Məhkəmə qərarları › İş №2(030)-143/2024

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-143/2024

19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-143/2024 19.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə ölmüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə ölsə də, iddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borcun tutulması tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə öldüyündən iddiaçı yalnız onun mirası qəbul etmiş vərəsələrinə qarşı iddia qaldıra bilərdi. Odur ki, iddia tələbi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, iddiaçı ölmüş şəxsə qarşı iddia qaldırmışdır. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Odur ki, məhkəmə hesab edir ki, Daşkəsən Rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar