Məhkəmə qərarları › İş №2(030)-109/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-109/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-109/2023 23.01.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Daşkəsən şəhərində 23 yanvar 2023-cü ildə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) cavabdehlər Orucov Namidar İmamqulu oğlu və Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC-nin cavabdehlər Orucov Namidar İmamqulu oğlu və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlərdən 29 iyun 2021-ci il tarixli GNOC-624 saylı kredit müqaviləsi üzrə 2409.52 manat əsas borcu, 316.39 manat faiz borcu, 800 manat dəbbə borcu olmaqla, cəmi 3525.91 manat kredit borcu və ödənilmiş 55.26 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Orucov Namidar İmamqulu oğluna iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi 10 yanvar 2023-cü il tarixdə, digər Cavabdeh isə 16 yanvar 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Gəncə filialı ilə cavabdeh Orucov Namidar İmamqulu oğlu arasında bağlanmış 29 iyun 2021-ci il tarixli GNOC-624 saylı kredit müqaviləsinə əsasən 25% dərəcəsi olmaqla 24 ay müddətinə 4000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 29 iyun 2021-ci tarixdə İddiaçı ASC-nin Gəncə filialı ilə digər Cavabdeh arasında “Zaminlik müqaviləsi” bağlanmışdır. Həmin müqavilə üzrə zamin 29 iyun 2021-ci il tarixli GNOC-624 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu birlikdə məsuliyyət daşıyır. 29 iyun 2021-ci il tarixli GNOC-624 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Orucov Namidar İmamqulu oğlu kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışlar. İşə əlavə edilmiş 29 iyun 2021-ci il tarixli GNOC-624 saylı Kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-nin Gəncə filialı ilə cavabdeh Orucov Namidar İmamqulu oğlu arasında bağlanmış 29 iyun 2021-ci il tarixli GNOC-624 saylı Kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Gəncə filialı bu müqavilənin şərtlərinə daxılində cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə 4000 manat məbləğdə kredit verməyi , cavabdeh isəaldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə uyğun olaraq borc verənə qatarmağı və kreditdən istifadəyə görə hesablanmış faziləri ödəməyi öhdəsinə götürür. İşə əlavə edilmiş 29 iyun 2021-ci il tarixli GNOC-624 saylı Zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-nin Gəncə filialı ilə cavabdeh Orucov Namidar İmamqulu oğlu arasında bağlanmış 29 iyun 2021-ci il tarixli GNOC-624 saylı Kredit müqaviləsinə əsasən cavabdeh Orucov X1” ASC-nin qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsliyyəti öz üzərinə göütürür. İşə əlavə edilmiş 08 dekabr 2022-ci il tarixli RB-02/PK7839 nömrəli Maliyyə arayışından görünür ki, cavabdeh Orucov Namidar İmamqulu oğlunun 29 iyun 2021-ci il tarixli GNOC-624 saylı kredit müqaviləsi üzrə 2409.52 manat əsas, 316.39 manat faiz, 800 manat dəbbə borcu olmaqla, cəmi 3525.91 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 12 dekabr 2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, İddiaçı ASC tərəfindən 55.26 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında işin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı ASC-nin Gəncə filialı ilə cavabdeh Orucov Namidar İmamqulu oğlu arasında bağlanmış 29 iyun 2021-ci il tarixli GNOC-624 saylı kredit müqaviləsinə əsasən 25% dərəcəsi olmaqla 24 ay müddətinə 4000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 29 iyun 2021-ci tarixdə İddiaçı ASC-nin Gəncə filialı ilə digər Cavabdeh arasında “Zaminlik müqaviləsi” bağlanmışdır. Hazırda cavabdehlərin Banka 3525.91 manat məbləğində kredit borcu yaranmışdır. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə cavabdeh Orucov Namidar İmamqulu oğlu arasında bağlanmış 29 iyun 2021-ci il tarixli GNOC-624 saylı kredit müqaviləsi üzrə üzrə müqaviləyə əsasən 2409.52 manat əsas, 316.39 manat faiz, 800 manat dəbbə borcu olmaqla, cəmi 3525.91 manat məbləğin tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 55.26 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 235, 307-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Orucov Namidar İmamqulu oğlu və Cavabdeh 29 iyun 2021-ci il tarixli GNOC-624 saylı kartmane xidməti üzrə müqaviləsi üzrə 2409.52 manat əsas, 316.39 manat faiz, 800 manat dəbbə borcu olmaqla, cəmi 3525.91 manat və ödənilmiş 55.26 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3581 (üç min beş yüz səksən bir) manat 17 (on yeddi) qəpik tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar