Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-144/2024 19.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 29 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə 3071 manat əsas borc, 727.37 manat faiz, 65.70 manat cərimə borcu olmaqla, cəmi 3864.07 manat və 58.65 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC -nin xx.xx.2022-ci il tarixli bank xidmətlərini təqdim edilməsinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində xx.xx.2025-ci il tarixinədək illik 25.5% faiz ödəmək şərtilə 3200 manat məbləğində kredit verilmişdir. Ümumi oferta müqaviləsinin 20.9-cu bəndinə əsasən Müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40% miqdarında cərimə tətbiq edə bilər. Cavabdeh muqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 3071 manat əsas borc, 727.37 manat faiz, 65.70 manat cərimə borcu olmaqla, cəmi 3864.07 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 29 iyul 2022-ci il xxxxxxx nömrəli Ərizənin surətindən görünür ki, Cavabdeh "xxxx" KB ASC-nin rəsmi internet səhvəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli 01U/21 saylı Ümumi ofertası ilə tanış olmuş və onun bütün şərtləri ilə razı olmuş, həmçinin bank tərəfindən cavabdehin bankda qeydiyyatda olan mobil nömrəsinə cavabdehə xx.xx.2025 il tarixinədək, illik 25.5%-lə 3200 manat məbləğində kredit verməyi təklif edən sms mətn göndərilmiş və cavabdeh həmin mətnə razılıq münasibəti bildirmişdir. İşə əlavə edilmiş 25 sentyabr 2023-cü il tarixli BANK/PİKMD/1133830 nömrəli arayışın surətindən görünür ki, müştəri Cavabdeh 29 iyul 2022-ci il 9672nkGNDJb/22 nömrəli kredit müqaviləsi üzrə 3071 manat əsas borc, 727.37 manat faiz, 65.70 manat cərimə borcu olmaqla, cəmi 3864.07 manat məbləğində kredit borcu vardır. İşə əlavə edilmiş 25 sentyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 58.65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 29 iyul 2022-ci il tarixli kredit müqaviləyə əsasən xx.xx.2025-ci il tarixinədək illik 25.5% faiz ödəmək şərtilə 3200 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 3864.07 manat əsas borcu yaranmışdır. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 29 iyul 2022-ci il 9672nkGNDJb/22 nömrəli kredit xətti müqaviləsi üzrə hesablanmış 65.70 manat məbləğində cərimə azaldılaraq 5.70 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərəfin tqədim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh arasında bağlanmış 29 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə 3804.07 manat borc Cavabdeh tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 58.65 manat məbləğində dövlət rüsumunun 57 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 29 iyul 2022-ci il 9672nkGNDJb/22 nömrəli kredit xətti müqaviləsi üzrə 3804.07 manat borc və 57 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-144/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-144/2024
19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver