Məhkəmə qərarları › İş №2(030)-123/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-123/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-123/2023 14.02.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 iyul 2021-ci il tarixli 23258774 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd İMEİ Kodu **********68882 olan “Samsung Galaxy A52” markalı mobil telefon üçün 720 manat ödənilməmiş hissə və 72 manat cərimə borcu, 29 iyul 2021-ci il tarixli 23258830 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “TWS Aiwa” markalı qulaqlıq üçün 54 manat ödənilməmiş hissə və 5 manat cərimə borcu, 08 may 2021-ci il tarixli 23051515 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd İMEİ Kodu **********50127 olan “Samsung Galaxy A12” markalı mobil telefon üçün 295 manat ödənilməmiş hissə borcu və 29 manat cərimə borcu olmaqla, ümumilikdə 1175 manat borc və ödənilmiş 31.75 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 23 yanvar 2023-cü il tarixdə “bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29 iyul 2021-ci il tarixli 23258774 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 40 manat ödəməklə 18 ay müddətinə “Samsung Galaxy A52” markalı mobil telefonu 966 manata, 29 iyul 2021-ci il tarixli 23258830 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 4.5 manat ödəməklə 12 ay müddətinə “TWS Aiwa” markalı qulaqlığı 54 manata, 08 may 2021-ci il tarixli 23051515 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 29.50 manat ödəməklə 12 ay müddətinə “Samsung Galaxy A12” markalı mobil telefonu 354 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 305 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 29 iyul 2021-ci il tarixli 23258774 nömrəli “Müqavilə” üzrə 720 manat ödənilməmiş hissə və 72 manat cərimə borcu, 29 iyul 2021-ci il tarixli 23258830 nömrəli “Müqavilə” üzrə 54 manat ödənilməmiş hissə və 5 manat cərimə borcu, 08 may 2021-ci il tarixli 23051515 nömrəli “Müqavilə” üzrə 295 manat ödənilməmiş hissə borcu və 29 manat cərimə borcu olmaqla, ümumilikdə 1175 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 29 iyul 2021-ci il tarixli 23258774 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29 iyul 2021-ci il tarixli 23258774 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 40 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 966 manat olan “Samsung Galaxy A52” markalı mobil telefonu satın almışdır. İşə əlavə edilmiş 29 iyul 2021-ci il tarixli 23258830 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 29 iyul 2021-ci il tarixli 23258830 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 4.5 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 54 manata “X3 9 Pro” markalı mobil telefonu satın almışdır. İşə əlavə edilmiş, 08 may 2021-ci il tarixli 23051515 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında , 08 may 2021-ci il tarixli 23051515 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 29.5 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 354 manata “Samsung Galaxy A12” markalı mobil telefonu satın almışdır. İşə əlavə edilmiş 29 iyul 2021-ci il tarixli bildirişin və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 29 iyul 2021-ci il tarixli 23258774 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********68882 olan “Samsung Galaxy A52 DS (SM-A525) 128 GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 29 iyul 2021-ci il tarixli bildirişin və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 29 iyul 2021-ci il tarixli 23258830 nömrəli müqaviləyə əsasən 1 ədəd “TWS Aiwa AT-X80E White” markalı qulaqlıq Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 08 may 2021-ci il tarixli bildirişin və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 08 may 2021-ci il tarixli 23051515 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********50127 olan “Samsung Galaxy A12 (SM-A125) 32 GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 03 dekabr 2022-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh, 29 iyul 2021-ci il tarixli 23258774 nömrəli “Müqaviləyə” əsasən “Samsung Galaxy A52” markalı mobil telefon üçün 720 manat ödənilməmiş hissə və 72 manat cərimə borcu, 29 iyul 2021-ci il tarixli 23258830 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “TWS Aiwa” markalı qulaqlıq üçün 54 manat ödənilməmiş hissə və 5 manat cərimə borcu, 08 may 2021-ci il tarixli 23051515 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon üçün 295 manat ödənilməmiş hissə və 29 manat cərimə borcu olmaqla, ümumilikdə isə 1175 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 06 dekabr 2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 31.75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 29 iyul 2021-ci il tarixli 23258774 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A52” markalı mobil telefonu 966 manata, 29 iyul 2021-ci il tarixli 23258830 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “TWS Aiwa” markalı qulaqlığı 54 manata və 08 may 2021-ci il tarixli 23051515 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonu 354 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 305 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 29 iyul 2021-ci il tarixli 23258774 nömrəli “Müqavilə” üzrə 720 manat ödənilməmiş hissə və 72 manat cərimə borcu, 29 iyul 2021-ci il tarixli 23258830 nömrəli “Müqavilə” üzrə 54 manat ödənilməmiş hissə və 5 manat cərimə borcu, 08 may 2021-ci il tarixli 23051515 nömrəli “Müqavilə” 295 manat ödənilməmiş hissə və 29 manat cərimə borcu olmaqla, ümumilikdə 1175 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 29 iyul 2021-ci il tarixli 23258774 nömrəli “Müqavilə” üzrə 720 manat ödənilməmiş hissə və 72 manat cərimə borcu, 29 iyul 2021-ci il tarixli 23258830 nömrəli “Müqavilə” üzrə 54 manat ödənilməmiş hissə və 5 manat cərimə borcu, 08 may 2021-ci il tarixli 23051515 nömrəli “Müqavilə” 295 manat ödənilməmiş hissə və 29 manat cərimə borcu olmaqla, ümumilikdə 1175 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 37.75 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 29 iyul 2021-ci il tarixli 23258774 nömrəli “Müqavilə” üzrə 720 manat ödənilməmiş hissə və 72 manat cərimə borcu, 29 iyul 2021-ci il tarixli 23258830 nömrəli “Müqavilə” üzrə 54 manat ödənilməmiş hissə və 5 manat cərimə borcu, 08 may 2021-ci il tarixli 23051515 nömrəli “Müqavilə” 295 manat ödənilməmiş hissə və 29 manat cərimə borcu və ödənilmiş 31.75 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1206 (min iki yüz altı) manat 75 (yetmiş beş) qəpik tutularaq "xxxx" X2 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar