Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-154/2023 07.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Daşkəsən şəhərində 07 mart 2023-cü ildə İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 (bundan sonra İddiaçı MMM QBKT) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlərdən 10 fevral 2022-ci il tarixli **********1707 saylı kredit müqaviləsi üzrə 2635.55 manat əsas borcu, 494 manat faiz borcu olmaqla, cəmi 3129.55 manat kredit borcu və ödənilmiş 51.23 manat dövlət rüsumunun İddiaçı MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, cavabdehlərə göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 13 fevral 2023-cü il tarixdə “köçüb” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT Cavabdeh1 arasında bağlanmış 10 fevral 2022-ci il tarixli **********1707 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 30% dərəcəsi olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə Hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 169 azn olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1***-******* saylı “Zaminlik müqaviləsi” ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. arasında bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. İşə əlavə edilmiş 10 fevral 2022-ci il tarixli **********1707 saylı Kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 10 fevral 2022-ci il tarixli **********1707 saylı Kredit müqaviləsinə əsasən, kredit verən kredit alana ailə-kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 30% dərəcəsi olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş 10 fevral 2022-ci il tarixli **********1***-******* saylı Zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış Kredit müqaviləsinə əsasən kredit alan Cavabdeh1 kredit verən qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etmədiyi halda, Cavabdeh2 dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. İşə əlavə edilmiş 12 yanvar 2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh1 10 fevral 2022-ci il tarixli **********1707 saylı kredit müqaviləsi üzrə 2635.55 manat əsas, 494 manat faiz borcu olmaqla, cəmi 3129.55 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 17 yanvar 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, İddiaçı MMM QBKT tərəfindən 51.30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışında işin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 10 fevral 2022-ci il tarixli **********1707 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 30% dərəcəsi olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1***-******* saylı “Zaminlik müqaviləsi” ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Hazırda cavabdehlərin Finca Azerbaijan” MMM QBKT-ə 3129.55 manat məbləğində kredit borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 10 fevral 2022-ci il tarixli **********1707 saylı kredit müqaviləsi üzrə üzrə müqaviləyə əsasən 2635.55 manat əsas, 494 manat faiz borcu olmaqla, cəmi 3129.55 manat məbləğin tutulub İddiaçı MMM QBKT-ə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 51.30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385-1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 fevral 2022-ci il tarixli **********1707 saylı kredit müqaviləsi üzrə 2635.55 manat əsas, 494 manat faiz borcu olmaqla, cəmi 3129.55 manat və ödənilmiş 51.30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3180 (üç min yüz səksən) manat 85 (səksən beş) qəpik tutulub İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-154/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-154/2023
07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver