Məhkəmə qərarları › İş №2(030)-103/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-103/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-103/2023 01.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Aşıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh1 vərəsəsi Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələdən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh1 vərəsəsi Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh1 vərəsəsi Cavabdeh2 03 oktyabr 2016-cı il tarixli 17-xx-xx-068053 nömrəli “Kredit müqaviləsi” üzrə 1778,37 manat əsas və 0,01 manat faiz borcu olmaqla, cəmi 1778,38 manat kredit borcu, ödənilmiş 37,79 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi işə onların iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC iddianı onun əsaslandırmışdır ki, "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 03 oktyabr 2016-cı il tarixli 17-xx-xx-068053 nömrəli “Kredit müqaviləsi”nə əsasən sonuncuya illik 29% olmaqla 60 ay müddətinə 2568 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 14 mart 2019-cu il tarixdə vəfat etmişdir. 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin 28 iyun 2022-ci il tarixli məktubu ilə Cavabdeh1 vərəsəsinin qızı Cavabdeh2 olduğu müəyyən edilmişdir. Bankın “Gəncə” filialının 26 sentyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 1778,37 manat əsas və 0,01 manat faiz borcu olmaqla, cəmi 1778,38 manat kredit borcu qalmışdır. Cavabdeh2 mərhum Cavabdeh1 mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh1 vərəsəsi Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci madddəsinə əsasən işə cavabdehin iştirkı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 03 oktyabr 2016-cı il tarixli 17-xx-xx-068053 nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 03 oktyabr 2016-cı il tarixli 17-xx-xx-068053 nömrəli “Kredit müqaviləsi” üzrə sonuncuya illik 29% olmaqla 60 ay müddətinə, 03 oktyabr 2021-ci il tarixədək 2568 manat məbləğində kredit verilmişdir. Alınmış kreditin faiz ilə birlikdə qaytarılması barədə 1 saylı əlavə ödəniş cədvəli nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh1 14 mart 2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Azərbaycan 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 27 mart 2019-cu il tarixdə 663 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq eidlmiş 01 may 2019-cu il tarixli 2V-646 reyestr nömrəli, V-366/2019 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh2 "xxxx" ASC-nin Azadlıq filialı tərəfindən 29 aprel 2019-cu il tarixdə verilmiş Aza/121 №-li məktuba əsasən “Azərbaycan Respublikasında fiziki şəxlsərin problemi kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən xarici valyutada olan kredit borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tətərfindən qarşılanması məqsədi ilə fiziki şəxs miras qoyan Cavabdeh1 adına qalan 1127,71 manat məbləğində kompensasiya olaraq hesablanmış pul vəsaitindən ibarət miras əmlakdan tam hissədə irs almışdır. İşə əlavə edilmiş 16 avqust 2022-ci il tarixli 0310 nömrəli xəbərdalıqdan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 vərəsəsi Cavabdeh2 03 oktyabr 2016-cı il tarixli 17-xxxx-068053 nömrəli “Kredit müqaviləsi” üzrə yaranmış ödəliyimn 3 gün müddətində tam yerinə yetirlməsi xahiş edilmiş, öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə mürcaiət ediləcəyi və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin ondan tutulması barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 05 noyabr 2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən 37,79 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 03 oktyabr 2016-cı il tarixli 17-xx-xx-068053 nömrəli “Kredit müqaviləsi”nə əsasən sonuncuya illik 29% olmaqla 60 ay müddətinə 2568 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 14 mart 2019-cu il tarixdə vəfat etmişdir. 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzində Notariat Ofisinin 28 iyun 2022-ci il tarixli məktubu ilə Cavabdeh1 vərəsəsinin qızı Cavabdeh2 olduğu müəyyən edilmişdir. Bankın “Gəncə” filialının 26 sentyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 1778,37 manat əsas və 0,01 manat faiz borcu olmaqla, cəmi 1778,38 manat kredit borcu qalmışdır. Cavabdeh2 mərhum Cavabdeh1 mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə göründüyü kimi, kredit alan Cavabdeh1 14 mart 2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun vəfatından sonra Cavabdeh2 vərəsəliyi qəbil etmiş və 01 may 2019-cu il tarixli 2V-646 reyestr nömrəli, V-366/2019 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə görə, əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Həmin Məcəllənin 1309-cu maddəsinə görə, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlu əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Bundan başqa, Mülki Məcəllənin 399.4-cü madəsinə müvafiq olaraq müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Yəni tərəf müqavilənin qüvvədə olduğu müddət üçün məsuliyyət daşıyır. Müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonrakı dövr üçün müqavilə öhdəliyindən və müqavilə üzrə məsuliyyətdən söhbət gedə bilməz və deməli, bu müddətdən sonrakı dövr üçün iddiaçı müqavilədən irəli gələn tələb hüququna malik deyildir. O, yalnız qanundan irəli gələn tələb irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 743-cü maddəsinə görə, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, mərhum Cavabdeh1 qanun üzrə vərəsəsi Cavabdeh2 03 oktyabr 2016-cı il tarixli 17-xx-xx-068053 nömrəli “Kredit müqaviləsi” üzrə 1778,37 manat əsas və 0,01 manat faiz borcu olmaqla, cəmi 1778,38 manat məbləğində kredit borcu tutulub iddiaçı "xxxx" ASC -nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 37,79 manat məbləğində dövlət rüsumu və 0,40 xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Mərhum Cavabdeh1 qanun üzrə vərəsəsi Cavabdeh2 03 oktyabr 2016-cı il tarixli 17xx-xx-068053 nömrəli “Kredit müqaviləsi” üzrə 1778,37 manat əsas, 0,01 manat faiz borcu, ödənilmiş 37,79 manat dövlət rüsumu və 0,40 manat olmaqla, cəmi 1816 (bir min səkkizi yüz on altı) manat 57 (əlli yeddi) qəpik tutulub iddiaçı "xxxx" ASC -yə ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar