Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-158/2023 17.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində müəyyən eidlərək cavabdehdən tutulması tələbinə dair iddiası ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikalarından 23 noyabr 2009-cu ildə anadan olmuş X4, 01 noyabr 2013-cü ildə anadan olmuş X5 və 04 sentyabr 2015-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh hər uşağa 400 manat olmaqla, cəmi 1200 manat sabit pul məbləğində aliment, həmçinin, Gəncə 1 saylı Mediasiya təşkilatına ödədiyi 50 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh ilə 2007-ci ildə ailə qurmuşdur. Aralarındakı nikahı 04 noyabr 2009-cu ildə Daşkəsən Rayon İcra Hakimiyyətinin Quşçu inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydə alınmışdır. Birgə nikahlarından 23 noyabr 2009-cu ildə Nərmin, 01 noyabr 2013-cü ildə Səadət və 04 sentyabr 2015-ci ildə Niyaməddin adlı üç uşaqları anadan olmuşdur. Hazırda uşaqlar onun himayəsindədir. Beş aydan artıqdır ki, cavabdehdən ayrılmışdır və uşaqlar onun yanında yaşayır. Heç bir yerdə işləmir. Maddi vəziyyəti olduqca ağıdır. Cavabdeh isə uşaqlarının saxlanılması üçün heç bir maddi köməklik göstərmir. Yaranmış vəziyyətdə məhkəməyə mürcaiət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə laızmi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X4 23 noyabr 2009-cu ildə Daşkəsən rayonu Bayan kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 09 fevral 2010-cu il tarixdə 52 nömrəli qeyd edilmişdir. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X5 01 noyabr 2013-cü ildə Daşkəsən rayonu Quşçu kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Quşçu inzibati ərazi dairəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 15 noyabr 2013-cü il tarixdə 15 nömrəli qeyd edilmişdir. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X2 04 sentyabr 2015-ci ildə Daşkəsən rayonu Quşçu kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Quşçu inzibati ərazi dairəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 02 oktyabr 2015-ci il tarixdə 12 nömrəli qeyd edilmişdir. İşə əlavə edilmiş Gəncə 1 saylı Mediasiya təşkilatının ilk mediasiya sessiyasında iştirak edilməməsi barədə 17 yanvar 2023-cü il tarixli 00052 nömrəli arayışdan görünür ki, İddiaçı “nikahın pozulması, aliment və ev tələbinə dair” mübahisə üzrə ilkin mediasiya sesiyasının yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan Cavabdeh mübahisə üzrə 17 yanavr 2023-cü il tarixdə saat 09:00da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 09 yanvar 2023-cü il tarixdə Cavabdeh mediasiyanın tətbiqi barədə təklif məktubu göndərmişdir. İddiaçı tərəfindən ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində xərc ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh ilə 2007-ci ildə ailə qurmuşdur. Aralarındakı nikahı 04 noyabr 2009-cu ildə Daşkəsən Rayon İcra Hakimiyyətinin Quşçu inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydə alınmışdır. Birgə nikahlarından 23 noyabr 2009-cu ildə X4, 01 noyabr 2013-cü ildə X5 və 04 sentyabr 2015-ci ildə X3 anadan olmuşdur. Aralarında olan narazılığa görə tərəflər faktiki olaraq 5 aydır ki, ayrılmışlar. Hazırda uşaqlar iddiaçının himayəsindədir. İddiaçı 23 noyabr 2009-cu ildə anadan olmuş X4, 01 noyabr 2013-cü ildə anadan olmuş X5 və 04 sentyabr 2015-ci ildə anadan olmuş X1 maddi təminatı üçün hər ay Cavabdeh 400 manat olmaqla, cəmi 1200 manat məbləğində alimet tutulub ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İddiaçı uşaqlarının saxlanılması üçün hər uşağa 400 manat olmaqla, cəmi 1200 manat məbləğində aliment təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarının və yaşayış səviyyəsinin həddinə görə də alimentin iddia edilən məbləğdə təyin olunması məqsədə uyğun deyildir. Bundan əlavə, iddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşaqların təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İş materiallarından görünür ki, X7 tərəfindən 09 yanvar 2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu ünvanlanmışdır. Şərh olunanlara əsasən, məhkəmə tərəflərin maddi imkanını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 23 noyabr 2009-cu ildə anadan olmuş X4, 01 noyabr 2013-cü ildə anadan olmuş X5 və 04 sentyabr 2015-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 09 yanvar 2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 135 manat olmaqla, cəmi 405 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, ilk mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, tərəflər 17 yanavr 2023-cü il tarixdə saat 09:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ödənilmiş 50 manat ilkin mediasiya xərci cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 23 noyabr 2009-cu ildə anadan olmuş X4, 01 noyabr 2013-cü ildə anadan olmuş X5 və 04 sentyabr 2015-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 09 yanvar 2023-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 135 (bir yüz otuz beş) manat olmaqla, cəmi 405 (dörd yüz beş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim :Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-158/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-158/2023
17.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver