Məhkəmə qərarları › İş №2(030)-151/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-151/2024

02.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-151/2024 02.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərisəzi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mobil nəzarət qurğusunu yararsız vəziyyətə saldığına görə, onun dəyəri kimi 2277,40 manat məbləğın Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı böyük icra məmuru İİ dərəcəli ədliyyə qulluçusu Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, Göygöl Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 1(066)-21/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm icra olunması üçün aidiyyəti üzrə İddiaçınə göndərilmişdir. Cəzasının icrası ilə bağlı 17 sentyabr 2021-ci il tarixdə Cavabdehb yaşadığı ünvanda onun üzərinə “ATTENTİ” markalı sadə elektron qolbağı tətbiq edilmiş, bununla yanaşı, Cavabdeh bir ədəd mobiıl nəzarət qurğusu, bir ədəd elektron qolbağı, bir ədəd adapter təhvil verilmiş, elektron nəzarət vasitələrinin itiriləcəyi və ya zədələnəcəyi yaxud digər üsulla yararsız vəziyyətə salınacağı halda dəyərinin cavabdehdən tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. 17 mart 2023cü ildə Cavabdeh təhvil verilmiş “ATTENTİ” markalı 35631597 seriyalı elektron nəzarət vasitəsi cəza müddəti bitdiyinə görə təhvil alınmışdır. "xxxx" QSC tərəfindən elekton nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyinə əsasən Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsində emal üçün götürlümüş Attenti V6 mobil qurğunun komplekyasiyasının pozulduğu, belə ki, yoxlama nəticəsində komplektə daxil olan TX 700 qolbağının və qurğunun çantasının aşkarlanmadığı, bunları nəzərə alaraq bu cihazın kömplekti təkrara istifadəyə yararsız olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 1(066)- 21/2021 saylı hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh saat 23:00-dan saat 07:00-dək və yaşadığı Daşkəsən rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmuş, Cavabdeh üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Daşkəsən rayon ərazi hüdudlarını caza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Cavabdeh üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmuş, Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli Cavabdeh yaşayış yeri üzrə İcra və probasiya qrupunda qeydı alındığı vaxtdan hesablanması, hökmün icrası müvafiq olaraq Cavabdeh yaşayış yeri üzrə İddiaçınə həvalə edilmişdir. İşə əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 1(066)- 21/2021 saylı hökmün (məhkəmənin yekun qərarının) icrası barədə göstərişin surətindən görünür ki, Azərbaycan Respublikası Göygöl rayon Məhkməəsinin Cavabdeh haqqında 1(066)-21/21 saylı 25 fevral 2021-ci il tarixliu hökmü icra edilməsi üçün İddiaçınə göndərilmişdir. İşə əlavə edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə 17 sentyabr 2021-ci il tarixli protokolun surətindən görünür ki, məhkum Cavabdeh yaşadığı Daşkəsən rayonu Bayan kəndində yerləşən evində məhkumun ayağına elektron nəzarət vasitəsi tətbiq edilmiş və mobil nəzarət qurğusu adapterlə birlikdə məhkum Cavabdeh təhvil verilmişdir. Eyni zamanda, məhkum Cavabdeh cəzanın icrası ilə bağlı olaraq hüquq və vəzifələri izah edilmişdir. Məhkum Cavabdeh 1 ədəd CNV ayağına bağlanmış, 1 ədəd “Attenti” markalı qurğu və 1 ədəd enerji dolduran adapter və çantası təhvil verilmişdir. İşə əlavə edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilmiş elektron nəzarət vasitələrinin texniki vəziyyətinin yoxlanılması barədə 03 avqust 2022-ci il tarixli protokolun surətindən görünür ki, məhkum Cavabdeh təhvil verilmiş “Attenti” markalı 35653397 saylı mobil nəzarət qurğusunun izlənməməsi məlumatı daxil olmuşdur. Buna dair məhkumun mobil qurğusuna baxış keçirilmiş, Monitorina idarəsindən məlumat alınmış və nəticədə mobil qurğunun texniki qurğusunun izlənməsinin mümkün olmaması aşkar edilmişdir. Bununla bağlı Elektron monitorinq Odarəsi ilə əlaqə saxlanılmış və məhkumun mobil qurğusu digər mobil qurğu “Attenti” markalı 35631597 nömrəli qurğu ilə əvəz edilmişdir. Məhkumun mobil qurğuya heç bir müdaxiləsi aşkar edilməmişdir. İşə əlavə edilmiş 03 avqust 2022-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı böyük icra məmuru (probasiya üzrə) Nümayəndə və məhkum Cavabdeh iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, İddiaçı icraatında sonuncunun barəsində olan Göygöl rayon məhkəməsinin 25 fevral 2021-ci il tarixli 1(066)-21/2021 saylı hökmünə əsasən 09/2021 saylı nəzarət işi üzrə məhkum Cavabdeh təhvil verilmiş avadanlıqda texniki nasazlıq olduğundan təhvil alınmışdır. Məhkum Cavabdeh təhvil verilmiş və texniki nasazlıq olduğundan sonra təhvil alınmış avadanlıqların siyahısı aşağıdakı kimidir. Mobil nəzarət qurğusu -nasaz vəziyyətdə. Məhkum Cavabdeh tətrəfindən təhvil verilmiş avadanlıqlar tam komplekt şəklində geri qaytarılmışdır. Aktın doğruluğu imzalarla təsdiq edilmişdir. İşə əlavə edilmiş 17 mart 2023-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı böyük icra məmuru (probasiya üzrə) Nümayəndə və məhkum Cavabdeh iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, İddiaçı icraatında sonuncunun barəsində olan Göygöl rayon məhkəməsinin 25 fevral 2021-ci il tarixli 1(066)-21/2021 saylı hökmünə əsasən 09/2021 saylı nəzarət işi üzrə məhkum Cavabdeh təhvil verilmiş “Attenti” markalı 35631597 seriyalı elektron nəzarət vasitəsi cəza müddəti bitdiyindən təhvil alınmışdır. Məhkum Cavabdeh təhvil verilmiş və texniki nasazlıq olduğundan sonra təhvil alınmış mobil nəzarət qurğususaz vəziyyətdə, adaptor - saz vəziyyətdə, sadə elektron qolbağ - saz vəziyyətdə tam komplekt şəklində geri qaytarılmışdır. Aktın doğruluğu imzalarla təsdiq edilmişdir. İşə əlavə edilmiş "xxxx" QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh tətbiq edilmiş 35653397 (V6 mobil qurğu) seriyalı “Attenti” sadə qolbağı (komplekt), Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsində emal üçün götürlümüş Attenti V6 mobil qurğunun komplekyasiyasının pozulduğu, belə ki, yoxlama nəticəsində komplektə daxil olan TX 700 qolbağının və qurğunun çantasının aşkarlanmadığı, bunları nəzərə alaraq bu cihazın kömplekti təkrar istifadəyə yarasız olduğu müəyyən edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin 29 iyul 2021-ci il tarixli ED-M 96-21 nömrəli məktubun surətindən görünür ki, probasiya xidmətinin qeydiyyatında olan, “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edimiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğularının itirilməsi və yarasız hala salınması hallarında, 1. 1930 manat məbləğində sadə elektron qolbağı, mobil nəzarət qurğusu, elektrik adapteri, proqram lisenziyası, ƏDV 347,40 manat olmaqla, cəmi 2277,40 manat təşkil edir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Bayan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 fevral 2024-cü il tarixli 5-42-2/2-45/2024 nömrəli arayışından görünür ki, Cavabdeh məcburi köçkün olmaqla Daşkəsən rayonu Bayan kəndində yaşayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, Göygöl Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 1(066)-21/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh saat 23:00-dan saat 07:00-dək və yaşadığı Daşkəsən rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmuş, Cavabdeh üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Daşkəsən rayon ərazi hüdudlarını caza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Cavabdeh üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmuş, Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli Cavabdeh yaşayış yeri üzrə İcra və probasiya qrupunda qeydı alındığı vaxtdan hesablanması, hökmün icrası müvafiq olaraq Cavabdeh yaşayış yeri üzrə İddiaçınə həvalə edilmişdir. 23 avqust 2021-ci il tarixdə Göygöl rayon Məhkəməsinin Cavabdeh haqqında 1(066)-21/21 saylı 25 fevral 2021-ci il tarixli hökmü icra edilməsi üçün İddiaçınə göndərilmişdir. İddiaçı icra məmuru tərəfindən 17 sentyabr 2021-ci il tarixli protokol tərtib edilərək, məhkum Cavabdeh yaşadığı Daşkəsən rayonu Bayan kəndində yerləşən evində məhkumun ayağına elektron nəzarət vasitəsi tətbiq edilmiş və mobil nəzarət qurğusu adapterlə birlikdə məhkum Cavabdeh təhvil verilmişdir. Eyni zamanda, məhkum Cavabdeh cəzanın icrası ilə bağlı olaraq hüquq və vəzifələri izah edilmiş, ayağına bağlanmış 1 ədəd CNV, 1 ədəd “Attenti” markalı qurğu və 1 ədəd enerji dolduran adapter və çantası təhvil verilmişdir. Məhkum Cavabdeh təhvil verilmiş “Attenti” markalı 35653397 saylı mobil nəzarət qurğusunun izlənməməsi məlumatı daxil olmuş, bununla bağlı, məhkumun mobil qurğusuna baxış keçirilmiş, Monitorin idarəsindən məlumat alınmış və nəticədə mobil qurğunun texniki qüsurdan izlənməsinin mümkün olmaması aşkar edilmişdir. Bununla bağlı, Elektron monitorinq idarəsi ilə əlaqə saxlanılmış və məhkumun mobil qurğusu “Attenti” markalı 35631597 nömrəli digər qurğu ilə əvəz edilmiş, məhkumun mobil qurğuya heç bir müdaxiləsi aşkar edilməmiş, bu barədə 03 avqust 2022-ci il tarixli protokol tərtib edilmişdir. Eyni zamanda, 03 avqust 2022-ci il tarixli akt tərtib edilərər məhkum Cavabdeh təhvil verilmiş və texniki nasazlıq olduğundan sonra təhvil alınmış mobil nəzarət qurğusu tam komplekt şəklində geri qaytarılmışdır. 17 mart 2023-cü il tarixli akt tərtib edilərək məhkum Cavabdeh təhvil verilmiş “Attenti” markalı 35631597 seriyalı elektron nəzarət vasitəsi cəza müddəti bitdiyindən təhvil alınmışdır. Məhkum Cavabdeh təhvil verilmiş və texniki nasazlıq olduğundan sonra təhvil alınmış mobil nəzarət qurğusu-saz vəziyyətdə, adaptor - saz vəziyyətdə, sadə elektron qolbağ - saz vəziyyətdə tam komplekt şəklində geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin 29 iyul 2021-ci il tarixli ED-M 96-21 nömrəli məktubu ilə probasiya xidmətinin qeydiyyatında olan, “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edimiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğularının itirilməsi və yarasız hala salınması hallarında, 1. 1930 manat məbləğində sadə elektron qolbağı, mobil nəzarət qurğusu, elektrik adapteri, proqram lisenziyası, ƏDV 347,40 manat olmaqla, cəmi 2277,40 manat təşkil etdiyi qeyd edilmişdir. Hazırda iddiaçı mobil nəzarət qurğusunu yararsız vəziyyətə saldığına görə, onun dəyəri kimi 2277,40 manat məbləğın Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsini tələb edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İş üzrə göründüyü kimi, Göygöl Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 1(066)-21/2021 saylı hökmünün icrası ilə əlaqədar olaraq, məhkum Cavabdeh yaşadığı Daşkəsən rayonu Bayan kəndində yerləşən evində məhkumun ayağına bağlanmış 1 ədəd CNV, 1 ədəd “Attenti” markalı qurğu və 1 ədəd enerji dolduran adapter və çantası təhvil verilmiş, eyni zamanda, məhkum Cavabdeh cəzanın icrası ilə bağlı olaraq hüquq və vəzifələri izah edilmişdir. Məhkum Cavabdeh təhvil verilmiş “Attenti” markalı 35653397 saylı mobil nəzarət qurğusunun izlənməməsi məlumatı daxil olmuş, bununla bağlı, məhkumun mobil qurğusuna baxış keçirilmiş, Monitorin idarəsindən məlumat alınmış və nəticədə mobil qurgunun texniki qüsurdan izlənməsinin mümkün olmaması aşkar edilmişdir. Bununla bağlı, Elektron monitorinq idarəsi ilə əlaqə saxlanılmış və məhkumun mobil qurğusu “Attenti” markalı 35631597 nömrəli digər qurğu ilə əvəz edilmiş, məhkumun mobil qurğuya heç bir müdaxiləsi aşkar edilməmiş, bu barədə 03 avqust 2022-ci il tarixli protokol tərtib edilmişdir. Eyni zamanda, 03 avqust 2022-ci il tarixli akt tərtib edilərər məhkum Cavabdeh təhvil verilmiş və texniki nasazlıq olduğundan sonra təhvil alınmış mobil nəzarət qurğusu tam komplekt şəklində geri qaytarılmışdır. 17 mart 2023-cü il tarixli akt tərtib edilərək məhkum Cavabdeh təhvil verilmiş “Attenti” markalı 35631597 seriyalı elektron nəzarət vasitəsi cəza müddəti bitdiyindən təhvil alınmışdır. Məhkum Cavabdeh təhvil verilmiş və texniki nasazlıq olduğundan sonra təhvil alınmış mobil nəzarət qurğususaz vəziyyətdə, adaptor - saz vəziyyətdə, sadə elektron qolbağ - saz vəziyyətdə tam komplekt şəklində geri qaytarılmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İnsan huquqları uzrə Avropa Məhkəməsi “Brumaresku Rumıniyaya qarşı” iş uzrə 28 oktyabr 1999-cu il tarixli qərarında gostərmişdir ki, huququn aliliyinin əsas aspektlərindən biri olan huquqi muəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş uzrə qəbul olunan yekun qərar şubhə doğurmamalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə gorə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini muəyyən edən faktlarla və hallarla əlaqədardır. Göründüyü kimi iddiaçı yoxlama nəticəsində cavabdehə təhvil verilmiş komplektə daxil olan TX 700 qolbağının və qurğunun çantasının aşkarlanmadığı, bunları nəzərə alaraq bu cihazın kömplekti təkrara istifadəyə yararsız olduğu qeyd edərək hazırkı tələblə məhkəməyə müraciət etsə də, iş materiallarından görünür ki, Cavabdeh tərəfindən elektron nəzarət qurğusuna heç bir müdaxilə edilməmiş, məhkuma təhvil verilmiş qurğular, mobil nəzarət qurğusu-saz vəziyyətdə, adaptor - saz vəziyyətdə, sadə elektron qolbağ - saz vəziyyətdə tam komplekt şəklində geri qaytarılmış və bu barədə 17 mart 2023-cü il tarixli akt tərtib edilmişdir. Həmin akta texniki nəzarət vasitələrinin komplektində hər hansı çatışmamazlıq olması ilə bağlı hər hansı qeyd aparılmamışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olsuğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar