm-qiymət cədvəlində görünür ki, 10 oktyabr 2024-cü il tarixdə Daşkəsən rayonunun Çıraxlı kəndi ərazisində yerləşən Dəstəfur meşəbəyliyinin 4 saylı dolayısında araşdırılma aparılarkən, Daşkəsən rayonu üzrə meşə mühafizə mühəndisi Vidadi Paşayev, Dəstəfur meşəbəyliyinin 4 saylı meşə dolayısının mühafizəsi müvəqqəti həvalə edilmiş Arif Sadıqovun, qonşu meşə gözətçisi (4 saylı dolayının 20, 21 və 29-cü kvartallarının mühafizəsi həvalə edilmiş) Teyyub İsmayılovun və meşə qanunvericiliyini pozmuş Daşkəsən rayonu Çıraxlı kənd sakini Cavabdeh iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, Cavabdeh X1 04 saylı meşə dolayının 15-ci kvadratında qanunsuz olaraq kömür yandırmaq məqsədi ilə uzunluğu 4 metr, eni 3 metr ölçüdə quyu hazırlayaraq torpağın üst münbit qatını məhv etdiyini, həmçinin, hazırladığı quyuya (hündürlüyü 0,6 metr) təbii fəlakət nəticəsində yıxılmış (qırılmış) ağaclardan 5 m3 odun yığıb, kömür yandırarkən Mərkəzin əməkdaşları tərəfindən tutulmuşdur. Hazırlanmış kömür quyusu dağıdılaraq məhv edilmişdir. Bununla da, Cavabdeh tərəfindən X11 295,40 manat məbləğində zərər vurulmuşdur. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X5 Mərkəzinin 02 dekabr 2024-cü il tarixli 3-14-27-09/2- 210/2024 saylı bildiriş məktubunun surətindən görünür ki, 14 saylı X5 Mərkəzinin Dəstəfur məşəbəyliyinin 4 saylı meşə dolayısında 10.10.20 24-cü il tarixdə Mərkəzin əməkdaşları tərəfindən yoxlama apararkən Cavabdeh dolayda qanunsuz olaraq oğurluq yolla kömür məhsulu hazırlamaq üçün yandırması aşkar edilmiş və barəsində akt tərtib olunmuşdur. Bununla da, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 saylı qərarına əsasən və 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7 saylı əlavəsinin tələblərini pozduğunuza görə X11 295,40 (iki yüz doğsan beş manat qırx qəpik) manat məbləğində ziyan vurmuşdur. Bununla da, Cavabdeh toplanmış sənədlər əsasında Azərbaycan Respulikasının inzibati xətalar məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İXM-nin 253.1 maddəsinə əsasən Meşə fondu sahələrində meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbil əmələ gəlmiş cavan ağacların ve cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə fiziki şəxslər 700 (yeddi yüz) manatdan 1000 (min) manatadək məbləğdə, vəzifəli şəxslər 4500(dörd min beş yüz) manatdan 6000 ( beş min) manatadək məbləğdə, cərimə edilir. İXM-nin 150.1 maddəsinə əsasən inzibati cərimə haqqında qərar qanuni qüvvəyə mindikdən otuz gündən gec olmayaraq 150.13. Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekololi təhlükəsizlİk qaydaları əleyhinə olan İnzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun Ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu butün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərar qanuni qüvveyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbəh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən İcra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı "İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. 100.14. Ətraf mühitin mühafizəsi, təblətdən istifadə və ekololi təhlükəsizlik qaydaları əleyhinə olan inzibatı xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın Qanuni qüvvəyə mindiyi gündən 6 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində Ödənişdən azad edilir. Törətdiyi inzibati Xəta və Meşə Fonduna vurduğunuz ziyan ilə bağlı cərimənin könüllü ödənilməsi üçün 08 dekabr 2024-cü İl tarixdə saat 11-00-da 14 X6 Mərkəzinin ünvan 1 ünvanda yerləşən mərkəzinə dəvət edilmişdir. Uzürsüz səbəbdən mərkəzə gəlməzsə Meşə fonduna vurduğu ziyan İlə bağlı iştirakı olmadan qərar qəbul ediləcəyi və sənədlər toplanaraq Məhkəmə orqanlarına göndəriləcəyi bildirilmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X5 Mərkəzinin əməkdaşları tərəfindən Dəstəfur meşəbəyliyinin 4 sаylı meşə dolayısının ərazisində araşdırma aparılarkən Cavabdeh X1 04 saylı meşə dolayının 15-ci kvadratında qanunsuz olaraq kömür yandırmaq məqsədi ilə uzunluğu 4 metr, eni 3 metr ölçüdə quyu hazırlayaraq torpağın üst münbit qatını məhv etdiyini, həmçinin, hazırladığı quyuya (hündürlüyü 0,6 metr) təbii fəlakət nəticəsində yıxılmış (qırılmış) ağaclardan 5 m3 odun yığıb, kömür yandırarkən Mərkəzin əməkdaşları tərəfindən tutulmuşdur. Hazırlanmış kömür quyusu dağıdılaraq məhv edilmişdir. Bununla da, Cavabdeh tərəfindən X9 295,40 manat məbləğində zərər vurulmuşdur. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 52-ci maddəsinə görə, meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir Həmin Məcəllənin 78-ci maddəsinə əsasən, meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 79-ci maddəsinə əsasən, Meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd olunan maddi hüquq normalara əsasən məhkəmə hesab edir ki, vurulmuş ziyanın müqabilində 295,40 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X5 Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş miqdarda dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu» haqqında Azərbaycan Respublikası Qanunun 9.1.14-ci maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilmişlər. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci bəndinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda olduqda, 30 manat məbləğində dövlət rüsumu ödənilir. Ona görə də, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 295,40 (iki yüz doxsan beş manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X5 Mərkəzinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X7 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-102/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-102/2025
18.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver