Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-112/2025 09.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X5 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı rəisi vəzifəsini müvəqqəti icra edən X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mobil nəzarət qurğusunu yararsız vəziyyətə saldığına görə 2277,40 manat məbləğın ondan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı rəisi vəzifəsini müvəqqəti icra edən X2 iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 1(030)-09/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq olunmaqla, üzərində qəti olaraq 02 (iki) il 03(üç) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəzanın icrası ilə bağlı 23 avqust 2022-ci il tarixdə Cavabdeh ayağına “Attenti” markalı elektron qolbağı bağlanaraq, onunla bərabər bir ədəd mobil nəzarət qurğusu, bir ədəd adapteri təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri, itiriləcəyi və ya zədələnəcəyi yaxud digər üsulla yarasız vəziyyətə salınacağı halda dəyərinin cavabdehdən tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. 19 mart 2024-cü il tarixdə Cavabdeh İddiaçınə gəlmiş və mobil qurğunun enerji yığmadığını bildirmişdir. Dəfələrlə mobil qurğunun enerji ilə dolması üçün digər adptorlardan istifadə edilsə də, heç bir nəticəsi olmamışdır. 15/2022 saylı nəzarət işi üzrə məhkum Cavabdeh həhvil verilmiş “Attenti” markalı 35630362 nömrəli elektron nəzarət vasitəsi cəza müddəti başa çatdığı üçün təhvil alınmışdır. X3 təhvil verilmiş - təhvil alınmış 1 ədəd sadə elektron qolbağı – saz vəziyyətdə, 1 ədəd mobil nəzarət qurğusu – nasaz vəziyyətdə, 1 ədəd adaptor -saz vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsi tərəfindən verilmiş arayışa görə sadə elektron qolbağının dəyəri 2277,40 manat məbləğində müəyyən edilmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, cəza çəkdiyi müddət ərzində üzərində olan cihazlara heç bir müdaxilə etməmişdir. 2024-cü ilin noyabr ayında cəzası bitriyi üçün elektron qolbağını və digər avadanlıqları İcra və probasiya şöbəsinə təhvil vermişdir. Mobil nəzarət qurğusu yararsız vəziyyətdə olduğu üçün düzgün işləməmişdir. Dəfələrlə bununla bağlı İcra və probasiya şöbəsinə müraciət etsə də, heç bir tədbir görülməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 18 iyun 2021-ci il tarixli 21/3-11-49 nömrəli məktubundan görünür ki, probasiya xidmətinin qeydiyyatında olan, sadə elektron qolbağ mobil nəzarət qurğusu (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla) 2277,40 manat təşkil edir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 1(030)- 09/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun üzərinə elektron nəzarət vasitəsini qəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. İşə əlavə edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağılı hüquq və vəzifələrinin izah edilməsi barədə 23 avqust 2022-ci il tarixli protokolun surətindən görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 1(030)-09/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 03 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh ayağına sadə elektron qolbağ bağlanmışdır. “Attenti” markalı 35630362 nömrəli mobil nəzarət qurğusu məhkuma təhvil verilmişdir. Məhkum Cavabdeh ayağına sadə elektron qolbağı bağlanmış, 1 ədəd mobil nəzarət vasitəsi və 1 ədəd enerji yığan adapter təhvil verilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası ədəd mobil nəzarət vasitəsi və qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. İşə əlavə edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilən elektron nəzarət vasitələrinin dəyərinin elan edilməsi barədə 23 aqvust 2022-ci il tarixli protokolun surətindən görünür ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh tətbiq edilən elektron nəzarət vasitələrinin dəyəri, həmçinin, həmin vasitələri itirəcəyi və ya onu zədələcəyi, yaxud digər üsulla onu yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmişdir. 1. Sadə elektron qolbaq -1 ədəd. 2. Mobil nəzarət qurğusu – 1 ədəd. 3. Elektrik adapter – 1 ədəd. 4. Mobil nəzarət qurğusu xüsusi proqram lisenziyası – 1 ədəd. 5. Cəmi – 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat. Protokol icra məmuru Nümayəndə və məhkum Cavabdeh tərəfindən imzalanmışdır. İşə əlavə edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilmiş elektron nəzarət vasitələrinin texniki vəziyyətinin yoxlanılması barədə 29 noyabr 2024-cü il tarixli protokolun surətindən görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 1(030)-09/2022 saylı hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh ayağına bağlanmış elektron nəzarət vasitələrinin texniki vəziyyətinin yoxlanılması məqsədilə həmin vasitələrə baxış keçirilmişdir. Məhkum Cavabdeh mobil nəzarət qurğusu 19 mart 2024-cü il tarixdən enerji yığmadığı üçün tam sönmüşdür. Dəfələrlə mobil qurğunun digər enerji yığan adaptorlardan istifadə edilsə də, heç bir nəticə alınmamışdır. Bununla bağlı Elektron Monitorinq İdarəsinə məlumat verilmiş, həmçinin məhkuma yeni komplekt ENN ayrılmasına dair sorğu göndərilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon İcra və probasiya şöbəsnin 29 noyabr 2024-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı böyük icra məmuru (probasiya üzrə) Nümayəndə və məhkum Cavabdeh iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, şöbənin icraatında sonuncunun barəsində olan Daşkəsən Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 1(030)-09/2022 saylı hökmünə əsasən 15/2022 saylı nəzarət işi üzrə məhkum Cavabdeh həhvil verilmiş “Attenti” markalı 35630362 nömrəli elektron nəzarət vasitəsi cəza müddəti başa çatdığı üçün təhvil alınmışdır. X3 təhvil verilmiş - təhvil alınmış 1 ədəd sadə elektron qolbağı – saz vəziyyətdə, 1 ədəd mobil nəzarət qurğusu – nasaz vəziyyətdə, 1 ədəd adaptor -saz vəziyyətdə. Məhkum Cavabdeh təhvil verilmiş avadanlıqlar tam komplekt şəklində geri qaytarılmışdır. Protokolun doğruluğu öz imları ilə təsdiq edilmişdir. İşə əlavə edilmiş Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında 04 dekabr 2024-cü il tarixli ED 000626 nömrəli mütəxəssis rəyinin surətindən görünür ki, 35630362 nömrəli Attenti V 6 mobil qurğusunun plastik qapaqlara yapışdırıcı maye vurulmuş, qurğu işlək vəziyyətdə deyil. Təmiri mümkün deyil. İstifadəyə tam yarasızdır. İşə əlavə edilmiş Evrodizayn QSC-nin 10 fevral 2025-ci il tarixli məktubundan görünür ki, mobil qurğuların və elektron qolbaqların nəzarət subyektinə tətbiqi və üzərindən çıxarılması təyin olunmuş icra məmuru tərəfindən həyata keçirilir. Daha sonra icra məmuru çıxarılmış mobil qurğunu və elektron qolbağı Bakıda yerləşən Probasiya Xidmətinə təhvil verir. Əməkdaşlar emal və təmir prosesini həyata keçirmək məqsədi ilə adı çəkilən qurğuları Probasiya xidmətindən təhvil alırlar. Sözügedən mobil qurğunu Probasiya xidmətindən təhvil alarkən qurğu qeyri işlək vəziyyətdə idi və qurğunun korpus qapaqlarının yapışdırıldığı aşkarlanmışdır. Mobil qurğunun korpusu yapışdırılması halı adətən qurğunun korpusunu açmaq məqsədi ilə kənar müdaxilənin məticələrini aradan qaldırmaq üçün və yaxud ehtiyatsızlıq üzündən qurğunun korpusunun zədə alıb açılmasının qüsurlarını aradan qaldırmaq məqsədi ilə həyata keçirilir. Korpusu yapıdırılmış qurğunu açıb (standart qaydada – vintləri açaraq) diaqnostika müayinə etmək mümkünsüz olur. Bu isə özlüyündə qurğunun istehsalçı tərəfindən buraxılmış funksional xüsusiyyətlərinin pozulmasıdır. Yapışdırılmış korpusu olan qurğunun gələcəkdə cərəyan batareyasının dəyişdirilməsi və üzərində digər təmir-bərpa işlərinin aparılması mümkünsüz olur. Bu səbbədən İstehsalçı tərəfindən təqdim olunmuş servis təlimatına əsasən bu cür qurğular istifadəyə yararsız hesab edilir. Probasiya Xidmətində istifadə olan “Attenti” markalı elektron nəzarət vasitələri (komplekt halda) Ədliyyə Nazirliyi ilə bağlanmış müqavilə əsasında təqdim olunur və Evrodizayn şirkəti olaraq digər fərdi şəxslərə pərakəndə satış həyata keçirilmir. Bu səbəbdən elektron nəzarət vasitəsinin hissələri üçün ayrıca qiymət təqdim edə bilməyəcəyik. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun üzərinə cəzaçəkmə müddəti ərzində elektron nəzarət vasitəsini qəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. Cəzanın icrası ilə bağlı 23 avqust 2022-ci il tarixdə Cavabdeh yaşadığı ünanda ayağına “Attenti” markalı sadə elektron qolbağı bağlanaraq, bir ədəd mobil nəzarət qurğusu, bir ədəd qolbağı, bir ədəd adapteri təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri, itiriləcəyi və ya zədələnəcəyi yaxud digər üsulla yarasız vəziyyətə salınacağı halda dəyərinin cavabdehdən tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkuma təhvil verilmiş “Attenti” markalı 35630362 saylı mobil nəzarət qurğusunun enerji yığmaması barədə İcra və probasiya şöbəsinə məlumat daxil olmuş, 29 noyabr 2024-cü il tarixdə məhkum Cavabdeh təhvil verilmiş “Attenti” markalı 35630362 saylı mobil nəzarət vasitələrinin texniki vəziyyəti yoxlanılmış, məhkumun mobil nəzarət qurğusu 19 mart 2024cü il tarixdən enerji yığmadığı üçün tam söndüyü müəyyən edilmiş, dəfələrlə mobil qurğunun digər enerji yığan adaptorlardan istifadə edilsə də, heç bir nəticə alınmamışdır. Bununla bağlı Elektron Monitorinq İdarəsinə məlumat göndərilmişdir. Məhkuma təhvil verilmiş “Attenti” markalı 35630362 seriyalı elektron nəzarət vasitəsi cəza müddəti bitdiyindən İddiaçı tərəfindən 29 noyabr 2024-cü il tarixli akt tərtib edilərək təhvil alınmışdır. Akta əsasən 1 ədəd sadə elektron qolbağı – saz vəziyyətdə, 1 ədəd mobil nəzarət qurğusu – nasaz vəziyyətdə, 1 ədəd adaptor -saz vəziyyətdə tam komplekt şəklində geri qaytarılmışdır. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında 04 dekabr 2024-cü il tarixli ED 000626 nömrəli mütəxəssis rəyi ilə 35630362 nömrəli Attenti V 6 mobil qurğusunun plastik qapaqlara yapışdırıcı maye vurulduğu, qurğunun işlək vəziyyətdə və təmirinin mümkün olmadığı, istifadəyə tam yarasız olduğu bildirilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə hökmünə əsasən məhkum olunmuş şəxsin üzərinə elektron nəzarət vasitəsini qəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuş olmasından asılı olmayaraq zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbdə təqsirin mövcud olması olduqca mühüm şərtdir. Ona görə ki, zərər öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, ilk növbədə təqsirli əməl (hərəkəti və ya hərəkətsizlik) və bu bununla zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli əməli (hərəkəti və ya hərəkətsizliyi) dayandığı halda, o şəxsin məsuliyyəti yaranır və həmin şəxs zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. İş üzrə sənədlərdən göründüyü kimi mövcud nasazlığın səbəblərini araşdırmaq və müəyyən etmək səlahiyyəti olan orqanın məlumatlarında nasazlığın baş vermə səbəbləri qeyd olunmamışdır. Məhkəmə qeyd edir ki, bir halda ki, nasazlığın səbəbləri bəlli deyildir. Baş vermə səbəbi bəlli olmayan hadisəyə görə məsuliyyətin hər hansı şəxsin üzərinə qoyulması qanuni sayılmır. Mövcud nasazlığın baş verməsində cavabdehin təqsirinin güman və ehimal olunması məsuliyyətin yaranması üçün yetərli deyildir, güman və yaxud ehtimal olunanlar sübuta yetirilməlidir. Əgər cihazın işləməməsi cavabdehin nəyi isə etməsi və ya etməməsi səbəbindən baş vermişdirsə bunlar aşkar şəkildə görünməli, hərəkətsizlik etmiş şəxsin hərəkət etməyə sövq edən xüsusi əsaslar bəlli olmalıdır. Yalnız bu hallarda hərəkətsizlik qüsurun səbəbi kimi qəbul edilə bilər. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin təmin edilməməsinə səbəb olur. Belə ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh cəza müddəti bitdikdən sonra təhvil alınmış mobil nəzarət qurğusu ondan tam komplekt şəklində geri alınmışdır. Bu barədə 29 noyabr 2024-cü il tarixdə tərtib edilmiş aktdan göründüyü kimi “Attenti” markalı 35630362 seriyalı elektron nəzarət vasitəsinə aid olan 1 ədəd sadə elektron qolbağı – saz vəziyyətdə, 1 ədəd mobil nəzarət qurğusu – nasaz vəziyyətdə, 1 ədəd adaptor - saz vəziyyətdə tam komplekt şəkilində geri qaytarılmışdır. Aktın məzmunundan göründüyü kimi komplekt şəkilində üç hissədən ibarət olan elektron nəzarət vasitəsinin iki hissəsi saz vəziyyətdə, bir hissəsi isə nasaz vəziyyətdə təhvil verilmişdir. İddia tələbində göstərilən 2277,40 manat isə bunların hə üçünün bir yerdə olan dəyəridir. Göründüyü kimi iddiaçı saz vəziyyətdə geri aldığı əşyaların da dəyərini cavabdehdən tələb etmişdir ki, bu, haqlı sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Azərbaycan Respublikası Mülki Prosseual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-112/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-112/2025
09.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver