Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-110/2023 23.01.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Daşkəsən şəhərində 23 yanvar 2023-cü ildə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 09 yanvar 2020-ci il tarixli 800892-PC********** nömrəli kredit müqaviləsi üzrə cəmi 866.89 manat və 30.40 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş iddia ərizəsi və məhkəmə bildirişini Cavabdeh 09 yanvar 2022-ci il tarixdə xəbərnaməyə şəxsən imza etməklə almışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 yanvar 2020-ci il tarixli 800892-PC********** nömrəli “Kredit xətti müqaviləsi”nə əsasən 36 ay müddətinə 1000 manat məbləğində bərpa olunan kredit xətti verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, banka heç bir ödəniş etməmişdir. 09 dekabr 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 724.07 manat məbləğində əsas borcu və 142.82 manat cərimə borcu olmaqla, ümumilikdə 866.89 manat məbləğində kredit borcu vardır. İşə əlavə edilmiş 09 yanvar 2020-ci il tarixli 800892-PC********** nömrəli “Kredit xətti müqavilə”sinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 09 yanvar 2020-ci il tarixli 800892-PC********** nömrəli “Kredit xətti müqaviləsi”nə əsasən sonuncuya 36 ay müddətinə 1000 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. İşə əlavə edilmiş 09 dekabr 2022-ci il tarixli nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh 09 yanvar 2020-ci il tarixli 800892-PC********** nömrəli kredit müqaviləsi üzrə 724.07 manat əsas borc və 142.82 manat faiz borcu olmaqla, cəmi 866.89 manat kredit borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 121 gün təşkil edir. İşə əlavə edilmiş 09 dekabr 2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 0.40 manat xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş 29 dekabr 2021-ci il tarixli 001/007/7369/2021 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc məbləği ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. İşin faktiki halları ilə müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış oğlunun 09 yanvar 2020-ci il tarixli 800804-911068/2 nömrəli “Kredit müqaviləsi”nə əsasən 36 ay müddətinə illik 24% dərəcəsi ilə 2170 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozduğunu görə cavabdehin 09 yanvar 2020-ci il tarixli 800892-PC********** nömrəli kredit müqaviləsi üzrə cəmi 1773.25 manat məbləğində borcu yaranmışdır. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, banka heç bir ödəniş etməmişdir. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 09 yanvar 2020-ci il tarixli 800892-PC********** nömrəli kredit müqaviləsi üzrə cəmi 886.36 manat məbləğində kredit borcu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 38.14 manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 235, 307-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 09 yanvar 2020-ci il tarixli 800892-PC********** nömrəli kredit müqaviləsi üzrə cəmi 866.89 manat məbləğində kredit borcu və 30.40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 897 (səkkiz yüz doxsan yeddi) manat 29 (iyirmi doqquz) qəpik tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-110/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-110/2023
23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver