Məhkəmə qərarları › İş №2(030)-141/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-141/2023

03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-141/2023 03.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Daşkəsən şəhərində 03 mart 2023-cü il İddiaçı X1 (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 avqust 2021-ci tarixli 99003601 saylı “Alqı-satqı” müqaviləsin əsasən 1 ədəd “SAMSUNG GALAXY A12” markalı mobil telefon üçün 442 manat əsas, 65 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 537 manat məbləğin alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 15 fevral 2023-cü il tarixdə “köçüb” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2021-ci tarixli 99003601 saylı “Alqı-satqı” müqaviləsinə əsasən cavabdehə ümumi qiyməti 442 manat dəyərində olan “SAMSUNG GALAXY A12” markalı mobil telefon almışdır. Cavabdeh alınmış malın dəyərini 12 aya bölərək, hər ay üçün 36.83 manat hissə-hissə ğdəmək şərti ilə aldığı malın dəyəri kimi, cəmi 442 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan heç bir ödəniş etməmiş, qalan 442 manat əsas borcu indiyədək ödəməmiş, bununla alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 19 avqust 2021-ci il tarixli 99003601 saylı “Alqı-satqı” müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2021-ci il tarixli 99003601 saylı “Alqı-satqı” müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə qiyməti 442 manat olan “SAMSUNG GALAXY A12” markalı mobil telefonu satın almışdır. İşə əlavə edilmiş 19 avqust 2021-ci il tarixli Ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh hər ay 36.84 manat ödəməklə 12 ay müddətinə qiyməti 442 manat olan əşyanı almışdır. İşə əlavə edilmiş Arayışın surətindən görünür ki, Cavabdeh 19 avqust 2021-ci il tarixli 99003601 saylı “Alqı-satqı” müqaviləsi üzrə 442 manat əsas borcundan bu günədək heç bir ödəniş etməmiş, 442 manat əsas və 65 manat cərimə borcu qalmışdır. İşə əlavə edilmiş 11 yanvar 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış üçün təmin olunmalıdır. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2021-ci tarixli 99003601 saylı “Alqı-satqı” müqaviləsinə əsasən cavabdehə ümumi qiyməti 442 manat dəyərində olan “SAMSUNG GALAXY A12” markalı mobil telefon almışdır. Cavabdeh alınmış malın dəyərini 12 aya bölərək, hər ay üçün 36.83 manat hissə-hissə ğdəmək şərti ilə aldığı malın dəyəri kimi, cəmi 442 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan heç bir ödəniş etməmiş, qalan 442 manat əsas borcu indiyədək ödəməmiş, bununla alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 19 avqust 2021-ci il tarixli 99003601 saylı “Alqı-satqı” müqaviləsinə əsasən “SAMSUNG GALAXY A12” markalı mobil telefon üçün 507 manat pul vəsaiti alınaraq İddiaçı MMCyə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 19 avqust 2021-ci il tarixli 99003601 saylı “Alqı-satqı” müqaviləsinə əsasən “SAMSUNG GALAXY A12” markalı mobil telefon üçün 442 manat əsas, 65 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 537 (beş yüz otuz yeddi) manat tutularaq İddiaçı X2 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar