Məhkəmə qərarları › İş №2(030)-155/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-155/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-155/2023 07.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Daşkəsən şəhərində 07 mart 2023-cü ildə İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra BOKT "xxxx" QSC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 09 mart 2021-ci il tarixli 016-EMB-0248-21 saylı kredit müqaviləsi üzrə 220.31 manat əsas, 33.05 manat cərimə borcu olmaqla, cəmi 256.36 manat kredit borcu və ödənilmiş 30.40 manat dövlət rüsumunun iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 09 fevral 2023-cü il tarixdə “köçüb, bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 18 ay müddətinə qaytarılmaq şərti ilə 1012 manat məbləğində kredit verilmiş və bununla bağlı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında 09 mart 2021-ci il tarixli 016-EMB-0248-21 saylı “Kredit müqaviləsi” bağlanmışdır. Hal-hazırda “Kredit müqaviləsi”nin şərtlərinə əsasən, Cavabdeh BOKT "xxxx" QSC –yə xx.xx.2023-cü tarixə əsəs borcu 220.31 manat, faiz borcu 33.05 manat, ümumi borcu 253.36 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. İşə əlavə edilmiş 09 mart 2021-ci il tarixli 016-EMB-0248-21 saylı “Kredit müqaviləsi”nin surətindən görünür ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 09 mart 2021-ci il tarixli 016-EMB-0248-21 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehə illik 0% olmaqla 18 ay müddətinə 1012 manat məbləğində istehlak krediti verilmişdir. İşə əlavə edilmiş 10 yanvar 2023-cü il tarixli MA-0028334-23 Maliyyə arayışından görünür ki, Cavabdeh BOKT "xxxx" QSC-yə 10 yanvar 2023-cü il tarixə 220.31 manat əsas, 33.05 manat cərimə borcu olmaqla, cəmi 253.36 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 12 yanvar 2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən ki, “BOKT "xxxx" QSC tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 09 mart 2021-ci il tarixli 016-EMB-0248-21 saylı “Kredit müqaviləsi” ilə illik 0 % olmaqla 18 ay müddətinə 1012 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 220.31 manat əsas, 33.05 manat cərimə borcu olmaqla, cəmi 253.36 manat məbləğində kredit borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh arasında bağlanmış 09 mart 2021-ci il tarixli 016- EMB-0248-21 saylı kredit müqaviləsi üzrə 220.31 manat əsas, 33.05 manat cərimə borcu olmaqla, cəmi 253.36 manat məbləğ tutulub iddiaçı BOKT "xxxx" QSC-yə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385-1,216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 09 mart 2021-ci il tarixli 016-EMB-0248-21 saylı kredit müqaviləsi üzrə 220.31 manat əsas, 33.05 manat cərimə borcu olmaqla, cəmi 253.36 manat və ödənilmiş 30.40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 283 (iki yüz səksən üç) manat 76 (yetmiş altı) qəpik tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar