Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-144/2023 27.02.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Daşkəsən şəhərində 27 fevral 2023-cü il İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20 noyabr 2020-ci tarixli 22061302 nömrəli “Müqaviləyə” əsasən 2 ədəd “Xiaomi Redmi 9C” markalı mobil telefon üçün 68 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 98 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 26 yanvar 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 noyabr 2020-ci tarixli 22061302 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 76.3 manat ödəməklə 12 ay müddətinə 2 ədəd “Xiaomi Redmi 9C” markalı mobil telefonu 994.60 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 933.30 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 20 noyabr 2020-ci tarixli 22061302 nömrəli “Müqavilə” üzrə 61.30 manat ödənilməmiş hissə və 6.70 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 20 noyabr 2020-ci tarixli 22061302 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 noyabr 2020-ci tarixli 22061302 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 76.30 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 994.60 manat olan 2 ədəd “Xiaomi Redmi 9C” markalı mobil telefonu satın almış və 20 noyabr 2020-ci tarixli 22061302 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********29053 olan “Xiaomi Redmi 9C 3/64GB” və İMEİ kodu **********85196 olan “Xiaomi Redmi 9C 3/64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 05 yanvar 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20 noyabr 2020-ci il tarixli 22061302 nömrəli “Müqaviləyə” əsasən “Xiaomi Redmi 9C” markalı mobil telefon üçün 61.30 manat ödənilməmiş hissə və 6.70 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 06 yanvar 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış üçün təmin olunmalıdır. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 20 noyabr 2020-ci il tarixli 22061302 nömrəli müqaviləyə əsasən 2 ədəd “Xiaomi Redmi 9C” markalı mobil telefonu 994.60 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 933.30 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki,iddia təmin edilməli, Cavabdeh 20 noyabr 2020-ci il tarixli 22061302 nömrəli müqaviləyə əsasən “Xiaomi Redmi 9C” markalı mobil telefon üçün 68 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20 noyabr 2020-ci il tarixli 22061302 nömrəli müqaviləyə əsasən 2 ədəd “Xiaomi Redmi 9C” markalı mobil telefon üçün 61.30 manat ödənilməmiş hissə, 6.7 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 98 (doxsan səkkiz) manat tutularaq "xxxx" X2 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-144/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-144/2023
27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver