Məhkəmə qərarları › İş №2(030)-154/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-154/2024

26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-154/2024 26.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 03 fevral 2023-cü il tarixli 34nkKPZ/23 nömrəli kredit müqaviləsi üzrə 3355 manat əsas, 528.46 manat faiz, 62.77 manat cərimə borcu olmaqla, cəmi 3946.23 manat kredit borcu və 59.87 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2023-cü il tarixli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2026-cı il müddətinə illik 21 faiz ödəmək şərtilə 3355 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 3355 manat əsas, 528.46 manat faiz, 62.77 manat cərimə borcu olmaqla, cəmi 3946.23 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 03 fevral 2023-cü il tarixli 34nkKPZ/23 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC Cavabdeh xx.xx.2026 il tarixinədək, illik 21 faiz ödəmək şərtilə 3355 manat məbləğində krediti cavabdehin mülkiyyətinə verir və oan bank hesabı açır. İşə əlavə edilmiş 03 noyabr 2023-cü il tarixli BANK/PİKMD/1145259 ömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 03 noyabr 2023-cü il tarixə 3355 manat əsas, 528.46 manat faiz, 62.77 manat cərimə borcu olmaqla, cəmi 3946.23 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 03 noyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 59.47 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2023-cü il tarixli 34nkKPZ/23 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2026 müddətinə illik 21 faiz ödəmək şərtilə 3555 manat məbləğdə kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 3355 manat əsas, 528.46 manat faiz, 62.77 manat cərimə borcu olmaqla, cəmi 3946.23 manat məbləğində kredit borcu yaranmışdır. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 03 fevral 2023-cü il tarixli 34nkKPZ/23 nömrəli müqavilə üzrə hesablanmış 62.77 manat məbləğində cərimə azaldılaraq 12.77 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Unibank” KB ASC ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2023-cü il tarixli 694sKPZb/21 nömrəli kredit müqaviləsi üzrə 3896.23 manat məbləğin tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 59.87 manat dövlət rüsumunun 58 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03 fevral 2023-cü il tarixli 694sKPZb/21 nömrəli kredit müqaviləsi üzrə 3896.23 manat manat borc, 0,40 manat xidmət haqqı və ödənilmiş 58 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar