Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-140/2024 19.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlərdən 26 yanvar 2022-ci il tarixli 155micGNDJ/22 nömrəli kredit müqaviləsi üzrə 3146.15 manat əsas, 843.77 manat faiz, 145.21 manat cərimə borcu olmaqla, cəmi 4135.13 manat kredit borcu, ödənilmiş 0.40 manat xidmət haqqının və 61.36 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır кi, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2022-ci il tarixli 155micGNDJ/22 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə 100000 manat 120 ay müddətinə kredit ayrılmış və xx.xx.2022-ci il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 24% ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. Eyni zaman kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsəilə digər cavabdeh Zamin1 və Zamin2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə 3146.15 manat əsas, 843.77 manat faiz, 145.21 manat cərimə borcu olmaqla, cəmi 4135.13 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 26 yanvar 2022-ci il tarixli 155micGNDJ/22 nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, cavabdehə 100000 manat 120 ay müddətinə kredit ayrılmış və xx.xx.2022-ci il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 24% ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. Eyni zaman kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə digər cavabdeh Zamin1 və Zamin2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür İşə əlavə edilmiş 25 sentyabr 2023-cü il tarixli BANK/PİKMD/1133701 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 25 sentyabr 2023-cü il tarixə 3146.15 manat əsas, 843.77 manat faiz, 145.21 manat cərimə borcu olmaqla, cəmi 4135.13 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 25 sentyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 61.36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2022-ci il tarixli 155micGNDJ/22 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə 100000 manat 120 ay müddətinə kredit ayrılmış və xx.xx.2022-ci il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 24% ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. Eyni zaman kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsəilə digər cavabdehlər Zamin1 və Zamin2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Cavabdehlər əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 3146.15 manat əsas, 843.77 manat faiz, 145.21 manat cərimə borcu olmaqla, cəmi 4135.13 manat məbləğində kredit borcu yaranmışdır. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 26 yanvar 2022-ci il tarixli 155micGNDJ/22 nömrəli üzrə hesablanmış 145.21 manat məbləğində cərimə azaldılaraq 45.21 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Unibank” KB ASC ilə cavabdehlər Cavabdeh arasında bağlanmış 26 yanvar 2022-ci il tarixli 155micGNDJ/22 nömrəli kredit müqaviləsi üzrə 4035.13 manat məbləğin tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 61.36 manat dövlət rüsumunun 59 manatı cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 26 yanvar 2022-ci il tarixli 155micGNDJ/22 nömrəli kredit müqaviləsi üzrə 4035.13 manat manat borc, 0,40 manat xidmət haqqı və ödənilmiş 59 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-140/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-140/2024
19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver