Məhkəmə qərarları › İş №2(030)-156/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-156/2024

26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-156/2024 26.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 13 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə 1471.02 manat əsas borc, ödənilmiş 0.40 manat xidmət haqqının və 34.72 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2022-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27.6 faiz ödəmək şərtilə 500 manat məbləğdə kredit xətti açılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixidə ərizə-anket imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhvəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsi ilə taniş olmuş və onun bütün şərtləri ilə tanış olmuşdur. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 1471.02 manat əsas borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 13 iyun 2022-ci il tarixli Ərizə-anketin surətindən görünür ki, Cavabdeh "xxxx" KB ASC-nin rəsmi internet səhvəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsi ilə taniş olmuş və onun bütün şərtləri ilə tanış olmuşdur. Cavabdehə ARGİD********** nömrəli kredit xətti açılmış, 35 ay müddəinə illik 27.6 faiz ödəmək şərtilə kreditin ilkin limiti 500 manat təyin edilmişdir. İşə əlavə edilmiş 25 oktyabr 2023-cü il tarixli BANK/PİKMD/1142317 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 25 oktyabr 2023-cü il tarixə 1471 manat kredit borcu mövcuddur. İşə əlavə edilmiş 25 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 34.72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2022-ci il tarixli 694sKPZb/21 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27.6 faiz ödəmək şərtilə 500 manat məbləğdə kredit xətti açılmışdır. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 1471.02 manat məbləğində kredit borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, iddiaçı Unibank” KB ASC ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə 1471.02 manat məbləğin tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 0.40 manat xidmət haqqı və 34.72 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 13 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə 1471.02 manat manat borc, 0,40 manat xidmət haqqı və ödənilmiş 34.72 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar