Məhkəmə qərarları › İş №2(030)-113/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-113/2023

29.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-113/2023 29.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 940 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, o, müxtəlif vaxtlarda, yəni 2019-cu ilin yanvar ayında və 05 yanvar 2022-ci ildə Gəncə 1 saylı Regional “Mətbuatyayımı” İdarəsi ilə müqavilə bağlayaraq idarənin istifadəsində olan “Mətbuatyayımı köşklər”ni fiziki şəxs olaraq icarəyə götürmüş və köşkdə ani lotereyalar satmışdır. Cavabdeh 2019-2022-ci illərdə ondan sonradan pulunu ödəmək şərti ilə ani lotereyalar götürərək satmış, ancaq lotereyaların pullarının bir qismini ödəməmişdir. Nətcədə cavabdehin ona 940 manat məbləğində borcu yaranmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. Bununla əlaqədar olaraq Gəncə şəhər Baş Polis İdarəsinə mürcaiət etmişdir. Müraciəti əsasında Gəncə şəhər 2 saylı Polis İdarəsində araşdırma aparılmış və 12 noyabr 2022-ci il tarixli 121- 31254M3222 saylı məktubla müraciətinin mülki xarakterli olduğu bildirilmişdir. Araşdırma zamanı Cavabdeh borcunun olduğunu etiraf etmiş və pulu olmadığı üçün ödəyə bilmədiyi qeyd etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı tanıyır. İddiaçı “Mətbuatyayımı köşk”ündə ani lotereyalar satışı ilə məşğul olur. O, müxtəlif vaxtlarda iddiaçıdan lotereya götürüb satmışdır. Onun iddiaçıya 940 manat məbləğində deyil, cəmi 400-500 manat məbləğində pul borcu vardır. Məhkəmədən iddia tələbinin həmin hissədə təmin olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş 1 saylı regional “Mətbuatyayımı” İdarəsi ilə icarəçi İddiaçı arasında bağlnamış 05 yanvar 2022-ci il tarixli Daşınmaz Dövlət Əmlakının İcarəyə verilməsi haqqında icra müaviləsinin surətindən görünür ki, müqavilənin şərtlərinə əsasən “Müəssisə” öz balansında olan 4 saylı köşkü “İcarəçiyə” icarəyə verir. “Müəssisə”nin satışı üçün verdiyi qəzet və jurnalların və malların satışını “İcarəçi” təşkil edir, satılmış nüsxələrin dəyərindən 10%-ni əmək haqqı kimi özündə salayıb qalan hissəsini “Müəssisə”nin anbarına qaytarmağı təmin edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, İddiaçı 400-500 manat məbləğində pul borcu olduğunu etiraf etmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən olunmuşdur ki, İddiaçı müxtəlif vaxtlarda, yəni 2019-cu ilin yanvar ayında və 05 yanvar 2022-ci ildə Gəncə 1 saylı Regional “Mətbuatyayımı” İdarəsi ilə müqavilə bağlayaraq idarənin istifadəsində olan “Mətbuatyayımı köşklər”ni fiziki şəxs olaraq icarəyə götürmüş və köşkdə ani lotereyalar satışı ilə məşğul olmuşdur. Cavabdeh 2019-2022-ci illərdə İddiaçı sonradan pulunu ödəmək şərti ilə ani lotereyalar götürərək satmış, ancaq lotereyaların pullarının bir qismini ödəməmiş, iddiaçı cavabdehin ona 940 manat borcu qaldığını qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı dan 400-500 manat məbləğində borcu olduğunu, hal-hazıradək həmin məbləği ödəmədiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 671-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləsinin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İddiaçı Cavabdeh ilə aralarında olan nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehin ona 940 manat borcu qaldığını bildirməklə həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Şərh olunanlar əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 500 manat pul məbləği alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15,90 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmalıdır.. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 500 manat əsas borc və ödənilmiş dövlət rüsmunun əvəzi kimi 15,90 manat olmaqla, cəmi 515,90 (beş yüz on beş manat doxsan qəpik) manat məbləği alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar