Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-16/2025 06.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X5 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mobil nəzarət qurğusunu yararsız vəziyyətə saldığına görə 2277,40 manat məbləğın ondan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin onunla əsaslandırmışdır ki, Daşkəsən Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 1(030)-17/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzanın icrası ilə bağlı 19 yanvar 2022-ci il tarixdə Cavabdeh yaşadığı ünvanda onun üzərinə “ATTENTİ” markalı sadə qolbaq tətbiq edilmişdir. Bununla yanaşı Cavabdeh bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, adapret təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri, itəcəyi və ya zədələndiyi yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. Cavabdeh ona təhvil verilmiş mobil nəzarət qurğusunu yararsız vəziyyətə salmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məktubuna əsasən “ATTENTİ” markalı sadə elektron nəzarət vasitəsinin dəyəri cəmi 2277,40 manat təşkil edir. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh həmin məbləği ödəməkdən imtina etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin 29 iyul 2021-ci il tarixli ED-M 96-21 nömrəli məktubun surətindən görünür ki, probasiya xidmətinin qeydiyyatında olan, “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edimiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında, həmin vasitələrin dəyəri nəzarət subyektində tutulmuş
1. Sadə elektron qolbaq – 1 ədəd, sadə elektron qolbaq-x1, mobil nəzarət qurğusu-x1, elektrik adapteri-x1, proqram lisenziyası-x1 1930 manat, ƏDV 347,40 manat olmaqla, cəmi 2277,40 manat təşkil edir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 1(030)-17/2021 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2 maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh 04 avqust 2021-ci il tarixdən 06 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddəti AR CM-nın 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmış və Cavabdeh qəti olaraq il 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 1(030)- 17/2021 saylı amnistiyanın tətbiq edilməsi barədə qərarının surətindən görünür ki, X3, Cavabdeh və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh barəsində xx.xx.2021-ci il tarixdə qüvvəyə münmiş Azərbaycan Respublikası Milli Məclisinin “8 X7 münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 5-ci hissəsi tətbiq edilmiş və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 1 (bir) il azaldılmışdır. Cavabdeh üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Daşkəsən Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 1(030)-17/2021 saylı hökmü qalan hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 1(030)- 17/2021 saylı hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə göstərişin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair Daşkəsən Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 1(030)-17/2021 saylı hökmünün və Daşkəsən Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 1(030)-17/2021 saylı qərarının surəti icra edilməsi üçün İddiaçınə göndərilmişdir. İşə əlavə edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilən elektron nəzarət vasitələrinin dəyərinin elan edilməsi barədə 19 yanvar 2022-ci il tarixli protokolun surətindən görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 1(030)-17/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh tətbiq edilən elektron nəzarət vasitələrinin dəyəri, həmçinin, həmin vasitələri itirəcəyi və ya onu zədələcəyi, yaxud digər üsulla onu yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmişdir. Sadə elektron qolbağı mobil nəzarət qurğusu (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla) – 2277,40 manat. Protokol icra məmuru Nümayəndə və məhkum Cavabdeh tərəfindən imzalanmışdır. İşə əlavə edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağılı hüquq və vəzifələrinin izah edilməsi barədə 24 fevral 2022-ci il tarixli protokolun surətindən görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 1(030)-17/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh ayağına 078CE09365 nömrəli elektron qolbağı “ATTENTİ” bağlanmış və 1 ədəd 35653200 nömrəli mobil qurğu təhvil verilmişdir. Eyni zamanda, məhkum Cavabdeh cəzanın icrası ilə bağlı hüquq və vəzifələri icrası izah edilmişdir. İşə əlavə edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitəsinin təhvil alınması barədə 20 aprel 2023-cü il tarixli protokolun surətindən görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 1(030)-17/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh tətbiq edilmiş 1 ədəd 35653200 nömrəli mobil nəzarət qurğusu və 078CE09365 nömrəli elektron qolbağı Gəncə şəhər Məhkəməsinin 7(125)-131/2023 nömrəli xx.xx.2023cü il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan hissəsi 01 (bir) ay 12 (on iki) gün azdlıqdan məhrumetmə cəzası ilə əvəz edildiyi üçün məhkumdan təhvil alınmışdır. Protokol icra məmuru Nümayəndə və məhkum Cavabdeh tərəfindən imzalanmışdır. İşə əlavə edilmiş İddiaçı 02 iyun 2023-cü il tarixli 01/2022 nömrəli rəsmi xəbərdarlıq məktubundan görünür ki, Paşayev X2 Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 1(030)-17/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ona tətbiq edilmiş elektron nəzarət vasitələrinə baxış keçirilən zaman mobil nəzarət qurğusunun zədələndiyi və yarasız hala düzdüyü müəyyən edilmişdir. Mobil nəzarət qurğusu xüsusi proqram təminatı ilə 2277,40 manat təşkil edir. Qısa müddət ərzində vurulmuş ziyanın bank vasitəsilə Ədliyyə Nazirliyinin hesabına ödəyib bunu təsdiq edən qəbzi şöbəyə təqdim etməsi, əks halda vurulmuş ziyanın ödənilməsi barədə məhkəməyə mülki iddia veriləcəyi bildirilmişdir. İşə əlavə edilmiş Ədliyyə Nazirliyi Probasiya Xidməti Elektron Monitorinq İdarəsinin ”ATTENTİ” elektron nəzarət vasitəsinin vəziyyəti haqqında 11 may 2023-cü il tarixli ED 000222 nömrəli texniki rəyin surətindən görünür ki, Cavabdeh ayağına bağlanmış “ATTENTİ V6” mobil qurğunun korpusuna kley vurulmuş, təmiri mümkün deyildir. İstifadəyə tam yararsızdır. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 1(030)-17/2021 saylı hökmü ilə Cavabdeh üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Qərarın surəti icra olunması üçün İddiaçınə göndərilmişdir. Cəzanın icrası ilə bağlı 19 yanvar 2022-ci il tarixdə Cavabdeh yaşadığı ünvanda onun üzərinə “ATTENTİ” markalı sadə qolbaq tətbiq edilmişdir. Bununla yanaşı Cavabdeh bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, adapret təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri, itiriləcəyi və ya zədələnəcəyi yaxud digər üsulla yarasız vəziyyətə salınacağı halda dəyərinin cavabdehdən tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında 11 may 2023-cü il tarixli ED 000222 nömrəli mütəxəssis rəyi ilə 35653200 nömrəli Attenti V 6 mobil qurğusunun korpusuna kley vurulduğu və təmirinin mümkün olmadığı, istifadəyə tam yarasız olduğu bildirilmişdir. İddiaçı 02 iyun 2023-cü il tarixli 01/2022 nömrəli rəsmi xəbərdarlıq məktubu ilə Cavabdeh ona tətbiq edilmiş elektron nəzarət vasitələrinə baxış keçirilən zaman mobil nəzarət qurğusunun zədələndiyi və yararsız hala düşdüyü müəyyən edildiyi və mobil nəzarət qurğusu xüsusi proqram təminatı ilə 2277,40 manat təşkil edildiyi barədə bildiriş məktubu göndərilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə hökmünə əsasən məhkum olunmuş şəxsin üzərinə elektron nəzarət vasitəsini qəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuş olmasından asılı olmayaraq zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbdə təqsirin mövcud olması olduqca mühüm şərtdir. Ona görə ki, zərər öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, ilk növbədə təqsirli əməl (hərəkəti və ya hərəkətsizlik) və bu bununla zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli əməli (hərəkəti və ya hərəkətsizliyi) dayandığı halda, o şəxsin məsuliyyəti yaranır və həmin şəxs zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. İş üzrə sənədlərdən göründüyü kimi mövcud nasazlığın səbəblərini araşdırmaq və müəyyən etmək səlahiyyəti olan orqanın məlumatlarında nasazlığın baş vermə səbəbləri qeyd olunmamışdır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin təmin edilməməsinə səbəb olur. Belə ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim : Kənan Vəliyev