Məhkəmə qərarları › İş №2(030)-136/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-136/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-136/2024 17.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 14 iyul 2021-ci il tarixli 5301sGNDJ/21 nömrəli kredit müqaviləsi üzrə 93.12 manat əsas, 28.27 manat faiz borcu olmaqla, cəmi 121.39 manat kredit borcu, ödənilmiş 0.40 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 14 iyul 2021-ci il tarixli 5301sGNDJ/21 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2024 illik 26 faiz ödəmək şərtilə 100 manat məbləğədək limit ayrılmışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 93.12 manat əsas, 28.27 manat faiz borcu olmaqla, cəmi 121.39 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 14 iyul 2021-ci il tarixli 5301sGNDJ/21 nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" KB ASC Cavabdeh istehlak məqsədləri üçün xx.xx.2024 illik 26 faiz ödəmək şərtilə 10000 manat məbləğdə kredit limiti ayrılmış, bank hesabı açılmış və ödəniş kartı təqdim edilmişdir. İşə əlavə edilmiş 25 sentyabr 2023-cü il tarixli BANK/PİKMD/1133778 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 25 sentyabr 2023-cü il tarixə 93.12 manat əsas, 28.27 manat faiz borcu olmaqla, cəmi 121.39 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 25 sentyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 14 iyul 2021-ci il tarixli 5301sGNDJ/21 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün istehlak məqsədləri üçün xx.xx.2024 illik 26 faiz ödəmək şərtilə 100 manat məbləğədək limit ayrılmışdır. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 93.12 manat əsas, 28.27 manat faiz borcu olmaqla, cəmi 121.39 manat məbləğində kredit borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı Unibank” KB ASC ilə Cavabdeh arasında bağlanmış 14 iyul 2021-ci il tarixli 5301sGNDJ/21 nömrəli kredit müqaviləsi üzrə 121.39 manat məbləğin tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14 iyul 2021-ci il tarixli 5301sGNDJ/21 nömrəli kredit müqaviləsi üzrə 121.39 manat manat borc, 0,40 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar