Məhkəmə qərarları › İş №2(030)-155/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-155/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-155/2024 05.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 05 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 200.28 manat əsas borc, 1.27 manat faiz, 0.09 manat cərimə borcu olmaqla, cəmi 201.64 manat borcun, ödənilmiş 0.40 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 05 avqust 2019-cu il tarixli “Kredit müqaviləsi”nə əsasən 60 ay müddətinə 1 faiz ödəmək şərtilə 351.83 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 200.28 manat əsas borc, 1.27 manat faiz, 0.09 manat cərimə borcu olmaqla, cəmi 201.64 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 05 avqust 2019-cu il tarixli 726rstKPZ/19 nömrəli Güzəştli kredit müqaviləsinin surətindən görünür ki, xx.xx.2014 tarixli 2424micGNDJ/14 saylı kredit müqaviləsi üzrə restruktuzasiya olunan kredit borcunun 351.83 manat məbləği qalıq qalmış və 60 ay müddətinə illik 1% ödəmək şərtilə cavabdehə kredit verilmişdir. İşə əlavə edilmiş 03 noyabr 2023-cü il tarixli BANK/PİKMD/1142265 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 03 noyabr 2023-cü il tarixə 200.28 manat əsas borc, 1.27 manat faiz, 0.09 manat cərimə borcu olmaqla, cəmi 201.64 manat borcu mövcuddur. İşə əlavə edilmiş 03 noyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 05 avqust 2019-cu il tarixli “Kredit müqaviləsi”nə əsasən cavabdehə 60 ay müddətinə illik 1 faiz ödəmək şərtilə 351.83 manat məbləğdə kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 200.28 manat əsas borc, 1.27 manat faiz, 0.09 manat cərimə borcu olmaqla, cəmi 201.64 manat borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Unibank” KB ASC ilə Cavabdeh arasında bağlanmış 05 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 201.64 manat məbləğin tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 05 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 201.64 manat manat borc, 0,40 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar