Məhkəmə qərarları › İş №2(030)-119/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-119/2024

12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-119/2024 12.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 11 aprel 2022-ci il tarixli 1257sGNDJb/22 nömrəli kredit müqaviləsi üzrə 894.83 manat əsas, 234.20 manat faiz, 33.91 manat cərimə borcu olmaqla, cəmi 1162.94 manat kredit borcu, ödənilmiş 0.40 manat xidmət haqqının və 31.63 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 11 aprel 2022-ci il tarixli 1257sGNDJb/22 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 29 faizədək olmaq şərtilə xx.xx.2025 müddətinə 900 manat məbləğində kredit limiti ayrılmışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 894.83 manat əsas, 234.20 manat faiz, 33.91 manat cərimə borcu olmaqla, cəmi 1162.94 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 11 aprel 2022-ci il tarixli 1257sGNDJb/22 nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" KB ASC Cavabdeh illik 29 faizədək olmaq şərtilə xx.xx.2025 il tarixinədək kredit ayırır. Kreditin ilkin limiti 900 manat təyin edilmiş, cavabdehə bank hesabı açılmış və ödəniş karti təqdim edilmişdir. İşə əlavə edilmiş 25 sentyabr 2023-cü il tarixli BANK/PİKMD/1133804 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 04 avqust 2023-cü il tarixə 894.83 manat əsas, 234.20 manat faiz, 33.91 manat cərimə borcu olmaqla, cəmi 1162.94 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 25 sentyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 31.63 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 11 aprel 2022-ci il tarixli 1257sGNDJb/22 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 29 faizədək olmaq şərtilə xx.xx.2025 müddətinə 900 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 894.83 manat əsas, 234.20 manat faiz, 33.91 manat cərimə borcu olmaqla, cəmi 1162.94 manat məbləğində kredit borcu yaranmışdır. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 11 aprel 2022-ci il tarixli 1257sGNDJb/22 nömrəli müqavilə üzrə hesablanmış 33.91 manat məbləğində cərimə azaldılaraq 0.91 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Unibank” KB ASC ilə Cavabdeh arasında bağlanmış 11 aprel 2022-ci il tarixli 1257sGNDJb/22 nömrəli kredit müqaviləsi üzrə 1129.94 manat məbləğin tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 31.63 manat dövlət rüsumunun 31 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11 aprel 2022-ci il tarixli 1257sGNDJb/22 nömrəli kredit müqaviləsi üzrə 1129.94 manat manat borc, 0,40 manat xidmət haqqı və ödənilmiş 31 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar