Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-140/2023 14.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Alıyeva (İsmayılova) Sitarə Əli qızına qarşı ona vurduqları maddi ziyanın ödənilməsi və onun həyətyanı sahəsinə özbaşına girmələrinə qadağa qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh və Alıyeva (İsmayılova) Sitarə Əli qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Əmirvar kənd sakinləri Cavabdeh və həyat yoldaşı Alıyeva (İsmayılova) Sitarə Əli qızının ona vurduqları 700 manat məbləğində maddi ziyanın ödənilməsi və onun həyətyanı sahəsinə özbaşına girmələrinə qadağa qoyulması üçün onların barələrində qanunamüvafiq tədbir görülməsi üçün göstəriş verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, 1980-ci illərdə rəhmətlik atası X18 1,5-2 km aralı məsafədən evlərin bulaq suyu çəkmişdir. Kənd sakini mərhum X7 xahişinə əsasən, atası qonşuları X14, X19, X20, X8, X34 və X1 xəttinə qoşulub istifadə etmələrinə icazə vermişdir. 2008-ci ilədək X13 Sərvan Hüseyn oğlu ilə birlikdə yaşamışlar. Həmin vaxta kimi su ilə bağlı heç bir problem olmamışdır. 2008-ci ildən sonra Sarvan Alıyev həmin evdən çıxmış, qardaşı Cavabdeh həmin evə köçmüşdür. Bundan sonra suyun miqdarı azalmış və problemlər yaranmağa başlamışdır. İşi ilə əlaqədar olaraq gedə bilmədiyi üçün oğlu Ceyhun İsrafilov və X2 hansı səbəbdən gəlmədiyini yoxlamaq üçün göndərmişdir. Onlar da axtara-axtara gedərkən bölgü böldükləri yerdə onlara gələn suyun ağzına şüşə qırıqlarının doldurulduğunu görmüşlər. Həmin vaxt Cavabdeh arvadı Sitarə Alıyeva onları nalayiq sözlərlə təhqir etmişdir. Sonradan o, gedib suyu düzəltmiş, bir gün su gəldikdən sonra cavabdehlər tərəfindən borunun içi məişət tullantıları ilə doldurulduğu üçün su yenidən kəsilmişdir. Məcbur olub borunu dəyişmişlər. Buna baxmayaraq su yenə də kəsilmişdir. Quraqlıq olduğu üçün suyun miqdarının azaldığını zənn edərək, suyun miqdarını artırmaq üçün qazıntı işləri aparılmasını Sarvan Alıyevə tapşırmış, bulağın təmiri üçün kanal qazdırmış, iki maşın daşı tökdürmüş, sement və qumla üzünü basdırmış, bulağa 2 yerdən əlavə su çəkmişlər. Həmin yerdə X28, X21, X29 və X30 ilə birgə işləmişlər. Bu işlərin görülməsi üçün 700 manat xərc çəkmişdir. Əlavə suyun qoşulmasına baxmayaraq Cavabdeh suyun onlar tərəfə gəlməsinə imkan verməmişdir. Azərlə danışıq aparan zaman qonşularla küsülü olduğu üçün suyu heç kimə verməməsini onun qarşısına tələb qoymuşdur. O, da cavabdehlə razılaşmadığı üçün suyu kəsmişdir. Bununla əlaqədar olaraq Əmirvar inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Rüfət Bədəlova və bələdiyyə sədri Elxan İsmayılova şifahi müraciət etmiş, onlar da, Azər və arvadını başa sala bilməmişlər. Hətta bu barədə sahə müvəkkilinə də şifahi məlumat vermişdir. Azər suya toxunmayacağına söz versə də, sözünə əməl etməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə qonşudurlar. İddiaçı onun evinə gedən gediş-gəliş yolunu öz torpaq sahəsini genişləndirmək üçün hər iki tərəfdən çəpərləyərək bağlamışdır. Yolu açmasını tələb etdikdə isə iddiaçı yolun onun evinin yanından keçməsini istəmədiyini bildirərək, yolu açmaqdan imtina etmişdir. İddiaçı oğlanları Ceyhun və Məftun İsrafilovlar ona hədə-qorxu gəlmişlər. Bununla əlaqədar olaraq iddiaçı ilə aralarında narazılıqlar yaranmışdır. İftixar İsrfailov kiçik su anbarı və su xəttini özü dağıdaraq ona şər və böhtan atır. Qonşulara və kənd sakinlərinə 15-20 il əvvəl təbii şəkildə quruyan bulaqların onun tərəfindən dağıdılmasını bildirir. İddiaçı düzəltdiyi su yataqları mövsümü yağışlarla əlaqədar yaranmışdır və təbii şəkildə də quruyur. İddiaçı oğlanları Ceyhun və Mərfun ilə birlikdə kiçik su anbarları və su xəttini dağıdarkən ya səhvən, ya da qəsdən öz düzəltdikləri kiçik su anbarını da dağıtmışlar. Onun tərəfindən iddiaçıya hər hansı ziyan vurulmamış və həyətyanı sahəsinə özbaşına müdaxilə edilməmişdir. Odur ki, məhkəmədən iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdeh Alıyeva (İsmayılova) Sitarə Əli qızı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X31 ifadəsində göstərmişdir ki, Cavabdeh qardaşı, İddiaçı isə qonşusudur. O, 17 il Daşkəsən rayonu Əmirvar kəndində yerləşən fərdi yaşayış evindən yaşamışdır. Sonradan o, həmin evdə çıxmış, bundan sonra qardaşı Cavabdeh həmin evdə yaşamışdır. Hazırda qardaşı Azər də orada yaşamır. Arada bir gəlib-gedir. İddiaçı atası Şirin İsrafilov kəndə bulaq suyu çəkdirmiş və bir neçə nəfər kənd sakini Nörəstə, Habil, Etibar, Qulu və Sabirə də həmin sudan istifadə eməsinə icazə vermişdir. Təxminən 1 il bundan əvvəl İddiaçı suyun gözünün tutulduğunu bildirərək, onu təmizləməsini və düzəltməsini xahiş etmişdir. O, da bir-iki nəfər fəhlə ilə birlikdə maşına daş yığıb su xəttinin dağıldığı yerə gəlmişdir. Su xətti və anbar məişət tullantısı ilə doldurulmuşdur. Onlar zibil təmizləmiş, su xəttini təmir etmişlər. Zəhmət haqqı olaraq İftixar onlara 340 manat vermişdir. İftixarın həyətindəki hovuzdan kənd caamatına su gedirdi. Hovuzun üzərində dəmir list olduğu üçün hovuza zibil düşməsi mümkün deyildir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh ilə qonşudurlar. Kəndə suyu İddiaçı atası Şirin İsrafilov çəkmişdir. Sudan 7-8 ailə istifadə edirdi. O, özünə məxsus heyvanları İftixarın icazəsi ilə onun həyətində otarır. Azər isə buna etiraz edir. Azərlə aralarında mübahisə suya görə olmuşdur. Suyun borusu sındırıldığı və içərisi zibillə doldurlduğu üçün İftixar suyu Sarvana düzəltdirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X14 ifadəsində göstərmişdir ki, İddiaçı onun qaynı və qonşusudur. Cavabdeh də onun qonşusudur. Kəndə suyu İddiaçı atası Şirin İsrafilov çəkmişdir. Sudan 7-8 ailə istifadə edirdi. Əvvəllər su ilə bağlı heç bir problem olmamışdır. Tərəflər arasında mübahisə su ilə bağlı yaranmışdır. Su xətti dağıdıldığı üçün 5-6 il bundan əvvəl bir-iki dəfə də o, təmir etmiş, üzərini dəmirlə örtmüş və beton tökmüşdür. Sonradan beton dağıdılmış, su xətti əyilmişdir. Bu səbəbdən də su kəsilmişdir. O, bir dəfə suyu düzəltmək üçün getdikdə Cavabdeh arvadı Sitarə Alıyeva onu təhqir etdiyi üçün bir də ora getməmişdir. Son 2 ildə su tamamilə kəsilmişdir. Cavabdeh suyun gözü tutulduğu üçün dağıdıb yenidən təmir etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh ilə qonşudurlar. Kəndə suyu İftixarın atası Şirin İsrafilov çəkdirmişdir. Sudan Azər ora köçənədək 7-8 ailə istifadə etmişdir. Azər gələndən sonra su kəsilmişdir. Suyun bölündüyü yerə gedib baxdıqda müdaxilə edildiyini görmüşdür. Suyu Azər kəsmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X22 ifadəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh ilə qonşudurlar. Kəndə suyu İftixarın atası Şirin İsrafilov çəkdirmişdir. İşə əlavə edilmiş 23 fevral 2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, İddiaçı, X10, X12, X23, X21, X4, X20, X14, X8, X6, X35, X27, X28, X15, X36, X16 aktı tərtib etmişlər ondan ötrü ki, Daşkəsən rayonu Əmirvar kənd sakini mərhum X18 həyətyanı sahəsinə çəkdirdiyi su xətti hal-hazırda onun və yaxın qonşuları X17, X8, X6 və X35 ilə paylaşdığı su xəttindən illərdir ki, istifadə edirlər. Həmin xətti Cavabdeh tərəfindən dəfələrlə kəsilmiş və suyun mənbəyinə məişət tullantıları doldularaq xətti yarasız hala salmışdır. Lakin buna baxmayaraq, hər fədə öz şəxs hesabına X27 və onun yanında kömək edənlər X21, X28, X10 və X11 bərpa etdirmişdir. Buna baxmayaraq, su xəttini yenidən kəsərək yararsız hala salmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehlər Cavabdeh və Alıyeva (İsmayılova) Sitarə Əli qızının ona 700 manat məbləğində maddi ziyan vurduğunu və həyətyanı torpaq sahəsinə özbaşlarına girdiklərini iddia etsə də, bu halı təsdiq edən heç bir sübut məhkəməyə tədim etməmiş, bu məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə idddiaçnın izahatını sübut kimi qəbul etmir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə gorə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini muəyyən edən faktlarla və hallarla əlaqədardır. Hazırki halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini hər hansı sübutla əsaslandırmadığından, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh və Alıyeva (İsmayılova) Sitarə Əli qızına qarşı ona vurduqları maddi ziyanın ödənilməsi və onun həyətyanı sahəsinə özbaşına girmələrinə qadağa qoyulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-140/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-140/2023
14.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver