Məhkəmə qərarları › İş №2(030)-153/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-153/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-153/2024 28.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC ) Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 03 fevral 2023-cü il tarixli 35nkKPZ/23 nömrəli “Kredit müqaviləsi” üzrə 8831 manat əsas, 1188,37 manat faiz və 88,08 manat cərimə borcu olmaqla, cəmi 10107,45 manat kredit borcu və ödənilmiş 120,73 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC -nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddиaçı "xxxx" KB ASC iddia яризясиni onunla əsaslandırılmışdır ки, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2023-cü il tarixli 35nkKPZ/23 nömrəli “Kredit müqaviləsi” üzrə illik 18 faiz ödəmək şərti ilə 02 fevral 2028-ci il tarixədək 8831 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin 03 noyabr 2023-cü il tarixə "xxxx" KB ASC-yə 8831 manat əsas, 1188,37 manat faiz və 88,08 manat cərimə borcu olmaqla, cəmi 10107,45 manat kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı "xxxx" KB ASC -dən 03 fevral 2023-cü il tarixli 35nkKPZ/23 nömrəli “Kredit müqaviləsi” üzrə illik 18 faiz ödəmək şərti ilə 8831 manat məbləğində kredit götürmüşdür. Maddi imkansızlıqdan ödəniş edə bilməmişdir. 12 iyun 2023-cü il tarixdə bank tərəfindən ona bildiriş göndərilərək, 8831 manat əsas, 560,82 manat faiz və 11,42 manat cərimə borcu olmaqla, cəmi 9403,24 manat kredit borcu olduğu bildirilmişdir. Hazırda isə iddiaçı ondan 10107,45 manat məbləğində kredit borcu tələb edir. Məhkəmədən iddia tələbinin qismən 9403,24 manata dair hissədə təmin olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş 03 fevral 2023-cü il tarixli 35nkKPZ/23 nömrəli “Kredit müqaviləsi” surətindən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2023-cü il tarixli 35nkKPZ/23 nömrəli “Kredit müqaviləsi” əsasən Cavabdeh illik 18 faiz ödəmək şərti ilə 02 fevral 2028-ci il tarixədək 8831 manat məbləğində kredit verilmişdir. Alınmış kredit və faizlərin geri qaytarılması üçün əlavə ödəniş cədvəli tərtib edilmişdir. İşə əlavə edilmiş 03 noyabr 2023-cü il tarixli Bank/PİKMD/1145233 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 03 fevral 2023-cü il tarixli 35nkKPZ/23 nömrəli “Kredit müqaviləsi” üzrə 03 noyabr 2023-cü il tarixə 8831 manat əsas, 1188,37 manat faiz və 88,08 manat cərimə borcu olmaqla, cəmi 10107,45 manat məbləğində kredit borcu yaranmışdır. İşə əlavə edilmiş 12 iyun 2023-cü il tarixli Bank/PİKMD saylı bildirişin surətindən görünür ki, Cavabdeh banka 12 iyun 2023-cü il, bazar ertəsi tarixə 8831 manat əsas, 560,82 manat faiz və 11,42 manat cərimə borcu olmaqla, cəmi 9403,24 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsi təklif edilmiş, əks təqdirdə, vaxtında əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 03 noyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən 120,73 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2023-cü il tarixli 35nkKPZ/23 nömrəli “Kredit müqaviləsi” üzrə Cavabdeh illik 18 faiz ödəmək şərti ilə 02 fevral 2028-ci il tarixədək 8831 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəyi vaxtında və lazımı qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin 03 noyabr 2023-cü il tarixə "xxxx" KB ASC-yə 8831 manat əsas, 1188,37 manat faiz və 88,08 manat cərimə borcu olmaqla, cəmi 10107,45 manat kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. İş üzrə göründüyü kimi Cavabdeh banka 12 iyun 2023-cü il tarixə 8831 manat əsas, 560,82 manat faiz və 11,42 manat cərimə borcu olmaqla, cəmi 9403,24 manat borcu yarandığı barədə 12 iyun 2023-cü il tarixli Bank/PİKMD saylı bildiriş məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlu əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. АР МM-in 743-cü maddəsinə görə, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmçinin məhkəmə hesab edir ki, müqavilənin ləğv edildiyi tarixə, yəni 8831 manat əsas, 560,82 manat faiz və 11,42 manat cərimə borcu olmaqla, cəmi 9403,24 manat kredit borcu hissəsində təmin edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8831 manat əsas, 560,82 manat faiz və 11,42 manat cərimə borcu olmaqla, cəmi 9403,24 manat kredit borcu tutulub iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 120,73 manat məbləğində dövlət rüsumunun 112,30 manatı cavabdehdən tuutlub iddiaçıya ödəniılməli, 8,43 manat iddiaçıya aid edilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8831 manat əsas, 560,82 manat faiz, 11,42 manat cərimə borcu və ödənilmiş 112,30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 9515,54 (doqquz min beş yüz on beş manat əlli dörd qəpik) manat məbləği tutulub iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar