Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-111/2025 13.03.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X13 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X7 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X7 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X7 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayonu Çıraxlı kəndində yaşayan Cavabdeh X14 vurulmuş 59,02 manat məbləğində ziyanın tutulub 14 saylı X7 Mərkəzinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X7 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, 14 saylı X7 Mərkəzinin əməkdaşları tərəfindən Dəstəfur meşəbəyliyinin 4 sаylı meşə dolayısının meşə gözətçisi X2 04 avqust 2024-cü il tarixli yazılı məlumatı əsasında araşdırma aparılan zaman Daşkəsən rayonu Çıraxlı kəndində yaşayan Cavabdeh heç bir icazə sənədi olmadan qanunsuz (özbaşına) 3 ədəd köküstə yaş ağacları kəsərək X14 zərər vurması faktı müəyyən edilmişdir. Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X14 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 nömrəli qərarı əsasında ümumilikdə 59,02 manat məbləğində zərər hesablanmışdır. Eyni zamanda, cavabdehin əməlindıə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinin tərkibi olduğundan barəsində 19 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən 21 avqust 2024-cü il tarixli 26/163/d saylı məktubla 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Cavabdeh barəsində 02 sentyabr 2024-cü il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərarlardan şikayət verilməmiş və qərarlar qanuni qüvvəsini almışdır. 19 sentyabr 2024-cü il tarixdə Cavabdeh vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi üçün bildiriş məktubu göndərilmişdir. Lakin heç bir müsbət nəticəsi olmamışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş Dəstəfur meşəbəyliyinin 4 saylı meşə dolayısının meşə gözətçisi X2 14 saylı X7 Mərkəzinin Dəstəruf meşəbəyliyinin meşəbəyi əvəzi X5 ünvanladığı məlumatın surətindən görünür ki, Daşkəsən rayonu Çıraqlı kənd sakini Cavabdeh 04 avqust 2024-cü il tarixdə saat 07:30 radələrində dolayın ərazisində qanunsuz olaraq diametri 32 sm-lik 2 ədəd, 36 sm-lik 1 ədəd olmaqla, cəmi 3 ədəd köküstə yaş vələs ağaclarını kəsərkən tərəfindən aşkar edilmişdir. Fotoşəklini maddi sübut üçün çəkmişdir. Vətəndaş barəsində tədbir görülməsini xahiş etmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X7 Mərkəzinin 19 avqust 2024-cü il tarixli 000234 nömrəli aktdan və həcm-qiymət cədvəlində görünür ki, Daşkəsən rayonu üzrə meşə mühafizə mühəndisi X9, 4 saylı dolayısının meşə gözətçisi X3, qonşu 3 saylı dolayının meşə gözətçisi X6 və meşə qanunvericiliyini pozmuş Daşkəsən rayonu Çiraqlı kənd sakini Cavabdeh iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, meşə gözətçisi Xəyyam Bayramovun 04 avqust 2024-cü il tarixli məlumatına əsasən dolayın 15-ci kvartalında araşdırma aparılmış, araşdırma zamanı vətəndaş Cavabdeh qanunsuz olaraq kəsib apardığı ağaclar müəyyən edilərək qeydə alınmışdır. Belə ki, vələs cinsindən diametri 32 sm-lik 2 ədəd, 36 sm-lik 1 ədəd olmaqla, cəmi 3 ədəd köküstə yaş ağacları “drujba” mişarı ilə kəsmiş və odun doğrayaraq həyətinə gətirmişdir. Bununla da, vətəndaş Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cü il tarixli 30 saylı qərarı ilə təsdiq edilmiş 7 saylı əlavəyə və 30 sentyabr 2024-cü il tarxili 145 saylı qərarına əsasən, meşə fonduna 59,02 manat ziyan vurulmudur. Vətəndaş tərəfindən əldə edilmiş meşə məhsulunu müsadirə etmək mümkün olmadığı üçün onun öz öhdəsində saxlanılmışdır. Ağaclraın dib kötükləri meşə mühafizə mühəndisinə məxsus N-078 meşə damğası ilə damğalanmışdır. Aktın doruluğu imzalarla təsdiq edilmidşir. İşə əlavə olunmuş İnzibati xəta haqqında 19 aprel 2024-cü il tarixli MN ******* nömrəli protokolun surətindən görünür ki, Cavabdeh 04 avqust 2024-cü il tarixdə Daşkəsən rayoinu Dəstəfur meşəbəyliyinin 4 saylı meşə dolayısından qanunsuz olaraq 3 ədəd köküstə yaş vələc cinsindən olan ağacları kəsib həyətinə aparmış, nəticədə 59,02 manat məbləğində zərər vurmuşdur. İşə əlavə olunmuş Daşkəsən rayonu Çıraqlı kənd sakini Cavabdeh 14 saylı X7 Mərkəzinin dirketorun yazmış olduğu izahatının surətindən görünür ki, ehtiyacı olduğu üçün qanunsuz olaraq 3 ədəd vələs cinsində olan ağacları kəsib qapısına apamaqla kömür yandırmışdır. Nəzərə alınmasını xahiş etmişdir. İşə əlavə olunmuş inzibati tənbeh vermə haqqında 02 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 700 manat məbləğində fiziki şəxs qismində cərimə tənbeh növü tətbiq edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 sentyabr 2024-cü il tarixli 99/274/d nömrəli məktubunun surətindən görünür ki, aidiyyatı üzrə baxılması üçün göndərilmiş Daşkəsən rayonu Çıraqlı kəndində yaşayan Cavabdeh barəsində iş materialına Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 06 dekabr 2022-ci il tarixli 1065/Ü saylı əmrinin 2.2-ci bəndinə əsasən yerləşdiyi əraziyə uyğun olaraq idarə rəisi tərəfindən baxılmış və barəsində İXM-nin 253.1-ci maddəsi rəhbər tutularaq fiziki şəxs qismində 700 manat məbləğində inzibati tənbeh vermə haqqında cərimə qərarı qəbul edilmiş və könüllü icra edilməsi üçün vətəndaşa ünvanlanmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 aprel 2022-ci il tarixli 309/K nömrəli əmri ilə təsdiq edilmiş məqsədli büdcə fondlarının daxil olmalarının uçotu barədə Təlimatın 3-cü maddəsinin 3.1 bəndinə əsasən daxil olma mənbələri üzrə daxil olamaların təmin edilməsi və ödənilməsi, təmin edilməmiş vəsaitlər üzrə yaranan debitor borcların uçotu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən həyata keçirilməlidir. Odur ki, qeyd olunan Qərarın 14 saylı RMTM-nun debitor borclar siyahısında göstərilməsi və yaxud meşə fondunun müvafiq rekvzitinə ödətdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi üçün qəbul edilmiş qərar 14 saylı X4 göndərilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X7 Mərkəzinin 21 avqust 2024-cü il tarixli 26/153/d nömrəli məktubun surətindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 23 noyabr 2021-ci il tarixli 1065/Ü saylı əmrinə əsasən Daşkəsən rayonu Çıraxlı kəndində yaşayan Cavabdeh (AA 1441678, FİN xxxxxxx) 14 saylı X7 Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş MN ******* nömrəli 19 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol müvafiq qaydada baxılması üçün 10 saylı Regioanl Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X7 Mərkəzinin 19 sentyabr 2024-cü il tarixli 3-14-27-09/2- 138/2024 nömrəli bildirişin surətindən görünür ki, Cavabdeh 14 saylı X7 Mərkəzinin Dəstəfur meşəbəyliyinin 4 saylı meşə dolayısında Mərkəzin əməkdaşları tərəfindən 19 avqust 2024-cü il tarixdə yoxlama apararkən dolayıda qanunsuz olaraq köküstə yaş halda 3 (üç) ədəd ağacların kök dibindən kəsilməsi aşkar edilmiş və barəsində akt tərtib olunmuşdu. Bununla da, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7 saylı əlavəsinin tələblərini pozduğunuza görə X14 59,02 manat məbləğində ziyan vurmuşdur. Bununla da, toplanmış sənədlər əsasında Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İXM-nin 253.1-ci maddəsinə əsasən Meşə fondu sahələrində meşəqırma bileti (order olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxu meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşəni bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məh edilməsinə və ya zədələnməsinə görə fiziki şəxslər 700 (yeddi yüz) manatdan 1000 (min) manatadək məbləğdə vəzifəli şəxslər 4500(dörd min beş yüz) manatdan 5000 ( beş min) manatadək məbləğdə, cərimə edilir. İXM-nin 150.1 maddəsinə əsasən inzibati cərimə haqqında qərar qanuni qüvvəyə mindikdən otuz gündər gec olmayaraq 150.13. Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekolofi təhlükəsizlik qaydaları əleyhinə olan inzibat xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəye mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onur ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibatı tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. 150.14. Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloii təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbəh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Cavabdeh törətdiyi inzibati Xəta və Meşə Fonduna vurduğu ziyan ilə bağlı cərimənin könüllü ödənilməsi üçün 25 sentyabr 2024-cü il tarixdə saat 11-00-da X12 X1 rayonu Dəllər qəsəbəsi İ Qayıbov küçəsi 44 saylı ünvanda yerləşən mərkəzinə dəvət olunmuşdur. Üzürsüz səbəbdən mərkəzə gəlməzsə Meşə fonduna vurduğu ziyan ilə bağlı iştirak olmadan qərar Qəbul ediləcəyi və sənədlər toplanaraq Məhkəmə orqanlarına göndəriləcəyi bildirilmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, 14 saylı X7 Mərkəzinin əməkdaşları tərəfindən Dəstəfur meşəbəyliyinin 4 sаylı meşə dolayısının ərazisində araşdırma aparılarkən Dəşkəsən rayonu Çıraxlı kəndində yaşayan Cavabdeh heç bir icazə sənədi olmadan qanunsuz (özbaşına) olaraq köküstə yaş halda vələs cinsindən diametti 32 sm-lik 2 ədəd, 36 sm-lik 1 ədəd olmaqla, ümumilikdə 3 ədəd köküstə yaş аğacları kəsərək həyətinə aparmış, bununla təsərrüfata cəmi 59,02 manat məblğində ziyan vurulmuşdur. MMBM-nin əməkdaşları tərəfindən Cavabdeh yaş ağacları kəsib aparması barədə onun iştirakı ilə aktı tərtib olunmuş, akt Cavabdeh tərəfindən imzalanmışdır. Lakin hal-hazıra kimi Cavabdeh tərəfindən vurulmuş 59,02 manat məbləğində ziyan ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 78-ci maddəsinə əsasən, meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 79-ci maddəsinə əsasən, meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd olunan maddi hüquq normalara əsasən məhkəmə hesab edir ki, vurulmuş ziyanın müqabilində 59,02 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X7 Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş miqdarda dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu» haqqında Azərbaycan Respublikası Qanunun 9.1.14-ci maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilmişlər. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci bəndinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda olduqda, 30 manat məbləğində dövlət rüsumu ödənilir. Ona görə də, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 59,02 (əlli doqquz manat iki qəpik) manat məbləğində pul vəsaiti tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X7 Mərkəzinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X8 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-111/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-111/2025
13.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver