Məhkəmə qərarları › İş №2(030)-139/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-139/2023

03.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-139/2023 03.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edib, 13 yanvar 2014-cü ildə anadan olmuş X3 və 23 iyun 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün Oğuz Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(054)-268/2022 saylı qətnaməsi ilə təyin edilmiş 120 manat məbləğində alimentin miqdarının artırılaraq hər ay Cavabdeh hər uşağa 230 manat olmaqla, cəmi 460 manat sabit pul məbləğində alimentin və mediasiya xidməti üçün ödədiyi 50 manat xidmət haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 13 yanvar 2014-cü ildə Gültən və 23 iyun 2016-cı ildə Murad adlı iki uşaqları anadan olmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Oğuz Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(054)-268/2022 saylı qətnaməsi ilə 13 yanvar 2014-cü ildə anadan olmuş X4 və 23 iyun 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay Cavabdehndə hər uşağa 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment tutulub İddiaçın aödənoilməsi qət edilmişdir. Hazırda iddiaçı həmin məbləğdə alimentlə uşaqlarının maddi tələbatını ödəyə bilmir. Cavbadeh isə uşaqlarının saxlanılması üçün alimentdən başqa heç bir maddi köməklik göstərmir. Uşaqlar böyüdükcə onlarn maddi tələbatları da artır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X3 13 yanvar 2014-cü ildə Oğuz rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə 1 saylı Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydlıri kitabında 25 iyun 2014-cü il tarixdə 118 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X6 23 iyun 2016-cı ildə Oğuz rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə 1 saylı Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydlıri kitabında 14 iyul 2016-cı il tarixdə 15 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Oğuz Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(054)- 268/2022 saylı qətnaməsinun surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh hər ay hər uşaq üçün 120 manat – cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı verilməsi, Alimentin tutulmasının əvvəlinin iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanması, İddiaçı məhkəməyə mürcaiət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 manat məbləğin Cavabdeh tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. İşə əlavə olunmuş ilkin mediasiya sessiyasından iştirak edilməməsi barədə 28 oktyabr 2022-ci il tarixli MŞG/1-05485 saylı arayışdan görünür ki, İddiaçı “alimentin artırılması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 28 oktyabr 2022-ci il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən cavabdehə 19 oktyabr 2022-ci il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. Mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı İddiaçı ilə Cavabdeh ilə 12 iyun 2014-cü ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 13 yanvar 2014-cü ildə X3 və 23 iyun 2016-cı ildə X6 anadan olmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Oğuz Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(054)-268/2022 saylı qətnaməsi ilə Cavabdeh hər ay hər uşaq üçün 120 manat – cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı verilməsi, Alimentin tutulmasının əvvəlinin iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanması, İddiaçı məhkəməyə mürcaiət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 manat məbləğin Cavabdeh tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı 13 yanvar 2014-cü ildə anadan olmuş X3 və 23 iyun 2016-cı ildə anadan olmuş X2 maddi təminatı üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay Cavabdeh hər uşağa 230 manat olmaqla, cəmi 460 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən bininin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2022-ci ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. İddiaçı uşağının saxlanılması üçün hər uşağa 230 manat olmaqla, cəmi 460 manat məbləğində aliment təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarının və yaşayış səviyyəsinin həddinə görə də alimentin iddia edilən məbləğdə təyin olunması məqsədə uyğun deyildir. Bundan əlavə, iddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 13 yanvar 2014-cü ildə anadan olmuş X3 və 23 iyun 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 140 manat olmaqla, cəmi 280 manat məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 28 oktyabr 2022-ci il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Oğuz Rayon Məhkəməsinin 2(054)-268/2022 saylı 06 iyul 2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın. 13 yanvar 2014-cü ildə anadan olmuş X3 və 23 iyun 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar