Məhkəmə qərarları › İş №2(030)-154/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-154/2025

13.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-154/2025 13.05.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X8 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 vurulmuş zərərin əvəzi olaraq 1200 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin müdafiə edərək izahatında göstərmişdir ki, kənd sakinlərinə məxsus olan qoyunlar növbəli şəkildə otarılır və bir növbəyə düşən şəxs otardığı heyvanları tam şəkildə sahibinə təhvil verilməsinə dair öhdəlik götürür. Çobanlıq edən şəxsin məsuliyyətsizliyi səbəbindən ititrilmiş heyvanların əvəzi ödənilir. Cavabdeh X5 26 sentyabr 2024-cü il tarixdə qoyun növbəsində olarkən onun sürüyə qoşduğu 38 baş xırda buynuzlu heyvanın 2 baş xırda buynuzlu heyvanı ölmüş, 1 başı isə sağ vəziyyətdə tapılmışdır. Heyvanlar qayalıqdan yıxılaraq ölmüşlər. Bununla əlaqədar polis şöbəsinə şikayət etmiş, şikayəti üzrə araşdırılma aparılmış, cinayət hadisəsi müəyyən olunmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Polis şöbəsində aparlmış araşdırma zamanı cavabdeh ölmüş heyvanın müqabilində 350 manat ödəyəcəyini bildirmiş və bununla bağlı razılıq olmuşdur. Lakin, cavabdeh bu məbləği ödəməmişdir. İndi isə o, 350 manata razı deyildir və 1200 manat tələb edir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X5 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, kənd sakinlərinə məxsus olan qoyunlar növbəli şəkildə otarılır. Əgər ki, heyvanlar otarılan zaman onları canavar yeyərsə və ya onlar itərlərsə növbədə olan şəxs cavabdehlik daşıyır. Uçqun və ya təbii fəlakət nəticəsində heyvana ziyan dəyərsə heyvanı otaran şəxs heç bir cavabdehlik daşımır. 2024-cü ilin sentyabr ayının 26-da kəndin qoyunlarını otarmaq növbəliliyi ondan olmuşdur. İddiaçı məxsus olan 3 baş qoyun dağdan aşaraq üst-üstə düşmüşdür. Heyvanlardan ikisi ölmüş, biri isə sağ qalmışdır. İddiaçının şikayəti əsasında rayon polis şöbəsində araşdırma aparılmış, o, dağdan aşaraq ölmüş heyvan üçün 350 manat ödəməyə imkanı çatdığını bildirmişdir. Hazırda həmin məbləği də ödəmək iqtidarında deyildir. Məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon Polis şöbəsinin təhqiqat qrupunun baş təhqiqatçısı, X4 cinayət işinin başlanmasının rədd olunması haqqında 31 oktyabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı 2 baş xırdabuynuzlu heyvanının pul əvəzi olraq X5 350 manat ödəniş edə biləcəyini izahatında göstərmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin işin faktiki hallarından göründüyü kimi hazırkı iş üzrə tərəflər və digər şəxslər arasında olan razılaşmaya əsasən X5 ona təhvil verilmiş olan heyvanları səhər saatlarından başlayaraq axşam saatlarına qədər otlaq sahələrində otararaq sonunda sahiblərinə qaytarmalı olmuşdur. 26 sentyabr 2024-cü il tarixdə cavabdehin növbəsi olan gün iddiaçıya məxsus iki baş qoyun hündürlükdən düşərək məhv olmuşdur. Məhkəmə qeyd edir ki, heyvanların uçurum olan əraziyə yaxınlaşmasının cavabdeh tərəfindən qarşının alınmaması zərərin yaranmasında səbəb rolunu oynamışdır. İddiaçı vurulmuş zərərin həcmi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Lakin, iddia ərizəsində qeyd olunanlardan, tərəflərin izahatlarından və Daşkəsən rayon Polis şöbəsinin təhqiqatçısının müvafiq qərarında göstərilənlərdən məlum olur ki, hadisə baş verdikdən sonra 350 manat həcmində ziyanın ödənilməsi barədə tərəflər arasında razılıq olmuşdur. Göründüyü kimi tərəflər vurulmuş ziyanın həcmini ənənəvi olaraq öz aralarında müəyyən etmişlər. Lakın, bu razılaşma üzrə ödəniş cavabdeh tərəfindən icra olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunanlara, habelə qeyd edilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 350 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edlmiş 29 noyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 32 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, 02 manat iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 350 manat tutulub İddiaçı verilsin. 30 (otuz) manat dövlət rüsumu X1 alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar