Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-107/2023 24.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Elmar qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ona məxsus Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində yerlkəşən yaşyış evinə giriş-çıxış yolunun açılması, qarajın sökülərək maneənin aradan qaldırılmaqla giriş-çıxış yolunun açılması və həmin yoldan onların istifadə etmələrinə cavabdehlər tərəfindən göstərilən maneçiliyə qadağa qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bir-biri ilə qonşu olmaqla mülkiyyət və istifadələrində olan Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində yerləşən həyətyanı torpaq sahələrinə gedən kəndarası ictiami yoldan Yuxarı Daşkəsən qəsəbəsi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən keçməklə, qaraj sökülərək manelər aradan qaldırılmaqla giriş-çıxış yolunun açılması və həmin yoldan onların istifadə etmələrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən göstərilən maneçiliyə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, uzun illərdir ki, Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində yaşayır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə qonşudurlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********80 reuestr nömrəli Çıxarışa Fərdi yaşayış evinin Texniki Pasportuna əsasən Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsi Koroğlu küçəsində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 9 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. İctimai yoldan onun və cavabdehlərin evinə gediş-gəliş və nəqliyyat vasitələrinin istifadəsi üçün yol mövcud olmuşdur. Cavabdehlərin evi yolun sol hissəsində, onun evi isə cavabdehlərin evindən üst tərəfdə yerləşir. Hər ikisinin də evləri arasında yerləşən torpaq sahəsi Bələdiyyə mülkiyyətinə aiddir. Cavabdehlərin evi yolun sol hissəsindən yerləşməsinə baxmayaraq, yolun tən ortasında, yəni onun evinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolda qaraj tikdirmişdir. Qaraj tikildikdən sonra onun evinə gediş-gəliş üçün kiçik bir cığır qalmışdır. Yol bağlandıqdan sonra onun evinə nəqliyyat vasitəsinin hərəkəti də, məhdudlaşdırılmışdır. Yolun açılması barədə cavabdehlərə xəbərdarlıq etsə də, cavabdehlər heç kimə əhəmiyyət verməyərək yolu açmaqdan imtina etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı X1 ilə qonşudurlar. Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 25 aprel 1998-ci il tarixli 25 saylı qərarı ilə onun və ailə üzvülərinin birgə mülkiyyətinə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsi ərazisindən 0,03 ha həyətyanı torpaq sahəsi verilmişdir. Onların mülkiyyətində olan torpaq sahəsi ilə iddiaçının torpaq sahəsi qonşu ərazidə yerləşir. Onlar tərəfindən iddiaçının həyətyanı torpaq sahəsinə və gediş-gəliş üçün nəzərdə tutulmuş yoldan istifadəsinə heç bir maneçilik edilməmişdir. Torpaq sahəsində qaraj inşa edilərkən iddiaçının məlumatı olsa da, həmin zaman heç bir narazılıq etməmişdir. İddia tələbi qanunsuz və əsasız olduğu üçün rədd olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 Elmar qızı digər Cavabdeh1 ilə eyniməzmunlu izahat verib iddia tələbi qanunsuz və əsasız olduğu üçün rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-273D KOD 50600018 olan Şəhadətnamənin surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 25 aprel 1998-ci il tarixli 25 saylı qərarı ilə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbə sakini Cavabdeh2, X6, X3, X4, X5 və X2 mülkiyyətinə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsi ərazisindən 0,03 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon dövlət notariat ofisində təsdiq edilmiş 15 iyul 2020-ci il tarixli 4Ə-40 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanma müqaviləsi”nin surətindən görünür ki, X8 ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 01 iyul 2020-ci il tarixli , **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsus 18,4 kv.metr olan fərdi yaşayış evini qızı İddiaçı bağışlamışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 yanvar 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********80 reyestr nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və həmin topraq sahəsində olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsinin 17 iyul 2020-ci il tarixli **********86-10301 reyestr nömrəli “Fərdi yaşayış evinin Texniki Pasport”unun təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Əsas: Daşkəsən rayon DNO-nin xx.xx.2020-ci il tarixli 4Ə-40 reyestr saylı bağışlanma müqaviləsi. Tik- “A”-da 21,0 kv.m yaşayış otağı, Tik –“B”- tövlə 30,4 kv.m, Tik- “C”- tövlə 21,0 kv.m, Tik –“İ”- sanitar 2,2 kv.m icazəsizdir. 0,01303 (ha) torpaq sahəsi istifadədir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 11 aprel 2023-cü il tarixli 3-21-3-33/2- 3210/2023 saylı mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsi, elektron baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan gediş-gəliş yolu kimi nəzərdə tutulmuşdur. Mübahisəli torpaq sahəsi, elektron baza məlumatlarına əsasən ümumi istifadədə olan gediş-gəliş yolu kimi nəzərdə tutulmuşdur. **********80 reeystr nömrəli Çıxarışla İddiaçı mülkiyyətinə veirlmiş 0,12 ha həyətyanı torpaq sahəsi, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-273 D (kod ********) olan Şəhadətnaməyə əsasən Cavabdeh2 və ailə üzvülətinin mülkiyyətində olan 0,03 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür. Mübahisəli torpaq sahəsinə istinadən, İddiaçı mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsinə müdaxilə halı aşkarlanmamışdır. İddiaçının həyətyanı torpaq sahəsinə gedən ictimai yolda qaraj inşa edilmişdir. Qaraj ilə iddiaçının torpaq sahəsinə giriş hissə arasında 1 metrə qədər məsafə mövcuddur. Həmin tikilinin iddiaçının həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə gediş-gəliş üçün maneə yaradıb-yaratmaması və kəndarası ictimai yoldan iddiaçının həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması barədə münasibət bildirilməsi səlahiyyətlərinə aid deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları, işə əlavə edilmiş sənədlər və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 yanvar 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********80 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və həmin topraq sahəsində olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı ailəsi ilə birlikdə qeyd edilən evdə yaşayır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ilə qonşuluqda yaşayırlar. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-273D KOD 50600018 olan Şəhadətnamə əsasən cavabdehlərin istifadəsinə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsi ərazisindən 0,03 ha həyətyanı torpaq sahəsi verilmişdir. Uzun müddətdir ki, kəndarası ictimai yola çıxış, eyni zamanda ictimai yoldan həyətyanı torpaq sahələrinə girişlə bağlı tərəflər arasında mübahisə davam edir. Qeyd edilən mübahisəli torpaq sahəsi, elektron baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan gediş-gəliş yolu kimi nəzərdə tutulmuşdur. Buna baxmayaraq, cavabdehlər tərəfindən bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan, iddiaçının həyətyanı torpaq sahəsinə gedən ictimai yolda qaraj inşa edilməklə iddiaçının öz mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evinə gediş-gəlişi məhdudlaşdırılmışdır. Hazırda qaraj ilə iddiaçının torpaq sahəsinə giriş hissə arasında 1 metrə qədər məsafə mövcuddur. Beləliklə məhkəmənin qənaətinə görə, mübahisəli yol hər iki tərəfin ümumi istifadəsi üçün nəzərdə tutulmuşdur. Cavabdeh bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan, iddiaçının həyətyanı torpaq sahəsinə gedən ictimai yolda qaraj inşa etməklə iddiaçının öz evinə gediş-gəliş yolunu kəsmişdir. Hazırda cavabdeh qanunsuz olaraq yolu bağlamaqla iddiaçının öz mülkiyyətində olan ev və həyətyanı torpaq sahəsindən sərbəst istifadə və gediş-gəliş imkanını məhdudlaşdırır. Məhkəmə hesab edir ki, istər iddiaçı, istərsə də cavabdeh həmin yolda birbirilərinin gediş-gəliş yolundan istifadəyə görə hüquqlarını məhdudlaşdıra bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsiinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Digər tərəfdən, Mülki Məcəllənin 175.1-ci maddəsinə müvafiq olaraq, torpaq sahəsinin mülkiyyətçisi ictimai yola (həmçinin ümumi istifadədə olan digər əraziyə) mövcud keçiddən maneəsiz istifadə etmək hüququna malikdir və belə keçid əvvəlcədən olmayan halda həmin keçidin qonşuya (qonşulara) məxsus torpaq sahəsindən ayrılmasını tələb etməyə haqlıdır. Gediş-gəliş yolu-mahiyyət etibarı ilə qonşuların gündəlik həyatlarında normal yaşamalarının təmin edilməsi üçün istifadə etdikləri neytral torpaq sahəsidir. Qonşulardan heç biri həmin sahə üzərində digər qonşuya nisbətən daha üstün (dominant) hüquqi mövqeyə malik deyildir. Göründüyü kimi, qonşular arasında mübahisə gediş-gəliş yolundan istifadə ilə bağlı yaranmışdır. Cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və fərdi yaşayş evinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolu qanunsuz zəbt edərək yolda qaraj inşa etdirməklə iddiaçının xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və fərdi yaşayş evinə gediş-gəliş yolundan istifadə etməsini məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Odur ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 yanvar 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********80 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və həmin topraq sahəsində olan fərdi yaşayış evindən əsas yola gediş-gəlişi təmin edən, ümumi istifadə üçün nəzərdə tutulmuş və hazırda cavabdehlər tərəfindən zəbt edilmiş və özbaşına bağlanmış gediş-gəlişi yolu açılmalı, İddiaçı və ailə üzvlərinin həmin yoldan istifadə etməsinə Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ailə üzvləri tərəfindən törədilən hər hansı maneçilik aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 yanvar 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********80 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və həmin topraq sahəsində olan fərdi yaşayış evindən əsas yola gediş-gəlişi təmin edən, ümumi istifadə üçün nəzərdə tutulmuş və hazırda cavabdehlər tərəfindən zəbt edilmiş və özbaşına bağlanmış gedişgəlişi yolunda tikilmiş qaraj sökülsün və yol açılsın. İddiaçı və ailə üzvlərinin həmin yoldan istifadə etməsinə Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ailə üzvləri tərəfindən törədilən hər hansı maneçilik aradan qaldırılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə ekspertizasının xərci olaraq 95 (doxsan beş) manat məbləğində pul vəsaiti tutulub Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi, “Kapital Bank” Gəncə filialı Kodu: 200275, VOEN **********, Müxbir hesab: AZ37NABZ********************, S.W.İ.F.T.BİK: AİİBAZ 2X, Alan müştəri: DƏDKR RHŞnin 3 saylı Gəmncə Əİ VOEN: **********, H/h AZ73AİİB******************** nömrəli hesaba keçirilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-107/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-107/2023
24.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver