Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-147/2024 19.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 22 dekabr 2021-ci il tarixli 694sKPZb/21 nömrəli kredit müqaviləsi üzrə 71.33 manat əsas, 25.20 manat faiz, 2.95 manat cərimə borcu olmaqla, cəmi 99.48 manat kredit borcu, ödənilmiş 0.40 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli 694sKPZb/21 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 29 faiz ödəmək şərtilə xx.xx.2024 müddətinə 100 manat məbləğdə kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 71.33 manat əsas, 25.20 manat faiz, 2.95 manat cərimə borcu olmaqla, cəmi 99.48 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 22 dekabr 2021-ci il tarixli 694sKPZb/21 nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" KB ASC Cavabdeh illik 29 faiz olmaq şərtilə xx.xx.2024 il tarixinədək kredit ayrılmış, kreditin ilkin limiti 100 manat təyin edilmişdir.Cavabdehə bank hesabı açılmış və ödəniş kartı təqdim edilmişdir. İşə əlavə edilmiş 25 sentyabr 2023-cü il tarixli BANK/PİKMD/1133838 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 25 sentyabr 2023-cü il tarixə 71.33 manat əsas, 25.20 manat faiz, 2.95 manat cərimə borcu olmaqla, cəmi 99.48 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 25 sentyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli 694sKPZb/21 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2024 müddətinə illik 29 faiz ödəmək şərtilə 100 manat məbləğdə kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 71.33 manat əsas, 25.20 manat faiz, 2.95 manat cərimə borcu olmaqla, cəmi 99.48 manat məbləğində kredit borcu yaranmışdır. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 22 dekabr 2021-ci il tarixli 694sKPZb/21 nömrəli müqavilə üzrə hesablanmış 2.95 manat məbləğində cərimə azaldılaraq 0.95 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Unibank” KB ASC ilə Cavabdeh arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli 694sKPZb/21 nömrəli kredit müqaviləsi üzrə 97.48 manat məbləğin tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 29 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 22 dekabr 2021-ci il tarixli 694sKPZb/21 nömrəli kredit müqaviləsi üzrə 97.48 manat manat borc, 0,40 manat xidmət haqqı və ödənilmiş 29 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-147/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-147/2024
19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver