Məhkəmə qərarları › İş №2(030)-156/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-156/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-156/2023 02.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Daşkəsən şəhərində 02 mart 2023-cü il İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 mart 2021-ci tarixli 22380757 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd İMEİ kodu **********25949 olan “Xiaomi Redmi 9” markalı mobil telefon, “Headset Celebrat” markalı qulaqlıq üçün 400.60 manat ödənilməmiş hissə, 40.40 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 96 manat məbləğin alınıb "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 10 fevral 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 mart 2021-ci tarixli 22380757 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 31.70 manat ödəməklə 18 ay müddətinə “Xiaomi Redmi 9” markalı mobil telefon və “Headset Celebrat” markalı qulaqlığı 570.60 manata satın almışdır. Cavabdeh tərəfindən 170 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 16 mart 2021-ci tarixli 22380757 nömrəli “Müqavilə” üzrə 400.60 manat ödənilməmiş hissə və 40.40 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 16 mart 2021-ci il tarixli 22380757 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 mart 2021-ci il tarixli 22380757 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 31.70 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 570.60 manat olan “XİAOMİ REDMİ 9” markalı mobil telefon və “Headset Celebrat” markalı qulaqlığı satın almış və 16 mart 2021-ci il tarixli 22380757 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********25949 olan “XİAOMİ REDMİ 9 4/64GB” markalı mobil telefon və “Headset Celebrat G13 Black” markalı qulaqlıq Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 11 yanvar 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 16 mart 2021-ci il tarixli 22380757 nömrəli “Müqaviləyə” əsasən “XİAOMİ REDMİ 9” markalı mobil telefon və “Headset Celebrat” markalı qulaqlıq üçün 400.60 manat ödənilməmiş hissə və 40.40 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 12 yanvar 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış üçün təmin olunmalıdır. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 16 mart 2021-ci il tarixli 22380757 nömrəli müqaviləyə əsasən “XİAOMİ REDMİ 9” markalı mobil telefon və “Headset Celebrat” markalı qulaqlığı 570.60 manata satın almışdır. Cavabdeh tərəfindən 170 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 16 mart 2021-ci il tarixli 22380757 nömrəli “Müqavilə” üzrə 400.60 manat ödənilməmiş hissə və 40.40 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16 mart 2021-ci il tarixli 22380757 nömrəli müqaviləyə əsasən “XİAOMİ REDMİ 9” markalı mobil telefon və “Headset Celebrat” markalı qulaqlıq üçün 441 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16 mart 2021-ci il tarixli 22380757 nömrəli müqaviləyə əsasən “XİAOMİ REDMİ 9” markalı mobil telefon və “Headset Celebrat” markalı qulaqlıq üçün 400.60 manat ödənilməmiş hissə, 40.40 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 471 (dörd yüz yetmiş bir) manat tutularaq "xxxx" X2 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar