Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-105/2023 27.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 avqust 2020-ci tarixli 21119024 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd İMEİ kodu **********39539 olan “Realme C2” markalı mobil telefon üçün 27 manat borc, 06 aprel 2021-ci il tarixli 22447646 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd İMEİ kodu **********39539 olan “Samsung Galaxy A10s” markalı mobil telefon üçün 271 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 301 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 28 dekabr 2022-ci il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 avqust 2020-ci tarixli 21119024 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 27.50 manat ödəməklə 12 ay müddətinə “Realme C2” markalı mobil telefonu 330 manata satın almışdır. 06 aprel 2021-ci il tarixli 22447646 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 27.50 manat ödəməklə 12 ay müddətinə “Samsung Galaxy A10s” markalı mobil telefonu 330 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 388.60 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 28 avqust 2020-ci tarixli 21119024 nömrəli “Müqavilə” üzrə 24.40 manat ödənilməmiş hissə və 2.60 manat cərimə borcu, 06 aprel 2021-ci il tarixli 22447646 nömrəli “Müqaviləyə” üzrə 247 manat ödənilməmiş hissə və 24 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 28 avqust 2020-ci tarixli 21119024 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 avqust 2020-ci tarixli 21119024 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 27.50 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 330 manat olan “Realme C2” mobil telefonu satın almışdır. İşə əlavə edilmiş 06 aprel 2021-ci il tarixli 22447646 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2021-ci il tarixli 22447646 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 27.50 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 330 manat olan “Samsung Galaxy A10s” mobil telefonu satın almışdır. İşə əlavə edilmiş 28 avqust 2020-ci il tarixli bildirişin və əşyaların təhviltəslim aktının surətindən görünür ki, 28 avqust 2020-ci tarixli 21119024 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********20795 olan “Realme C2 2/32GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 06 aprel 2021-ci il tarixli bildirişin və əşyaların təhviltəslim aktının surətindən görünür ki, 06 aprel 2021-ci il tarixli 22447646 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********39539 olan “Samsung Galaxy A10s (SM-A107)” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 25 noyabr 2022-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 28 avqust 2020-ci il tarixli 21119024 nömrəli “Müqaviləyə” əsasən “Realme C2” markalı mobil telefon üçün 24.40 manat ödənilməmiş hissə və 2.60 manat cərimə borcu, 06 aprel 2021-ci il tarixli 22447646 nömrəli “Müqaviləyə” əsasən “Samsung Galaxy A10s” markalı mobil telefon üçün 247 manat ödənilməmiş hissə və 24 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 28 noyabr 2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış üçün təmin olunmalıdır. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 28 avqust 2020-ci il tarixli 21119024 nömrəli müqaviləyə əsasən “Realme C2” markalı mobil telefonu 330 manata və 06 aprel 2021-ci il tarixli 22447646 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A10s” markalı mobil telefonu 330 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 388.60 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 28 avqust 2020-ci il tarixli 21119024 nömrəli “Müqavilə” üzrə 24.40 manat ödənilməmiş hissə və 2.60 manat cərimə, 06 aprel 2021-ci il tarixli 22447646 nömrəli “Müqavilə” üzrə 247 manat ödənilməmiş hissə və 24 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 28 avqust 2020-ci il tarixli 21119024 nömrəli müqaviləyə əsasən “Realme C2” markalı mobil telefon üçün 27 manat və 06 aprel 2021-ci il tarixli 22447646 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A10s” markalı mobil telefon üçün 271 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 28 avqust 2020-ci il tarixli 21119024 nömrəli müqaviləyə əsasən “Realme C2” markalı mobil telefon üçün 24.40 manat ödənilməmiş hissə, 2.60 manat cərimə, 06 aprel 2021-ci il tarixli 22447646 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A10s” markalı mobil telefon üçün 247 manat ödənilməmiş hissə, 24 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 328 (üç yüz iyirmi səkkiz) manat tutularaq "xxxx" X2 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-105/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-105/2023
27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver