Məhkəmə qərarları › İş №2(030)-142/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-142/2024

19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-142/2024 19.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 02 dekabr 2021-ci il tarixli 1123sGNDJb/21 nömrəli kredit müqaviləsi üzrə 199.22 manat əsas, 60.38 manat faiz, 6.12 manat cərimə, 1.96 manat komisyon haqqı borcu olmaqla, cəmi 267.68 manat kredit borcu, ödənilmiş 0.40 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 02 dekabr 2021-ci il tarixli 1123sGNDJb/21 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 28 faizədək ödəmək şərtilə xx.xx.2024 müddətinə 200 manat kredit limit təyin edilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 199.22 manat əsas, 60.38 manat faiz, 6.12 manat cərimə, 1.96 manat komisyon haqqı borcu olmaqla, cəmi 267.68 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 02 dekabr 2021-ci il tarixli 1123sGNDJb/21 nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" KB ASC Cavabdeh illik 28 faiz ödəmək şərtilə 10000 manat kredit xətti açılmış və 200 manat məbləğində kredit verilmişdir, cavabdehə bank hesabı açılmış və ödəniş kartı təqdim edilmişdir. İşə əlavə edilmiş 25 sentyabr 2023-cü il tarixli BANK/PİKMD/1133705 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 25 sentyabr 2023-cü il tarixə 199.22 manat əsas, 60.38 manat faiz, 6.12 manat cərimə, 1.96 manat komisyon haqqı borcu olmaqla, cəmi 267.68 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 25 sentyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 02 dekabr 2021-ci il tarixli 1123sGNDJb/21 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 28 faiz ödəmək şərtilə xx.xx.2024 müddətinə, 10000 manatadək limit ayırmışdır. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 199.22 manat əsas, 60.38 manat faiz, 6.12 manat cərimə, 1.96 manat komisyon haqqı borcu olmaqla, cəmi 267.68 manat məbləğində kredit borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, iddiaçı Unibank” KB ASC ilə Cavabdeh arasında bağlanmış 02 dekabr 2021-ci il tarixli 1123sGNDJb/21 nömrəli kredit müqaviləsi üzrə 267.68 manat məbləğin tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 02 dekabr 2021-ci il tarixli 1123sGNDJb/21 nömrəli kredit müqaviləsi üzrə 267.68 manat manat borc, 0,40 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar