Məhkəmə qərarları › İş №2(030)-135/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-135/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-135/2023 16.02.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Daşkəsən şəhərində 21 fevral 2023-cü il İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) cavabdeh X5 qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22 may 2020-ci tarixli 20295727 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd İMEİ kodu **********14797 olan “SAMSUNG GALAXY A31” markalı mobil telefon üçün 400 manat ödənilməmiş hissə, 40 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 470 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Əhmədov Filizman 30 yanvar 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə X6 arasında bağlanmış 22 may 2020-ci tarixli 20295727 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 50 manat ödəməklə 12 ay müddətinə “SAMSUNG GALAXY A31” markalı mobil telefonu 701 manata satın almışdır. Cavabdeh tərəfindən 301 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 22 may 2020-ci tarixli 20295727 nömrəli “Müqavilə” üzrə 440 manat borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 22 may 2020-ci il tarixli 20295727 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə X6 arasında bağlanmış 22 may 2020-ci il tarixli 20295727 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 50 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 701 manat olan “SAMSUNG GALAXY A31” markalı mobil telefonu satın almış və 1 ədəd İMEİ kodu **********14797 olan “SAMSUNG GALAXY A31 DS (SM-A315) 64GB” markalı mobil telefon X5 təhvil verilmiş, Əhmədov Filizman tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 22 dekabr 2022-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, X4 22 may 2020-ci il tarixli 20295727 nömrəli “Müqaviləyə” əsasən “SAMSUNG GALAXY A31” markalı mobil telefon üçün 400 manat ödənilməmiş hissə və 40 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 23 dekabr 2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə X6 arasında 22 may 2020-ci il tarixli 20295727 nömrəli müqaviləyə əsasən “SAMSUNG GALAXY A31” markalı mobil telefonu 701 manata satın almışdır. Cavabdeh tərəfindən 301 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 22 may 2020-ci il tarixli 20295727 nömrəli “Müqavilə” üzrə 400 manat ödənilməmiş hissə və 40 manat cərimə borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2 22 may 2020-ci il tarixli 20295727 nömrəli müqaviləyə əsasən “SAMSUNG GALAXY A31” markalı mobil telefon üçün 440 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 22 may 2020-ci il tarixli 20295727 nömrəli müqaviləyə əsasən “SAMSUNG GALAXY A31” markalı mobil telefon üçün 400 manat ödənilməmiş hissə, 40 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat tutularaq "xxxx" X3 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar