Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-129/2023 16.02.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Daşkəsən şəhərində 16 fevral 2023-cü il İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31 mart 2021-ci tarixli 22435200 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd İMEİ kodu **********60906 olan “XİAOMİ POCO X3” markalı mobil telefon üçün 525.30 manat ödənilməmiş hissə, 52.70 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 608 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 26 yanvar 2023-cü il tarixdə “köçüb, bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31 mart 2021-ci tarixli 22435200 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 58.40 manat ödəməklə 12 ay müddətinə “XİAOMİ POCO X3” markalı mobil telefonu 578 manata satın almışdır. Cavabdeh tərəfindən 315.50 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 31 mart 2021-ci tarixli 22435200 nömrəli “Müqavilə” üzrə 525.30 manat ödənilməmiş hissə və 52.70 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 31 mart 2021-ci il tarixli 22435200 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31 mart 2021-ci il tarixli 22435200 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 58.40 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 578 manat olan “XİAOMİ POCO X3” markalı mobil telefonu satın almışdır. İşə əlavə edilmiş 31 mart 2021-ci il tarixli bildirişin və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 31 mart 2021-ci il tarixli 22435200 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********60906 olan “XİAOMİ POCO X3 128GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 23 dekabr 2022-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 31 mart 2021-ci il tarixli 22435200 nömrəli “Müqaviləyə” əsasən “XİAOMİ POCO X3” markalı mobil telefon üçün 525.30 manat ödənilməmiş hissə və 52.70 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 26 dekabr 2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış üçün təmin olunmalıdır. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 31 mart 2021-ci il tarixli 22435200 nömrəli müqaviləyə əsasən “XİAOMİ POCO X3” markalı mobil telefonu 578 manata satın almışdır. Cavabdeh tərəfindən 315.50 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 31 mart 2021-ci il tarixli 22435200 nömrəli “Müqavilə” üzrə 525.30 manat ödənilməmiş hissə və 52.70 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 31 mart 2021-ci il tarixli 22435200 nömrəli müqaviləyə əsasən “XİAOMİ POCO X3” markalı mobil telefon üçün 578 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 31 mart 2021-ci il tarixli 22435200 nömrəli müqaviləyə əsasən “XİAOMİ POCO X3” markalı mobil telefon üçün 525.30 manat ödənilməmiş hissə, 52.70 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 608 (altı yüz səkkiz) manat tutularaq "xxxx" X2 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-129/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-129/2023
16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver