Məhkəmə qərarları › İş №2(030)-107/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-107/2024

15.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-107/2024 15.03.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən Cavabdeh ilə birgə nikahlarından 22 fevral 2012-ci il tarixdə anadan olmuş X2 və 04 sentyabr 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğinin, həmçinin ödənilmiş 55 manat mediasiya məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh ilə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Aralarındakı nikahı 22 dekabr 2011-ci ildə Daşkəsən rayonu Qeydiyyat şöbəsində 174 saylı akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikadan 22 fevral 2012-ci ildə Aydan və 04 sentyabr 2014-cü ildə Şəmsi adlı iki uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli 2(030)-457/2017 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsində saxlanılmış, 22 fevral 2012-ci il tarixdə anadan olmuş X2 və 07 sentyabr 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 70 manat olmaqla, cəmi 140 manat məbləğində aliment təyin edilmişdir. Cavabdeh uşaqların saxlanılması üçün alimentdən başqa heç bir köməklik göstərmir. Qızı Aydanın 11, oğlu Şəmsin isə 9 yaşı vardır. Təyin edilmiş aliment uşaqlarının maddi tələbatını ödəmir. Özü işləsə də, günün tələblərinə uyğun olaraq uşaqlarının maddi tələbatını təkbaşına ödəyə bilmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, maddi vəziyəti olduqca çətindir. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyildir. Uşaqlarının saxlanılması üçün 150-160 manat məbləğində aliment ödəyə bilər. Odur ki, məhkəmədən iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X7 22 fevral 2012-ci ildə Daşkəsən rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 18 aprel 2012-ci il tarixdə 98 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən rayon Qeydiyyat şöbəsinin 21 fevral 2024-cü il tarixli 3- 16-5/8-xx-xx/2024 saylı arayışından görünür ki, X8 04 sentyabr 2014-cü ildə Daşkəsən rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 09 snetyabr 2014-cü il tarixdə 239 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli 2(030)-457/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh X6 arasında Daşksən rayon Qeydiyyat şöbəsində 22 dekabr 2011-ci il tarixdə 174 saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulması, nikahın pozulması haqqında akt qeydi aparılarkən cavabdeh nikahdan əvvəlki “İbrahimova” soyadını bərpa etmək hüququna malik olması, qətnamənin icrasının Daşkəsən rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi, boşanmadan sonra tərəflərin ümumi uşaqları – xx.xx.2012-ci ildə anadan olmuş X2 və xx.xx.2014-cü ildə anadan olmuş X3 cavabdeh X1 himayəsində qalmasının müəyyən edilməsi, xx.xx.2012-ci ildə anadan olmuş X2 və xx.xx.2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay iddiaçı Cavabdeh hər uşağa 70,0 (yetmiş) manat olmaqla cəmi 140 (bir yüz qırx) manat məbləğində aliment tutularaq cavabdeh X5 ödənilməsi davam etdirilməsi, bununla əlaqədar Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadının iddiaçı Cavabdeh aliment tutulmasına dair hissəsinin icrasına xitam verilməsi, aliment tələbi üzrə iddiaçı Cavabdeh 30,0 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşə əlavə olunmuş mediasiya sessiyasında iştirak edilməməsi barədə 03 noyabr 2023-cü il tarixli MŞG/MT033/2023-00282 nömrəli arayışdan görünür ki, İddiaçı “alimentin miqdarının artırılması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 03 noyabr 2023-cü il tarixdə saat 15:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşə əlavə olunmuş 03 noyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci tam ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Aralarındakı nikahı 22 dekabr 2011-ci ildə Daşkəsən rayonu Qeydiyyat şöbəsində 174 saylı akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikadan 22 fevral 2012-ci il tarixdə X2 və 07 sentyabr 2014-cü il tarixdə X8 doğulmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli 2(030)-457/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh X6 arasında Daşksən rayon Qeydiyyat şöbəsində 22 dekabr 2011-ci il tarixdə 174 saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulması, boşanmadan sonra tərəflərin ümumi uşaqları – xx.xx.2012-ci ildə anadan olmuş X2 və xx.xx.2014-cü ildə anadan olmuş X3 cavabdeh X1 himayəsində qalmasının müəyyən edilməsi, xx.xx.2012-ci ildə anadan olmuş X2 və xx.xx.2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay iddiaçı Cavabdeh hər uşağa 70,0 (yetmiş) manat olmaqla cəmi 140 (bir yüz qırx) manat məbləğində aliment tutularaq cavabdeh X5 ödənilməsi davam etdirilməsi qət edilmişdir. Hazırda İddiaçı təyin edilmiş alimentin məbləğinin artırılmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən bininin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2017-ci ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il üçün “Yaşayış minimumu haqqında” 14 noyabr 2023-cü il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı uşağının saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq 220 manat məbləğində təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Digər tərəfdən, Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarının və yaşayış səviyyəsinin həddinə görə də alimentin iddia edilən məbləğdə təyin olunması məqsədə uyğun deyildir. Şərh olunanları, habelə yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Daşkəsən Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli 2(030)-457/2017 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmalı, 22 fevral 2012-ci il təvəllüdlü X2 və 04 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 185 manat olmaqla, cəmi 370 məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin mediasiya məbləğinin ödənilməsinə dair iddiasına münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh 03 noyabr 2023-cü il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, 55 manat ilkin mediasiya xərci cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli 2(030)-457/2017 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın. 22 fevral 2012-ci il tarixdə anadan olmuş X2 və 04 sentyabr 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 185 (bir yüz səksən beş) manat olmaqla, cəmi 370 (üç yüz yetmiş) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat mediasiya xərci Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar