Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-149/2023 06.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Daşkəsən şəhərində 06 mart 2023-cü il İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 fevral 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən 1 ədəd “Zimmer ” markalı televizor üçün 364.90 manat əsas, 54.70 manat cərimə borcu və 16 yanvar 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən 1 ədəd “Samsung” markalı mobil telefon üçün 134.90 manat əsas, 20.20 manat cərimə borcu olmaqla, cəmi 574.70 ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 604.70 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 15 fevral 2023-cü il tarixdə “köçüb” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22 fevral 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən sonuncu hər ay 25 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Zimmer ” markalı televizoru 439.90 manata, 16 yanvar 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən sonuncu hər ay 22 manat ödəməklə 12 ay müddətinə1 ədəd “Samsung” markalı mobil telefonu 263.90 manata satın almışdır. Lakin, Cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 25 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 49 manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmış 499.80 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 749 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 74.90 manat "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 22 fevral 2022-ci il tarixli ********* “Müddətli (nisyə) alqı- satqı müqaviləsi”nin surətlərindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22 fevral 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən sonuncuya hər ay 25 manat ödəməklə 18 ay müddətinə cəmi 439.90 manat dəyərində 1 ədəd “Zimmer ” markalı televizoru satın almışdır. İşə əlavə edilmiş 16 yanvar 2022-ci il tarixli 01100431 “Müddətli (nisyə) alqı- satqı müqaviləsi”nin surətlərindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən sonuncuya hər ay 22 manat ödəməklə 12 ay müddətinə cəmi 263.90 manat dəyərində 1 ədəd “Samsung ” markalı mobil telefonu satın almışdır. İşə əlavə edilmiş 22 fevral 2022-ci il tarixli “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə 1 nömrəli Əlavə və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 22 fevral 2022-ci il tarixli ********* nömrəli müqaviləyə əsasən “Zimmer ZM-TVH3235(İT**********17)” markalı televizor və 16 yanvar 2022-ci il tarixli ********* nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********66587 olan “Samsung A032 Black” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Mehdiyev Orx13an tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 13 dekabr 2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 22 fevral 2022-ci il tarixli ********* saylı müqavilə üzrə "xxxx" MMC-yə 364.90 manat əsas və 547 manat cərimə borcu olmaqla cəmi 911.90 manat, 16 yanvar 2022-ci il tarixli ********* saylı müqavilə üzrə 134.90 manat əsas və 202 manat cərimə borcu olmaqla, cəmi 336.90 manat məbləğində borcu qalmışdır. İşə əlavə edilmiş 13 yanvar 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 22 fevral 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqısatqı müqaviləsi”nə əsasən 1 ədəd “Zimmer” markalı televizoru 439.90 manata və 16 yanvar 2022-ci il tarixli ********* nömrəli saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən 1 ədəd “Samsung ” markalı mobil telefonu 263.90 manata satın almışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 25 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 49 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə iki müqavilə üzrə cəmi 574.70 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 22 fevral 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı- satqı müqaviləsi” üzrə 364.90 manat əsas borc və 54.70 manat cərimə borcu olmaqla, cəmi 419.60 manat, 16 yanvar 2022-ci il tarixli ********* nömrəli saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi” üzrə 134.90 manat əsas borc və 20.20 manat cərimə borcu olmaqla, cəmi 574.70 məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 22 fevral 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi” üzrə 364.90 manat əsas borc və 54.70 manat cərimə borcu, 16 yanvar 2022-ci il tarixli ********* nömrəli saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi” üzrə 134.90 manat əsas borc və 20.20 manat cərimə borcu olmaqla, cəmi 574.70 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 604 (altı yüz dörd) manat 70 (yetmiş) qəpik tutularaq "xxxx" X2 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-149/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-149/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver