Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-158/2024 05.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 30 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə 239.45 manat əsas, 56.43 manat faiz, 28.65 manat cərimə borcu olmaqla, cəmi 324.53 manat kredit borcu, ödənilmiş 0.40 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2020-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 27.5 faizədək olmaq şərtilə 36 ay müddətinə 1000 manat məbləğədək limit ayrılmışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 239.45 manat əsas, 56.43 manat faiz, 28.65 manat cərimə borcu olmaqla, cəmi 324.53 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 30 iyul 2020-ci il tarixli 365sKPZ/20 nömrəli Kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC ən çoxu 120 ay müddətinə illik faiz dərəcəsi 35 faizədək olmaq şərtilə 20000 məbləğədək krediti, kredit prosedurlarına görə 5 faiz məbləğədək, kredit müraciəti üçün 4 manat komisyon haqqı olmaqla cavabdehə verilə bilər. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi 18%-40% faiz təşkil edir. İşə əlavə edilmiş 25 oktyabr 2023-cü il tarixli BANK/PİKMD/1142274 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 25 oktyabr 2023-cü il tarixə 239.45 manat əsas, 56.43 manat faiz, 28.65 manat cərimə borcu olmaqla, cəmi 324.53 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 25 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2020-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 27.5 faiz ödəmək şərtilə 1000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 239.45 manat əsas, 56.43 manat faiz, 28.65 manat cərimə borcu olmaqla, cəmi 324.53 manat məbləğində kredit borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, iddiaçı Unibank” KB ASC ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə 324.53 manat məbləğin tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 0.40 manat xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə 324.53 manat manat borc, 0,40 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-158/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-158/2024
05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver